Hakikat Books
Azərbaycanca

Fəsil 36 / 56

Təfəkkür etməmək

Bu fəsildə cavablandırılan suallar (4)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. Otuz üçüncü məsələ: təfəkkür (düşünmək) nədir və nələri düşünmək lazımdır? qaralama Xətanı bildir
  2. Aləm neçə qismdir (aləmi-əcsad, ərvah, misal)? qaralama Xətanı bildir
  3. Tibb və fənn oxuyub sənət incəliklərini düşünməyənlərin halı necədir? qaralama Xətanı bildir
  4. “Varlıqlardakı nizamı düşünərək iman edin” hədisi nəyi bildirir? qaralama Xətanı bildir

33 – İnsanın günahlarını düşünməsi və bunlara tövbə etməsi, taətlərini, ibadətlərini düşünüb bunlara da şükür etməsi lazımdır. Məxluqlardakı və bədənindəki incə sənətləri, nizamları, bir-birinə olan bağlılıqlarını düşünərək də Allahu təalanın varlığını və böyüklüyünü anlaması lazımdır. Məxluqların, varlıqların hamısına “Aləm” deyilir.

[Aləm üç qisimdir: “Aləmi-əcsad”, “Aləmi-ərvah” və “Aləmi-misal”. Aləmi-misal varlıq aləmi deyildir, görünüş aləmidir. Hər varlığın bu aləmdə bir görünüşü var. Aləmi-ərvah Ərşin xaricindəki şeylərdir. Bunlar maddi deyildir. Bunlara “Aləmi-əmr” də deyilir. Aləmi-əcsad maddə aləmidir. Buna “Aləmi-xəlq” də deyilir. Bu da iki yerə ayrılır: İnsana “Aləmi-saqir” (kiçik aləm) deyilir. İnsandan başqa varlıqların hamısına “Aləmi-kəbir” (böyük aləm) deyilir. Aləmi-kəbirdə olan hər şeyin Aləmi-saqirdə bir nümunəsi, oxşarı vardır. İnsanın qəlbi ruh aləminə açılan bir qapıdır. Kafirlərdə bu qapı bağlanmış, zay olmuşdur. Bunun üçün kafirlərin ruh aləmindən xəbərləri yoxdur və ola bilməz. Qəlbin həyat tapması, ruh aləminə açılması üçün tək çarə, tək dərman iman etməsidir, müsəlman olmasıdır. Möminin qəlb qapısından Aləmi-əmrə girməsi və bu aləmdə sonsuza, əbədi həyata irəliləməsi üçün çalışması lazımdır. İslamiyyətin səkkiz ana elmindən biri olan “Təsəvvüf” elmi bu çalışmaları öyrədən böyük bir elmdir. Bu elmin mütəxəssislərinə “Vəli” və “Mürşid” deyilir. Mürşidlərin ən məşhuru İmam Rabbani Əhməd Faruqidir. 1034 hicri və 1624 miladi ilində Hindistanda vəfat etmişdir.

Tibb və fənn fakültələrində oxuyub məxluqlardakı sənət incəliklərini, aralarındakı hesablı bağlantıları görən və anlaya bilən ağlı başında bir insanın Allahu təalanın varlığına, birliyinə, böyüklüyünə, elminə, qüdrətinə inanmaması mümkün deyil. İnanmayanın anormal, ağılsız, cahil olması, yaxud inadcıl, ehtiraslarına düşkün bir axmaq olması və ya nəfsinə əsir olmuş, işgəncə etməkdən zövq alan zalım bir sadist olması lazım gəlir. Kafirlərin həyat hekayələri incələnərsə bu üç qisimdən biri olduğu dərhal meydana çıxar.]

Hədisi-şərifdə “Varlıqlardakı nizamı düşünərək Allahu təalaya iman edin!” buyuruldu. Astronomiyanı oxuyub yer kürəsinin, Ayın, Günəşin və bütün ulduzların boşluqda fırlanmalarında və bir-birlərindən uzaqlıqlarında olan nizamı, hesabları anlayan kimsənin imanı artar. Dağların, mədənlərin, çayların, dənizlərin, heyvanların, bitkilərin, hətta mikrobların yaradılmasında müxtəlif faydalar vardır. Heç biri boş yerə, lazımsız yaradılmamışdır. Buludlar, yağışlar, şimşəklər və ildırımlar, yer altındakı sular və enerji maddələri, hava, qısacası, hər varlıq müəyyən xidmətlər, müəyyən vəzifələr etməkdədir. İnsanlar bu saysız məxluqların sayıla bilməyəcək xidmətlərindən bu günə qədər çox azını anlaya bilmişdir. Məxluqları qavraya bilməyən insan ağlı bunların xaliqini, yaradanını necə qavraya bilər? Onun böyüklüyünü, sifətlərini bir az anlaya bilən islam alimləri heyrətə gəlmişlər. “Onu anlamaq, anlamağın mümkün olmayacağını anlamaqdır” demişdilər. Musa əleyhissəlamın ümmətindən biri otuz il ibadət etmişdir. Bir bulud ona kölgə edərək günəşdən qorumuşdur. Bir gün bulud gəlməmiş, günəşdə qalmışdı. Anasından səbəbini soruşdu. Hər halda bir günah etmisən, dedi. Xeyr, günah işləmədim, dedikdə, göylərə, çiçəklərə baxmadınmı? Onları gördükdə, yaradanın əzəmətini düşünmədinmi? dedi. Bəli, baxdım. Lakin, təfəkkürdə qüsur etdim, dedikdə, bundan böyük günah olarmı? Dərhal tövbə et, demişdi. Ağlı başında olan kimsənin təfəkkür vəzifəsinə heç laqeydlik etməməsi lazımdır. Sabah ölməyəcəyindən əmin olan kimsə varmı? Allahu təala heç bir şeyi batil, faydasız yaratmamışdır. İnsanların anlaya bilmədikləri, görə bilmədikləri faydalar anlaya bildiklərindən qat-qat daha çoxdur. Təfəkkür dörd cür olar, demişdilər. Allahu təalanın məxluqlarındakı gözəl sənətləri, faydaları düşünmək Ona inanmağa və sevməyə səbəb olar. Onun vəd etdiyi savabları düşünmək ibadət etməyə səbəb olar. Onun xəbər verdiyi əzabları düşünmək Ondan qorxmağa, kimsəyə pislik etməməyə səbəb olar. Onun nemətlərinin, lütflərinin qarşılığında nəfsinə tabe olaraq günah işlədiyini, qəflət içində yaşadığını düşünmək Allahdan həya etməyə, utanmağa səbəb olar. Allahu təala yerlərdə və göylərdə olan məxluqları düşünərək ibrət alanları sevər. Hədisi-şərifdə, “Təfəkkür kimi qiymətli ibadət yoxdur” və “Bir anlıq təfəkkür altmış il ibadətdən daha xeyirlidir” buyuruldu. İmam Qəzalinin farsca “Kimyayi-səadət” kitabında təfəkkür haqda ətraflı yazılmışdır.

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)English

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt