Hakikat Books
Azərbaycanca

Fəsil 14 / 73

Qüsl bəhsi

Bu fəsildə cavablandırılan suallar (26)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. Qüslün fərzləri neçədir və hənəfi məzhəbində hansılardır? qaralama Xətanı bildir
  2. “Dürrül-muxtar”a görə dişlər arasında qalan yemək qüslün səhih olmasına mane olurmu? qaralama Xətanı bildir
  3. “Hələbiyi-səğir”ə görə diş arasında qalan yemək qalığı haqqında nə bildirilir? qaralama Xətanı bildir
  4. “Dürrül-müntəqa”ya görə diş çuxurunda yemək qalığı varkən alınan qüsl səhih olurmu? qaralama Xətanı bildir
  5. “Bəhrür-raiq”ə görə diş arasında yemək qalıbsa, qüsl səhih olurmu? qaralama Xətanı bildir
  6. “Fətavayi-Hindiyyə”yə görə diş arasında yemək qalığı qalanın qüslü haqqında nə deyilir? qaralama Xətanı bildir
  7. “Əl-məcmuat-üz-zühdiyyə”yə görə diş arasında qalan az və ya çox qalıq haqqında nə bildirilir? qaralama Xətanı bildir
  8. Qüsldə dişlərin yuyulması hökmü koronka və plombun üzərinə keçirmi? qaralama Xətanı bildir
  9. Koronka və plomb yaradakı məlhəm və sarğı (cəbirə) kimi qəbul edilirmi? qaralama Xətanı bildir
  10. Şiddətli ağrı verən çürük dişi çıxarmaq və yerinə süni diş qoydurmaq caizdirmi? qaralama Xətanı bildir
  11. Zərurət nə deməkdir və zərurət halında fərz necə düşür? qaralama Xətanı bildir
  12. Başqa bir məzhəbi (məsələn, maliki məzhəbini) təqlid etmək nə vaxt lazım olur? qaralama Xətanı bildir
  13. “Əl-fiqhu ələl-məzahibil-ərbəə”yə görə maliki məzhəbində nə (qan və s.) nəcis sayılmır? qaralama Xətanı bildir
  14. İzmirli İsmayıl Həqqinin diş məsələsindəki yanlışı nədir? qaralama Xətanı bildir
  15. İzmirli İsmayıl Həqqi dişləri qızıl məftillə bağlama məsələsində necə bir hiyləyə əl atmışdır? qaralama Xətanı bildir
  16. İzmirli İsmayıl Həqqi islam alimlərini necə özünə dayaq göstərməyə çalışmışdır? qaralama Xətanı bildir
  17. “Diş üzlətdirmək” hökmünü kim əlavə etmişdir və sonradan çıxan məsələlərin hökmü necə verilir? qaralama Xətanı bildir
  18. İmam Muhəmmədə görə laxlayan diş qızıl məftillə bağlana bilərmi? qaralama Xətanı bildir
  19. İzmirlinin yanlış yazısına o zamankı müftilər və alimlər nə cavab vermişlər? qaralama Xətanı bildir
  20. “Səbilür-rəşad” jurnalı İzmirlinin yazısı haqqında nə etmişdir? qaralama Xətanı bildir
  21. Əhməd Təhtaviyə görə başqa məzhəbi təqlid edərkən o məzhəbin şərtlərinə də riayət etmək lazımdırmı? qaralama Xətanı bildir
  22. Qüsl neçə növdür (fərz, vacib, sünnət, müstəhəb qüsllər)? qaralama Xətanı bildir
  23. Vacib olan qüsllər hansılardır? qaralama Xətanı bildir
  24. Sünnət olan qüsllər hansılardır? qaralama Xətanı bildir
  25. Qüslün haramı üçdür; bunlar hansılardır? qaralama Xətanı bildir
  26. Qüslün sünnətləri hənəfi məzhəbində hansılardır? qaralama Xətanı bildir

Qüslün fərzi hənəfidə üç, malikidə beş, şafidə iki, hanbəlidə birdir. Hənəfidə:

1-Bir dəfə ağıza su almaq. Dişlərin arasını və diş diblərini islatmaq fərzdir. [Hənəfi məzhəbində olan şəxs, zərurət olmadan plomb və qapaq qoydura bilməz. Taxma diş qoydurmaq olar, qüsl alarkən onları çıxarıb altını yumaq lazımdır. Zərurət olarsa, plomb və qapaq qoydurmaq caizdir. Lakin qüsl, dəstəmaz alarkən və namaza durarkən “Şafi və ya maliki məzhəbini təqlid edirəm” deyə niyyət etmək lazımdır.]

2-Bir dəfə buruna su vermək.

3-Bir dəfə bütün bədəni yumaq. Bədənin isladılmasında çətinlik olmayan yerlərini yumaq fərzdir. Bədənin bir yeri zəruri bir səbəblə, yəni insanın özü etmədiyi, yaradılışında mövcud olan hər hansı bir səbəblə isladıla bilməzsə, əfv olunur, qüsl səhih olur.

“Dürr-ül-muxtar”da deyilir ki, dişlər arasında və ya dişin dibində qalan yemək qüslün səhih olmasına mane olmur. Fitva belədir. Çünki onların altı islanır. Diş arasında qalan maddə qatı olduqda, mane olduğu deyilmişdir. Doğru olan da budur. İbn Abidin (rahiməhullahu təala) bunu izah edərkən buyurur ki, “Xülasə” kitabında da mane olmadığı yazılıb. Çünki su axıcı olduğu üçün yeməyin altına sızır. Suyun sızmadığı anlaşılarsa, bu alimlərə görə də qüsl səhih olmur. “Hilyə” kitabı bunu açıq bildirir. Dişdə qalan şey ağızda əzilərək qatılaşmışdırsa, suyu sızdırmayacağı üçün qüsl səhih olmur. Çünki burada zərurət yoxdur. [Yəni öz-özünə hasil olan bir şey deyildir. Bunları təmizləməkdə çətinlik də yoxdur].

“Hələbii saqir”də deyilir: Bir şəxsin dişləri arasında çörək, yemək və başqa artıqlar var ikən, qüsl alsa, fitvalara görə altına su keçmədiyini zənn etsə belə, qüslü səhih olur. Çünki su axıcı olduğu üçün altına keçir. Belə fitva verildiyi “Xülasə”də yazılmışdır. Bəzi alimlərə görə, dişdə qalan maddə qatıdırsa, qüsl caiz olmaz. “Zahirə” kitabında da belə yazılmışdır. Doğru olan da budur. Çünki altına su keçmir, zərurət və çətinlik də yoxdur.

“Dürr-ül-müntəqa”da deyilir: Diş dibində yemək artığı var ikən qüsl edən şəxsin qüslü səhih olur. Olmaz deyənlər də vardır. Ehtiyatlı olaraq, yemək artıqlarını əvvəlcədən çıxarmaq lazımdır. “Mərak-il-fələh”in “Tahtavi” haşiyəsində deyilir: Diş dibində və ya dişlərin arasında yemək artığı qalmışdırsa, qüsl səhih olur. Çünki su axıcı olduğu üçün hər yerə sızır. Artıqlar çeynənərək sərtləşibsə, qüslə mane olur. “Fəth-ül-qadir”də də belə yazılıb.

“Bəhr-ür-raik”də deyilir: Diş dibində və ya dişlərin arasında yemək qalmışdırsa, qüsl səhih olur. Çünki su lətif, yəni axıcı olduğu üçün hər yerə sızır. “Təcnis”də də bu cür yazılmışdır. Sədr-üş-şəhid Hüsaməddin deyir ki, qüsl səhih olmaz, artıqları çıxarıb, dişin içindən su axıtmaq lazımdır. Çıxarıb altını yumaq tədbirli olar.

“Fətavai Hindiyyə”də deyilir: “Diş çuxurunda və ya dişləri arasında yemək artığı qalanın qüslü səhihdir” sözü daha doğrudur. “Zahidi”də də belə yazılıb. Lakin artığı çıxarıb diş dibinə su axıtmaq daha ehtiyatlı olar. “Kadihan”da deyilir: Dişlərində yemək artığı qalanın qüslünün tam olmayacağı “Nətifi”də yazılmışdır. Bu artıqları çıxarıb altını yumaq lazımdır.

“Əl-məcmuat-üz-zühdiyyə”də deyilir: İstər az, istərsə də çox olsun, dişlərin arasında qalan təam qırıntısı qatı xəmir kimi olub, suyun nüfuzuna (keçməsinə) mane olarsa, qüslə də mane olur. “Hələbi”də də belə yazılmışdır. “Yemək artıqlarını çıxarmaqda çətinlik yoxdur. Plomb və qapaq isə çıxarıla bilməz. Çıxarılmasında çətinlik vardır” demək düzgün deyil. Düzdür, çətinlik var. Amma insanın etdiyi bir şey çətinliyə səbəb olarsa, başqa məzhəbi təqlid etmək üçün üzrlü səbəb olar, fərzi tərk etmək üçün səbəb ola bilməz. Fərzin tərk edilməsi üçün başqa məzhəbin təqlid edilə bilməməsi və bu halda zərurət və çətinliyin eyni zamanda mövcud olması lazımdır. “Diş plombu və qapaq, diş ağrısının qarşısını almaq və dişi tələf olmaqdan qorumaq üçündür. Buna görə zərurət olmurmu?”, soruşulsa, cavabında deyərik ki, zərurət olması üçün, başqa məzhəbi təqlid edə bilməmək şərtdir.

“Qüsl alarkən, dişlərin yuyulması hökmü, qapaq və plombun zahirinə keçər” sözü, islamiyyətə uyğun söz deyil. Tahtavi “İmdad” haşiyəsində deyir: “Dəstəmaz aldıqdan sonra məst geyinənin dəstəmazı pozulduqda, dəstəmazın pozulması ayaqlara deyil, məstlərə keçir”. Fiqh kitablarının yalnız dəstəmaz alarkən və yalnız məst üçün söylədikləri bu sözü, diş qapağı və qüsl almaq üçün söyləmək, özbaşına uydurma fitva verməkdir. Plomb və qapaq olan dişi sıx saqqala bənzətmək də doğru deyil. Çünki dəstəmaz alarkən sıx saqqalın dibini yumaq məcburi olmasa da, qüsldə onun altındakı dərini də yumaq fərzdir. “Dəstəmaz alarkən sıx saqqalın altındakı dərini yumaq fərz olmadığı üçün, qüsldə də onun yuyulması fərz olmaz”, deyən şəxs qüsl alarkən sıx saqqalın altını yumaz. Beləliklə də onun və ona inananların qüslləri və dolayısı ilə namazları səhih olmaz.

Qapaq və plombu ayaqdakı çata qoyulan mərhəmə yaxud yara və sınıq üzərinə qoyulan sarğı taxtasına, gips sarğılarına bənzətmək də fiqh kitablarına uyğun deyildir. Çünki onları yara və qırıq üzərindən çıxarmaq çətin və ya zərərli olduqda, başqa məzhəbi təqlid etmək imkanı yoxdur. Bu üç səbəbə görə, onların altını yumaq hökmü qüvvədən düşür.

Şiddətli ağrı verən çürük dişi çıxarmaq, onun yerinə çıxarıla bilən süni diş, yaxud yarım və ya bütün damaqlı diş qoydurmaq istəməyib, plomb və ya qapaq qoydurmaqda insan sərbəst olduğu üçün, plomb, qapaq və ya körpü deyilən sabit diş qoydurmaq zərurət hesab olunmur. Zərurət olduğunu söyləmək, altlarının islanmasının qüvvədən düşməsinə səbəb ola bilməz. Çünki bu zaman başqa məzhəbi təqlid etmək mümkündür. Zərurət var deyərək, fiqh kitablarına uyub Şafii və ya Maliki məzhəbini təqlid edənlərə dil uzatmağa heç kimin haqqı yoxdur.

İnsanı bir şey etməyə məcbur edən səmavi səbəbə, yəni insanın əlində olmayan səbəbə “Zərurət” deyilir. İslamiyyətin əmr və ya qadağan etməsi, şiddətli ağrı, bir üzvün və ya həyatın tələf olma təhlükəsi, başqa bir şey edə bilməmək məcburiyyəti zərurətdir. Bir fərzə mane ola biləcək və ya bir haram işləməyə səbəb ola biləcək bir şeyin qarşısını almağın çətin, əziyyətli olmasına “Hərac” deyilir. Allahın əmrlərinə və qadağalarına “Əhkami- islamiyyə” deyilir. Əhkami-islamiyyədən bir hökm yerinə yetirilən zaman, yəni bir əmr icra olunarkən və ya bir qadağan olunmuş işi etməkdən çəkinərkən öz məzhəbinin alimlərinin məşhur, seçilmiş sözlərinə uymaq lazımdır. İnsanın etdiyi müəyyən bir şey üzündən, alimlərin bu sözlərinə uymaqda çətinlik olarsa, seçilməmiş, zəif sözlərinə uymaq lazımdır. Buna uymaqda da çətinlik olarsa, bu hökm başqa məzhəbi təqlid edərək icra olunur. Başqa məzhəbi təqlid etməkdə də çətinlik olarsa, həraca, yəni çətinliyə səbəb olan şeyin edilməsində zərurət olub olmamasına baxılır:

1-Həraca səbəb olan şeyin edilməsində zərurət mövcud olduğu zaman, o fərzi icra etmək qüvvədən düşür.

2-Həraca səbəb olan şeyin edilməsində zərurət yoxdursa [dırnaq boyası kimi] və ya zərurət olduğu zaman, bir neçə şey edilə bildiyi halda hərac, çətinlik mövcud olan şey edilərsə, o ibadət səhih olmaz. Çətinlik olmayan şeyi edərək o fərzi yerinə yetirmək lazımdır. Zərurət olsa da, olmasa da, yalnız hərac, çətinlik mövcud olduğu üçün, başqa məzhəbin təqlid ediləcəyi “Fətavəl-hadisiyyə”də, “Xülasat-üt-təhqiq”də, Tahtavinin (rahiməhullahu təala) “Mərak-il-fələh” haşiyəsində və molla Xəlil Əsirdinin (rahiməhullahu təala) ”Mafüvat” kitabında yazılmışdır. Molla Xəlil 1259-cu [m. 1843] ildə vəfat etmişdir.

Ağrıyan, çürüyən dişini çıxararaq, taxma protez və ya damaqlı diş qoydurmaq istəməyib, plomb və ya qapaq qoyduran bir hənəfi, qüsl alarkən Şafii və ya Maliki məzhəbini təqlid etməlidir. Çünki bu iki məzhəbdə qüsl alarkən ağız və burnu yumaq fərz deyildir. Şafii və ya Maliki məzhəbini təqlid etmək çox asandır. Qüsldə, dəstəmazda və namaza başlayarkən və ya unutduğu halda namazdan sonra, xatırladığı zaman Şafii və ya Maliki məzhəbini təqlid etməyə niyyət etmək, yəni qəlbdən keçirmək lazımdır. Bu zaman qüslün, dəstəmazın və namazın Şafii və ya Maliki məzhəbinə görə səhih olmaları lazımdır. Bir şəxsin qüsl, dəstəmaz və namazının Şafii məzhəbinə görə doğru olması üçün, bu şəxs, dərisi, nikah bağlaması əbədi haram olan on səkkiz qadından başqa bir qadının dərisinə dəydiyi zaman, əlinin içi özünün ön və arxa övrət yerinə dəydiyi zaman dəstəmaz almalı, imam arxasında səssizcə Fatihə oxumalıdır. Maliki məzhəbini təqlid etmək üçün “Səadəti Əbədiyyə” növbəti paragrafa baxın! Başqa məzhəbi təqlid etmək, məzhəb dəyişdirmək deyildir. Təqlid edən bir hənəfi, hənəfi məzhəbindən çıxmış olmur. Yalnız o ibadətin, yəni qüsl, dəstəmaz və namazın, uyduğu məzhəbdəki fərzlərinə və müfsidlərinə (pozan şeylər) tabe olur. Vaciblərdə, məkruhlarda və sünnətlərdə öz məzhəbinə tabe olur.

{“Əl-fiqhu ələl-məzahib-il-ərbəa”da deyilir: “Maliki məzhəbində sağlam insandan çıxan sidik, məni, məzi, vədi, istihazə qanı, nəcis və yel dəstəmazı pozur. Daş, qurd, irin, sarı su, qan çıxdıqda dəstəmaz pozulmaz. Dəstəmazı pozan şeylər xəstəlik səbəbilə çıxarsa və onların çıxmasının qarşısı alına bilmirsə, məsələn, sidik bir namaz vaxtının yarısından çox davam edərsə və çıxma vaxtı bəlli olmazsa, dəstəmazı pozmaz. İkinci qövlə görə, bu üç şərt olmasa da, xəstənin dəstəmazı pozulmaz. Çıxmadığı zaman dəstəmaz alması müstəhəb olur. Hənəfi məzhəbindəki üzr sahibi xəstələrin, yaşlıların dəstəmaz almaqda hərac və məşəqqət olduğu zaman bu qövlü təqlid etmələri səhih olur. Sidiyin kəsildiyi zaman bəllidirsə, bu zamanda dəstəmaz alması yaxşı olar. İstibra zamanı uzun çəkən və ya sonradan damlayan və bir namaz vaxtı boyunca davamlı axmadığı üçün üzr sahibi ola bilməyən hənəfi və şafiilər Maliki məzhəbini təqlid edirlər. Bunun üçün dəstəmaza və qüslə başlayarkən niyyət edirlər. Dəstəmazda və qüsldə hər üzvü əl ilə və ya dəsmal ilə yüngülcə ovuşdurmalı, sığallamalı, dəstəmazda başın hər yerinə məsh etməlidir. Qulaqların üstündəki dəri başdır. Ona məsh etmək fərzdir. Bu dərinin üz sayılaraq yuyulması hənəfi kitablarında yazılmamışdır. Hər üzvü fasiləsiz yumaq fərzdir. Qulaqlara məsh üçün əlləri yenidən islatmaq sünnətdir. Ləzzət qəsd edərək, nikahlanması caiz olan qadının dərisinə, saçına toxunmaq, ovucunun və ya barmaqlarının içi və ya yanları ilə öz cinsiyyət üzvünə toxunmaq, dəstəmaz aldığına və ya dəstəmazının pozulduğuna şübhə etmək dəstəmazı pozur. Qüsldə ağzı və burnu yumaq fərz deyil, sünnətdir. Hörülmüş saçı açıb məsh etmək lazımdır. Məst üzərinə məshin müddəti yoxdur. Hər namaz vaxtı üçün ayrıca təyəmmüm edilir. Kəlb [it] və xınzır [donuz] nəcis deyildir. Lakin onları yemək haramdır. Balığın da qanı nəcisdir. Əti yeyilən heyvanların sidiyi və nəcisi təmizdir. Nəcasətdən təharət bir qövlə görə fərz, digər qövlə görə sünnətdir. Babasil, sidik, nəcis damlaları bədənə, alt paltarına bulaşarsa, əfv olunur. İnsanın və heyvanın qanının, yara və çiban suyunun ovuc içi qədəri əfv olunur. Namazda hər rükətdə Fatihə oxumaq, bir çiyninə salam vermək, iki səcdə arasında oturmaq və rükuda, səcdələrdə tumaninə [sakit durmaq] fərzdir. İmamın gizli oxuduğu rükətlərdə camaatın Fatihə oxuması müstəhəb, aşkar oxuduğu zaman camaatın da oxuması məkruhdur. Qiyamda sağ əli sol əlin üstündə olaraq sinə ilə göbək arasına qoymaq və ya iki əli iki yana salmaq müstəhəbdir. Fərzlərdə “Əuzu...” oxumaq məkruhdur. Fatihəni rükuda tamamlamaq namazı pozar.” Müsafir ilə müqimin bir-birinə imam olmaları hənəfidə caiz, malikidə məkruhdur. Malikini təqlid edən hənəfi üç gün qalmağa niyyət etdiyi yerdə dördüncü gün fərzləri dörd rükət qılmağa başlayır. Müqim ilə camaat edə bilərlər. Çünki məkruhda öz məzhəbinə tabe olur.}

Fiqh alimlərinin qüsl haqqındakı bəyanları ortada durduğu halda, diş məsələsini səlahiyyətsiz, hətta məzhəbsiz kimsələrin yazıları ilə həll etməyə qalxışanlar olduğu eşidilir. Diş doldurtmağın caiz olduğunun “Səbil-ür-rəşad” məcmuəsinin 1332-ci (m. 1913) il nömrəsində dərc olunmuş fitvada bildirildiyini deyirlər. Əvvəla bunu bildirək ki, bu məcmuə reformçuların, məzhəbsizlərin yazıları ilə doludur. Müəlliflərindən Manastırlı İsmayıl Həqqi məkrli bir masondur. Onlardan İzmirli İsmayıl Həqqi isə mason olan Qahirə müftisi, reformçu Məhəmməd Abduha aldananların başında gəlir. Lisey təhsilini İzmirdə almış, İstanbulda müəllimlər məktəbini bitirmişdir. Din təhsili, din mədəniyyəti zəifdir. İttihadçıların gözünə girərək mədrəsələrdə müəllim olmuş, dərslərində və kitablarında Abduhun reformçu, təfriqəçi fikirlərini yaymağa çalışmışdır. Zəhərlədiyi, yoldan çıxardığı tələbəsi Əhməd Həmdi Aksekinin məzhəbsiz misirli Rəşid Rizadan tərcümə etdiyi “Təlfiqi-məzahib” adlı kitabına yazdığı tərifnamə İsmayıl Həqqinin iç üzünü ortaya qoyur.

Bu İsmayıl Həqqi adı keçən məcmuədə dişləri qızıl məftillə bağlamağın caiz olub-olmaması haqqında fiqh alimlərinin ixtilaflarını uzun-uzadı yazmış, dişlərin gümüş əvəzinə qızıl məftillə bağlanmasının zərurət olduğunda alimlərin sözbirliyini bildirən kitabları, məsələn, “Siyəri-kəbir” şərhini irəli sürərək, diş məsələsi zərurətdir demişdir. Halbuki ona verilən sual dişlərin qızılla, yoxsa gümüşlə bağlanması məsələsi deyil, plombu və ya qapağı olan şəxsin qüslü səhih olarmı, sualıdır. İzmirli İsmayıl Həqqi ondan soruşulmayan, hamının bildiyi şeyi uzun-uzadı yazıb, bunun nəticəsini suala cavab kimi bildirmişdir. Onun bu hərəkəti elmdə saxtakarlıqdır. Öz görüşlərini İslam alimlərinin fitvası kimi yazmağa cəhd etmişdir. Bu azmış kimi, fiqh alimlərinin qüsl haqqındakı yazılarını yazaraq öz görüşünü onlara bənzədir. Məsələn, “«Bəhr»də açıqlandığına görə, çatdırılması çətin olan yerə suyu toxundurmaq şərt deyildir” deyir. Halbuki “Bəhr” kitabında “Bədənin suyu çatdırmaq çətin olan yerlərinə” yazılmışdır. Bu, insanın zəruri olaraq etdiyi şeyi insanda zəruri olaraq olan şeyə bənzətməkdir. “Dürr-ül-muxtar”ın “Qadına başını yumaq zərər verərsə, yumaz” yazısını diş plombu olanın qüslünün caiz olacağına dəlil göstərməsində də haqlı deyildir. Su dəyməsinin başa zərər verməsi bədəndə olan bir xəstəlikdir. Dişdəki qapaq, plomb isə insanın etdiyi bir şeydir. Buna görədir ki, “Dürr-ül-muxtar”da diş çuxurunda yemək artığı qalanın qüslünün caiz olub-olmaması ayrıca yazılmışdır.

İzmirli İsmayıl Həqqi bu hiylə və xətaları ilə də kifayətlənməmiş, İslam alimlərini özünə yalançı şahid göstərməkdən çəkinməyərək, “Suyu qızıl və ya gümüş qapağın, plombun altına çatdırmaq, buraları yumaq şərt deyildir. Diş məsələsində zərurət olduğu və zərurət olan yerlərə suyun çatdırılmasının şərt olmadığı fiqh alimləri tərəfindən ittifaqla bildirilir” demişdir. Diş qapağı qoydurmağın və plomb etdirməyin zərurət olduğunu hənəfi fiqh alimlərindən heç biri bildirməmişdir. Onsuz da fiqh alimlərinin zamanında diş qapağı qoydurmaq, plomb etdirmək yox idi. Sənəd kimi irəli sürdüyü “Siyəri-kəbir şərhi” tərcüməsinin altmış dördüncü səhifəsində imam Muhamməd Şeybaninin (rahiməhullahu təala) dişi düşən şəxsin onun yerinə qızıldan diş qoymasına və ya dişlərini qızıl məftillə bağlamasına caiz dediyi yazılmışdır.

Diş qapağı qoydurmaq orada yazılmamışdır. Bunu İzmirli İsmayıl Həqqi əlavə etmişdir. Sonradan ortaya çıxan mason din adamları, məzhəbsizlər, azğınlar müsəlmanları aldatmaq, təfriqə salmaq üçün hər hiyləyə əl atdılar. Yanlış, pozuq şeylər yazdılar.

İmam Muhamməd (rahiməhullahu təala) laxlayan dişin gümüşlə bağlana bildiyi kimi, qızıl məftillə də bağlana biləcəyini bildirmişdir. Qızılla qapaq qoymaq, doldurmaq caizdir dememişdir. Bunları İsmayıl Həqqi kimilər özləri əlavə etmişlər.

İzmirli İsmayıl Həqqinin yuxarıdakı yanlış və hiyləli yazısına o zamankı müftilər və dəyərli din adamları cavab vermiş, həqiqəti ortaya qoymuşlar. Bu dəyərli alimlərdən biri Bolvadinli müdərris Yunuszadə Əhməd Vəhbi əfəndidir (rahiməhullahu təala). Geniş dini bilgisi olan bu zat diş oyuğunu doldurtmuş şəxsin qüslünün səhih olmayacağında alimlərin sözbirliyi olduğunu sübut etmişdir.

“Səbil-ür-rəşad” məcmuəsi İzmirlinin yazısının qondarma, hiyləli olduğunu anlamış olacaq ki, “Məcmuəi-cədidə” adlı fitva kitabının 1329-cu (m. 1911) il tarixli ikinci nəşrindəki “Qüsl caiz olur” fitvasını da sənəd kimi əlavə etməyi lazım bilmişdir. Halbuki bu fitva həmin kitabın 1299 tarixli birinci nəşrində yoxdur. İkinci nəşrə ittihadçıların şeyxülislamı Musa Kazım tərəfindən salınmışdır. “Səbil-ür-rəşad” məcmuəsi bir reformçunun yazısını bir masonun yazısı ilə sübut etməyə qalxışmışdır. Heç bir fiqh alimi diş qapağı qoydurmağa, plomb etdirməyə zərurət dememişdir. Bunu yalnız mason olan din adamları və dində reformçular, məzhəbsizlər və vəhhabi azğınlarına satılmış və ya aldanmış olan din cahilləri söyləyir və yazırlar.

Əhməd Tahtavi (rahiməhullahu təala) “Mərak-il-fələh” haşiyəsində deyir: “Başqa məzhəblərdəki bir imama uymağın doğru olması üçün, uyanın məzhəbinə görə, namazı pozan bir şeyin o imamda olmaması, əgər varsa, uyanın bunu bilməməsi lazımdır. Güvənilən söz budur. İkinci fikrə görə, imamın öz məzhəbinə görə namazı doğru olarsa, uyanın məzhəbinə görə doğru olmadığı görülsə belə, o imama uymaq səhihdir”. İbn Abidində də belə yazılmışdır. Tahtavinin və İbn Abidinin (rahiməhumullahu təala) bu sözlərindən aydın olur ki, diş qapağı və plombu olmayan hənəfinin, qapaq və plombu olan imama uymasının doğru olub olmaması haqqında alimlərin iki müxtəlif qövlü var: Birinci hökmə görə, dişində plombu, qapağı olmayan hənəfinin, plombu, diş qapağı olan imama uyması doğru deyil. Çünki bu imamın namazı Hənəfi məzhəbinə görə doğru deyil. İkinci hökmə görə, bu imam, Şafii və ya Maliki məzhəbini təqlid edirsə, diş qapağı və plombu olmayan hənəfinin ona uyması səhihdir. İmam Hinduvani (rahmətullahi əleyh) belə ictihad etmişdir. Maliki məzhəbi də belədir. Diş qapağı və plombu olan saleh bir imamın maliki və ya şafii məzhəbini təqlid etmədiyi bilinmədikcə, plombu olmayan hənəfilər də bu imama uymalıdır. Ondan, maliki və ya şafii məzhəbini təqlid edib etmədiyini soruşmaq, araşdırmaq caiz deyildir. Bu ikinci hökm, hər nə qədər zəif olsa da, çətinlik olduğu zaman zəif hökm ilə əməl etmək lazım olduğu yuxarıda qeyd olunmuşdur. Fitnəyə mane olmaq üçün də zəif hökm ilə əməl edilməli olduğu “Hadika”da yazılmışdır. Məzhəblərə qiymət verməyib, fiqh kitablarına uyğun ibadət etməyən şəxsin Əhli sünnət olmadığı aydın olur. Əhli-sünnət olmayan da ya bidət sahibi, azğındır, ya da imanı getmiş, mürtəd olmuşdur. Biz, diş qapağı, plomb qoymayın, demirik. Bunları qoydurmuş qardaşlarımızın ibadətlərinin qəbul olması üçün yol göstəririk. Onlara asanlıq göstəririk.

Qüsl on beş növdür: Beşi fərz, beşi vacib, dördü sünnət, biri müstəhəb. Fərz olan qüsl: qadın hayz (aybaşı) və nifasdan (zahılıq) kəsildikdə, kişi cima etdikdə, yəni qadınla yaxınlıq etdikdə, şəhvətlə məni axarsa, ihtilam olub (yuxuda cünub olmaq) yatağında və ya paltarında məni görərsə qılmadığı namazın vaxtı çıxmadan öncə qüsl etmək fərzdir.

Vacib olanlar: meyiti yumaq, həddi-buluğa çatmamış bir şəxsin həddi-buluğa çatdıqda qüsl alması, bir yerdə yatmış ər və arvadın arasında görülmüş məninin hansınınki olduğu bilinmədikdə ikisinin də qüsl alması, bir şəxsin üzərinə məni bulaşdıqda və onun nə zamandan olduğu bilinmədikdə və bir qadın dünyaya uşaq gətirdikdə qan gəlməsə belə, qüsl alması. (Qan gəlsə, qüsl fərz olur).

Sünnət olanlar: Cümə günü üçün, bayram günləri üçün, ihram vaxtında – nə niyyətlə olursa olsun –, Ərafata çıxmazdan əvvəl qüsl almaq. Müstəhəb qüsl, bir kafirin imana gəldikdə aldığı qüsldür (küfr halında ikən cünub idisə, qüsl fərz olur, cünub deyil idisə müstəhəb olur).

Qüslün haramı üçdür:

1-Kişilərin kişilərə və qadınların qadınlara qüsl vaxtı göbəyin altından dizin altına qədər olan yerlərini göstərmələri.

2-Bir qövlə görə, müsəlman qadınların qüsl edərkən kafir qadınlara görünməsi (digər vaxtlarda da bu hökm belədir).

3-Suyu israf etmək.

Qüslün sünnətləri hənəfidə on üçdür:

1-Su ilə istinca etmək. Yəni ön cinsiyyət üzvünü və arxa övrət yerini yumaq.

2-Əlləri biləklərə qədər yumaq.

3-Bədəndə həqiqi nəcasət varsa, təmizləmək.

4-Ağıza su alıb çalxalamaqda (məzməzə) və buruna su verməkdə (istinşaq) mübaliğə etmək. Ağızda və burunda iynə ucu qədər islanmayan yer qalarsa, qüsl səhih olmaz. Əvvəldə namaz dəstəmazı almaq.

5-Qüsl üçün niyyət etmək.

6-Hər əzanı suyu tökərkən ovuşdurmaq.

7-Əvvəlcə başa, sonra sağ çiyinə, sonra da sol çiyinə üç dəfə su tökmək.

8-Əl və ayaq barmaqlarını hilallamaq. Yəni barmaq aralarını islatmaq.

9-Önünü və arxasını qibləyə döndərməmək.

10-Qüsl edərkən dünya kəlamı söyləməmək.

11-Məzməzə və istinşaqı üç dəfə etmək.

12-Hər əzada sağdan başlamaq.

13-Qüsl etdiyi yerdə sidik toplanırsa, sidiyə getməmək.

Bu saydıqlarımızdan başqa sünnətlər də vardır.

“Əl-fıkhü aləl-məzahib-il-ərbəa”da deyilir: “Cünub olan kişi və qadının qüsl almadan əvvəl, dəstəmazsız edilməsi caiz olmayan, islam dininin əmr etdiyi ibadət və əməllərdən birini etməsi dörd məzhəbdə də haramdır. Məsələn, cünub ikən fərz və ya nafilə namaz qılmaq halal deyil. Su tapmadıqda və ya xəstəlik kimi bir səbəblə su işlədə bilmədikdə, təyəmmüm etmək lazımdır. Cünub ikən fərz və ya nafilə oruc tutmaq səhihdir. Qurani-kərimi tutmaq və ya oxumaq haramdır. Qurani-kərimi dəstəmazsız tutmaq da halal deyil. Məscidə girmək haramdır. Düşməndən qorunmaq üçün və ya bir hökm çıxarmaq üçün, bir-iki qısa ayət oxumaq, məsciddən vedrə, ip, su götürmək üçün və ya başqa yol tapmadığı üçün girib dərhal çıxmaq caizdir. Dua niyyəti ilə bir qısa ayət, məsələn Bəsmələ oxumaq olar. Məscidə girmədən öncə təyəmmüm etmək lazımdır.”

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt