Hakikat Books
Azərbaycanca

Fəsil 20 / 56

Şəmatət

Bu fəsildə cavablandırılan suallar (1)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. On yeddinci pis xasiyyət olan şəmatət (başqasının bəlasına sevinmək) nədir? qaralama Xətanı bildir

17 – Şəmatət, başqasına gələn bəlaya, zərərə sevinməkdir. Hədisi-şərifdə, “Din qardaşınıza şəmatət etməyin! Şəmatət etsəniz, Allahu təala bəlanı ondan alıb sizə verər” buyuruldu. Zalımın zülmündən, şərindən qurtulmaq üçün onun ölümünə sevinmək şəmatət olmaz. Düşmənin başına gələn ölümdən başqa bəlalara sevinmək şəmatət olur. Xüsusilə bəlaların gəlməsinə özünün səbəb olduğunu düşünərək sevinmək, məsələn, duasının qəbul olduğuna sevinmək daha pisdir. Ucba (özünü bəyənmək) düşməsinə səbəb olur. Ona gələn bəlanın özü üçün məkr (hiylə) və istidrac ola biləcəyini düşünmək lazımdır. Ondan bəlanın getməsi üçün dua etmək lazımdır. Hədisi-şərifdə, “Möminin din qardaşı üçün arxasından etdiyi xeyir-dua qəbul olur. Bir mələk, Allah bu yaxşılığı sənə də versin, amin, deyər. Mələyin duası rədd edilməz” buyuruldu. Düşmən zalım olub, ona gələn bəla başqalarına zülm etməsinə mane olursa, bəlanın gəlməsinə sevinmək şəmatət olmaz, günah olmaz. Din qeyrəti olur. Din qeyrəti imanın qüvvətli olduğunu göstərir. Allah üçün qeyrət etmək yaxşıdır. Heyvani arzular üçün qeyrət etmək yaxşı deyildir. Zalıma da bəla gəlməsinə sevinmək yenə yaxşı deyildir. Lakin başqalarına zülm etməsinə mane olduğu üçün və digər zalımların da ibrət almaları üçün caiz olur.

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)English

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt