Hakikat Books
Azərbaycanca
Ön baxış — bu mətn hələ nəşr üçün təsdiqlənməyib.

Fəsil 1 / 59

Ön söz

Bu fəsildə cavablandırılan suallar (10)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. Müsəlman olmaq üçün nə söyləmək və bilmək lazımdır; imanın şərtləri neçədir? qaralama Xətanı bildir
  2. Qiyamət və Axirət kitabının əsli hansı alimin hansı kitabıdır və türkcəyə kim tərcümə etmişdir? qaralama Xətanı bildir
  3. Bu gün dünyadakı müsəlmanlar hansı üç firqəyə ayrılmışdır? qaralama Xətanı bildir
  4. Hansı firqədən olursa-olsun, kimlər Cəhənnəmə gedəcəkdir; nəfs və qəlb üçün hansı zikrlər oxunmalıdır? qaralama Xətanı bildir
  5. Allahu təala kafirləri və günahkarları necə cəzalandıracaqdır; qullarının axirət səadəti üçün nə etmişdir? qaralama Xətanı bildir
  6. “Hər canlı ölümü dadacaqdır” ayəsi ilə aləmlərin hansı üç ölümü bildirilmişdir? qaralama Xətanı bildir
  7. Mələkuti olan ikinci aləm nədir? qaralama Xətanı bildir
  8. Cəbərut aləminin əhli kimlərdir və onlar da ölürlərmi? qaralama Xətanı bildir
  9. Axirət həyatı neçə qismdir? qaralama Xətanı bildir
  10. Ağıl nəyə yarayır və din kimə deyilir? qaralama Xətanı bildir

Allahu təala dünyadakı bütün insanlara rəhm edərək faydalı şeyləri yaradıb göndərir. Bütün insanların dünyada və axirətdə rahat və hüzur içində yaşaması üçün necə hərəkət etməli olduqlarını bildirmişdir. Axirətdə Cəhənnəmə getməli olan möminlərdən istədiyinə ehsan edərək əfv edəcək, Cənnətə qovuşduracaqdır. Hər canlını yaradan, hər varlığı, hər an varlıqda saxlayan, cümləsini qorxu və dəhşətdən qoruyan yalnız Odur. Belə bir Allahın şərəfli isminə sığınaraq bu kitabı yazmağa başlayırıq.

Allahu təalaya həmd olsun! Onun verdiyi nemətlərə, yaxşılıqlara sonsuz şükürlər olsun. Hər hansı bir şəxs, hər hansı bir zamanda, hər hansı bir yerdə, hər hansı şəxsə hər hansı bir şeyə görə, hər hansı bir şəkildə həmd edərsə, bu həmd və şükürlərin hamısı Allahu təalaya edilmiş sayılır. Çünki, hər şeyi yaradan, tərbiyə edən, yetişdirən, hər yaxşılığı etdirən ancaq Odur. Qüvvət, qüdrət sahibi yalnız Odur. O xatırlatmazsa, heç kim yaxşılıq və yamanlıq etməyi iradə, arzu edə bilməz. Qul iradə etdikdən sonra, O da istəmədikcə, qüvvət və fürsət vermədikcə, heç bir şəxs heç bir şəxsə zərrə qədər yaxşılıq və yamanlıq edə bilməz.

Onun Peyğəmbərlərinin cümləsinə (əleyhimussaləvatu vəttəslimat) və əvvəlcə onların ən üstünü olan Muhamməd Mustafaya (əleyhi və əleyhimussaləvatu vəttəslimat) salamlar və dualar olsun! O uca Peyğəmbərin (sallallahu təala əleyhi və səlləm) Əhli-beytinə və Onun ruhlara şəfa olan gözəl üzünü görməklə, faydalı sözlərini eşitməklə şərəflənən, beləcə bütün insanların ən qiymətliləri olan Əshabının hər birinə (radıyallahu təala anhum əcmain) bizdən salamlar və dualar olsun!

Müsəlman olmaq üçün “Kəlimeyi-tövhid” adlanan “La ilahə illallah, Muhammədun rəsulullah” sözünü söyləmək, bunun mənasını qısa şəkildə bilmək və inanmaq lazımdır. Bunun mənasını bilmək də altı ünsürü bilmək deməkdir. Bu altı ünsürə “İmanın şərtləri” deyilir. Bu altı ünsürdən beşincisi axirət həyatına inanmaqdır. 450-ci hicri ilində təvəllüd və 505-ci [miladi 1111] ildə vəfat etmiş böyük islam alimi İmam Muhamməd Qəzali (rahmətullahi əleyh) qiyamət bilgilərini açıqlamaq üçün “Dürrə-tül Faxirə fi-kəşfi ulum-il-axirə” adlı ayrıca bir kitab yazmışdır. Bu kitab “Kəşf-üz-zünun”da da bildirilmişdir. Kastamoni Hərbi Rüşdiyyə, yəni orta məktəbdə ərəb dili müəllimi olan Ömər bəy bu qiymətli kitabı ərəbcədən türkcəyə tərcümə edərək, “Qurani-kərimdə qiyamət və axirət halları” adını vermiş və 13 noyabr 1911 və 5 Zilqadə 1329-cu hicri ildə Kastamonidə nəşr edilmişdir. İndi bu qiymətli kitabı yenidən çap etdirmək kitabevimizə nəsib oldu. Başqa mötəbər kitablardan alınan və sonradan edilən açıqlamalar bir künc mötərizə [ ] içərisinə yazıldı.

Din qardaşlarımıza bu xidmətdə iştirak etməyi ehsan edən Allahu təalaya sonsuz şükürlər olsun! Allahu təala hamımıza Əhli-sünnət alimlərinin bildirdiyi doğru bilgiləri öyrənməyi, bunlara inanmağı və sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlamın bildirdiyi əmrlərə və qadağalara tabe olaraq yaxşı bir insan olmağı nəsib etsin! Yaxşı bir insan hər kəsə yaxşılıq edər. Heç kimin malına, canına, irz və namusuna təcavüz etməz. Dövlətə, qanunlara qarşı çıxmaz. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), “İslamiyyət qılıncların kölgəsi altındadır” buyurdu. Bunun mənası, “İnsanlar dövlətin, qanunların idarəsi, himayəsi altında rahat yaşayar, ibadətlərini rahat edərlər” deməkdir. Dövlət nə qədər qüvvətli olarsa, rahat və hüzur o qədər artar. Bunun üçün müsəlmanların dövlətə daima yardım etməsi, vergilərini vaxtında verməsi, şirin dil və gülər üzlə hər kəsə nəsihət etməsi lazımdır. Allahu təala, din düşmənlərinin yalanlarına, hiylələrinə və iftiralarına aldanaraq dininə və dövlətinə xəyanət etməkdən bizləri qorusun! Amin.

Bu gün bütün dünyadakı müsəlmanlar üç firqəyə ayrılmışdır. Birinci firqə Əshabı-kiramın yolunda olan həqiqi müsəlmanlardır. Bunlara “Əhli-sünnət”, “Sünni” və “Firqeyi-naciyə”, yəni Cəhənnəmdən qurtulan firqə deyilir. İkinci firqə Əshabı-kirama düşmən olanlardır. Bunlara “Şiə” və ya “Firqeyi-zallə”, yəni azğın firqə deyilir. Üçüncüsü sünnilərə və şiələrə düşmən olanlardır. Bunlara “Vəhhabi” və “Nəcdi” deyilir. Çünki bunlar ilk dəfə Ərəbistanın Nəcd şəhərində meydana çıxmışlar. Bunlara “Firqeyi-məlunə” də deyilir. Çünki bunların müsəlmanlara müşrik dedikləri “Qiyamət və Axirət” və “Səadəti Əbədiyyə” kitablarımızda yazılmışdır. Müsəlmanlara kafir deyənə Peyğəmbərimiz lənət etmişdir. Müsəlmanları bu üç firqəyə parçalayan yəhudilərlə ingilislərdir.

Hansı firqədən olursa-olsun, nəfsinə uyan və qəlbi qara olan insan Cəhənnəmə gedəcək. Hər mömin nəfsini təzkiyə üçün, yəni nəfsin yaradılışında mövcud olan küfrü və günahları təmizləmək üçün hər zaman çox “La ilahə illallah” və qəlbini təsfiyə üçün, yəni nəfsdən, şeytandan, pis yoldaşlardan və zərərli, yanlış kitablardan gələn küfrdən və günahlardan qurtulmaq üçün “Əstəğfirullah” oxumalıdır. Əhkamı-islamiyyəyə tabe olanın duası mütləq qəbul olar. Namaz qılmayanın, açıq qadınlara baxanın və haram yeyib-içənin əhkamı-islamiyyəyə tabe olmadığı məlum olur. Onların duaları qəbul olmaz.

Miladi il: 2001 · Hicri şəmsi: 1380 · Hicri qəməri: 1422

XƏBƏRDARLIQ

Missionerlər xristianlığı yaymağa, yəhudilər Talmudu yaymağa, İstanbuldakı Hakikat Kitabevi islamiyyəti yaymağa, masonlar isə dinləri yox etməyə çalışırlar. Ağlı, elmi və insafı olan bunlardan doğrusunu qavrayar, idrak edər, anlayar. İslamiyyətin yayılmasına yardım edərək bütün insanların dünyada və axirətdə səadətə qovuşmasına səbəb olar. İnsanlara bundan daha qiymətli və daha faydalı bir xidmət ola bilməz. Bu gün xristianların və yəhudilərin əllərindəki Tövrat və İncil adlanan din kitablarının insanlar tərəfindən yazılmış olduğunu öz adamları da bildirir. Qurani-kərim isə Allahu təala tərəfindən göndərildiyi kimi tərtəmizdir. Bütün keşişlərin və xaxamların Hakikat Kitabevinin nəşr etdiyi kitabları diqqətlə və insafla oxuyub anlamağa çalışmaları lazımdır.

QİYAMƏT və AXİRƏT

Həmd - zatının əbədi olduğunu bildirən Allahu təalaya olsun. O, Özündən başqa bütün varlıqların yox olmasını dilədi. Kafirləri və günahkarları qəbir əzabı ilə cəzalandıracaq. Qullarının dünya və axirət səadətinə qovuşmaları üçün Peyğəmbərləri vasitəsilə əmrlərini və qadağalarını bildirdi. Qullarının axirətdə əzab və ya mükafat görmələrini dünyada etdikləri bir neçə günlük əməllərindən asılı etdi. Axirət yoluna qədəm qoyub, rızasına qovuşmağı sevdiyi və seçdiyi qullarına asan etdi.

Allahu təala, sevgili peyğəmbəri Muhamməd əleyhissəlama, Onun Alinə və Əshabına salət və salam etsin. Onların isimlərini müsəlmanlar arasında çox yüksək etdi.

Bilməlisən ki, hər şeyi dirildən və öldürən Allahu təala, Ali-İmran surəsinin 185-ci və Əl-Ənbiya surəsinin 35-ci və Əl-Ənkəbut surəsinin 57-ci ayələrinin məali-şərifində, “Hər canlı ölümü dadacaq” buyurdu. Bununla aləmlərin üç ölümünü bildirdi. Dünya aləminə gələn, əlbəttə, ölür. Cəbərut aləminə və mələküt aləminə gələnlər də, əlbəttə, ölür. Bunlardan dünya aləmində olanlar, Adəmoğulları (insanlar) ilə quruda, dənizdə və havada olan heyvanlardır.

Mələküti olan [yəni gözlə görünməyən] ikinci aləm, mələklərlə cin siniflərinin olduğu aləmdir.

Cəbəruti olan üçüncü aləm - mələklərdən seçilmişlərin aləmidir. Belə ki, Qurani-kərimdə, Həcc surəsinin 75-ci ayəsində məalən, “Allahu təala, mələklərdən və insanlardan Peyğəmbərlər seçdi” buyuruldu.

Beləliklə, bu üçüncü sinif Cəbərut aləminin əhli, Kərubiyan, Ruhaniyan, Hamələyi-Ərş mələkləri və Suradiqatı-cəlal əhli olanlardır. Ənbiya surəsinin 19 və 20-ci ayələrində məalən, “Allahu təala qatında olan elə mələklər var ki, Ona ibadətdə özlərini bəyənməzlər və heç yorulmazlar. Gecə-gündüz daima Allahu təalanı təsbih edərlər, usanmazlar” buyurularaq onlar bildirilmişdir. Allahu təala onları bu ayəti-kərimə ilə mədh etmişdir. Onlar çox şərəflidirlər, Cənnət bağçalarında olurlar. Onlar haqqında Qurani-kərimdə sifətləri ilə birlikdə bildirilmişdir.

Onlar Cənabı-Haqqa yaxın və məkanları Cənnət olduqları halda yenə ölürlər. Allahu təalaya yaxın olmaları ölmələrinə mane olmur.

Sənə əvvəlcə dünya ölümü haqqında məlumat verəcəyəm. Xəbər verəcəyim məlumatı diqqətlə dinlə ki, əgər Allahu təalaya və Onun Rəsuluna, qiyamət gününə və axirətə inanırsansa, sənə insanların bir haldan digər hala necə keçdiklərini nəql edib, onların hallarını, vəsiflərini xəbər verəcəyəm. Çünki, bu xəbərlər ancaq dəlil və şahidlədir ki, deyəcəklərimə Allahu təala və Qurani-kərim şahiddir. Qurani-kərimlə Rəsulullahdan (sallallahu əleyhi və səlləm) nəql edilən səhih hədislər sözümü təsdiq edir. [İnsan öldükdə, “Dünya həyatı” bitər, “Axirət həyatı” başlayar. Axirət həyatı üç qisimdir. Təkrar dirilənə qədər “Qəbir həyatı”dır. Sonra “Qiyamət həyatı”, bundan sonra “Cənnət və Cəhənnəm həyatı”dır. Bu üçüncü həyat sonsuzdur.]

Dünyada yaxşı, faydalı şeylər pis, zərərli şeylərlə qarışıqdır. Səadətə, rahat və hüzura qovuşmaq üçün hər zaman gözəl, faydalı əməllər etmək lazımdır. Allahu təala çox mərhəmətli olduğu üçün, yaxşı şeyləri pis şeylərdən ayıran bir qüvvə yaratdı. Bu qüvvəyə “ağıl” deyilir. Təmiz və sağlam olan ağıl bu işi çox gözəl yerinə yetirir və heç yanılmaz. Günah işləmək, nəfsə tabe olmaq ağlı və qəlbi xəstə edir, yaxşını pisdən ayıra bilmir. Allahu təala mərhəmət edərək bu işi özü edir, yaxşı işləri Peyğəmbərlər vasitəsilə bildirir və bunları etməyi əmr edir. Zərərli şeyləri də bildirib, bunları etməyi qadağan edir. Bu əmr və qadağalara “Din” deyilir. Muhamməd əleyhissəlamın bildirdiyi dinə “İslamiyyət” deyilir. Bu gün yer üzündə dəyişdirilməmiş, pozulmamış tək din vardır, o da İslamiyyətdir. Rahatlığa qovuşmaq üçün islamiyyətə tabe olmaq, yəni müsəlman olmaq lazımdır. Müsəlman olmaq üçün də heç bir rəsmiyyətə, imama, müftiyə getməyə ehtiyac yoxdur. Əvvəlcə qəlblə iman etmək, sonra da islamiyyətin əmr və qadağalarını öyrənmək və yerinə yetirmək lazımdır.

Sual mələkləri qəbrə gələrlər,

Namazını düz qıldınmı deyərlər.

Dərhal qurtuldunmu sandın öləndə,

Sənin üçün əzab hazır deyərlər.

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)English

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt