Hakikat Books
Azərbaycanca

Fəsil 1 / 136

Ön söz

Bu fəsildə cavablandırılan suallar (9)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. Ön sözdə kitaba necə başlanılır və həmd və salat kimə edilir? qaralama Xətanı bildir
  2. Yaxşını pisdən ayıran ağıl nədir; din və İslamiyyət nə deməkdir? qaralama Xətanı bildir
  3. İman etmək və doğru inanmaq üçün nə etmək lazımdır? qaralama Xətanı bildir
  4. Bu gün müsəlmanlar hansı üç firqəyə ayrılmışdır? qaralama Xətanı bildir
  5. Nəfsi təmizləmək və qəlbi saflaşdırmaq üçün nə oxunmalıdır; kimlərin duası qəbul olmaz? qaralama Xətanı bildir
  6. İmandan sonra ən mühüm əmr nədir və namaz qılmamaq nəyə səbəb olur? qaralama Xətanı bildir
  7. Namazı doğru qıla bilmək üçün surə və dualar haqqında nə etmək lazımdır? qaralama Xətanı bildir
  8. Qurani-kərimi doğru oxumağı öyrənmək niyə lazımdır? qaralama Xətanı bildir
  9. Qurani-kərim latın hərfləri ilə yazıla bilərmi? qaralama Xətanı bildir

Namaz kitabını yazmağa Əuzü Bəsmələ oxuyaraq başlayıram. Allahu təalaya həmd olsun. Onun seçdiyi və sevdiyi qullarına və onların ən üstünü olan Muhamməd əleyhissəlama salat (dua) və salam olsun. O uca Peyğəmbərin təmiz əhli-beytinə, adil, sadiq Əshabı-kiramının (rıdvanullahi təala əleyhim əcməin) hər birinə xeyirli dualar olsun! Dünyada yaxşı, faydalı şeylər pis, zərərli şeylərlə qarışıqdır. Səadətə, rahatlığa qovuşmaq üçün həmişə yaxşı, faydalı işlər görmək lazımdır. Allahu təala çox mərhəmətli olduğu üçün yaxşılığı pisdən ayıran bir qüvvət yaratdı. Bu qüvvətə Ağıl deyilir. Təmiz və sağlam olan ağıl bu işini çox yaxşı görər, heç vaxt səhv etməz. Günah işləmək, nəfsə tabe olmaq, ağlı və qəlbi xəstə edər. Yaxşını pisdən ayıra bilməz. Allahu təala mərhəmət edərək bu işi özü etmiş, yaxşı işləri Peyğəmbərlər vasitəsi ilə bildirmiş və bunları yerinə gətirməyi əmr etmişdir. Zərərli şeyləri də bildirib, bunları etməyi qadağan etmişdir. Bu əmr və qadağalara Din deyilir. Muhamməd əleyhissəlamın bildirdiyi dinə İslamiyyət deyilir. Bu gün yer üzündə dəyişdirilməmiş, pozulmamış tək din vardır. O da islamiyyətdir. Dünya və axirət rahatlığına qovuşmaq üçün islamiyyətə uymaq, yəni müsəlman olmaq lazımdır. Müsəlman olmaq üçün də heç bir rəsmiyyətə, imama, müftiyə getməyə ehtiyac yoxdur. İlk əvvəl qəlb ilə iman etməli, sonra da islamiyyətin əmr və qadağalarını öyrənməli və bunlara əməl etməlidir.

İman etmək üçün Kəlimeyi-şəhadəti söyləmək və mənasını bilmək lazımdır. Bu kəlimənin mənasına doğru inanmaq üçün də Əhli-sünnət alimlərinin yazdıqları kitablarda bildirdikləri kimi inanmalıdır. Əhli-sünnət alimlərinin yazdıqları həqiqi din kitablarına tabe olanlara yüz şəhid savabı veriləcəkdir. Dörd məzhəbdən hər hansı birinin alimlərinə “Əhli-sünnət alimi” deyilir. İmanın şərtləri “İman və İslam” kitabında geniş şəkildə izah olunur. Bu kitabı oxumağınızı tövsiyə edirik.

Bu gün bütün dünyadakı müsəlmanlar üç firqəyə ayrılmışdır. Birinci firqə Əshabı-kiramın yolunda olan həqiqi müsəlmanlardır. Bunlara “Əhli-sünnət”, “Sünni” və Cəhənnəmdən qurtulan firqə mənasında “Firqeyi-naciyə” deyilir. İkinci firqə Əshabı-kirama düşmən olanlardır. Bunlara “Şiə” və azğın firqə mənasında “Firqeyi-zallə” deyilir. Üçüncüsü sünnilərə və şiələrə düşmən olanlardır. Bunlara “Vəhhabi” və “Nəcdi” deyilir. Çünki bunlar ilk olaraq Ərəbistanın Nəcd şəhərində meydana çıxmışdır. Bunlara “Firqeyi-məlunə” də deyilir. Çünki bunların müsəlmanlara müşrik dedikləri “Qiyamət və Axirət” və “Səadəti Əbədiyyə” kitablarımızda yazılmışdır. Müsəlmanlara kafir deyənə Peyğəmbərimiz lənət etmişdir. Müsəlmanları bu üç firqəyə parçalayan yəhudilərlə ingilislərdir.

Hansı firqədən olursa olsun, nəfsinə tabe olan və qəlbi pozuq olan Cəhənnəmə gedəcəkdir. Hər mömin nəfsini təmizləmək üçün yəni nəfsin yaradılışında mövcud olan küfrü və günahları təmizləmək üçün hər zaman çox “La ilahə illallah” və qəlbini təmizləmək üçün yəni nəfsdən və şeytandan, pis yoldaşlardan və zərərli, pozuq kitablardan gələn küfrdən və günahlardan qurtulmaq üçün “Əstəğfirullah” oxumalıdır. İslamiyyətə tabe olanın duaları şübhəsiz qəbul olar. Namaz qılmayanın, açıq qadınlara və övrət məhəlli açıq olanlara baxanların və haram yeyib-içənlərin islamiyyətə tabe olmadıqları məlum olur. Bunların duaları qəbul olmaz.

İman etdikdən sonra ən mühüm əmr namazdır. Beş vaxt namaz qılmaq hər müsəlmana fərzi-ayndır, yəni hər kəsin özü qılması lazımdır. Qılmamaq böyük günahdır. Hənbəli məzhəbində isə küfrdür. “Ğayətüt-təhqiq” risaləsinə baxın! Namazı tam və doğru olaraq qıla bilməsi üçün ilk əvvəl namaz məlumatlarını öyrənməsi lazımdır. Bu kitabımızda dinimizdə bildirilən namaz məlumatlarını qısa və yığcam olaraq bildirməyi faydalı gördük. Bir çox İslam aliminin kitabından istifadə edərək hazırladığımız bu namaz məlumatlarını hər müsəlman mütləq öyrənməli və övladlarına da öyrətməlidir.

Namazın doğru qılına bilməsi üçün namazda oxunan surə və duaları da əzbərləməlidir. Heç olmazsa namaz qıla biləcək qədər dua və surəni, bunları oxumasını yaxşı bilən, tam tələffüz edən bir müəllimdən və ya yoldaşından öyrənməlidir. Qurani-Kərimi doğru oxumaq üçün Qurani-Kərim kurslarına getməlidir. Qurani-Kərimi doğru olaraq oxumağı mütləq öyrənməli, uşaqlarına da öyrətməlidir. Qurani-Kərimin latın hərfləri ilə yazılması mümkün deyildir. Onun üçün əsli oxunmalıdır. Oxunması çox asandır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifində, “Uşaqlarına Qurani-Kərim öyrədənlərə və ya Qurani-Kərim müəlliminə göndərənlərə, öyrədilən Quranın hər hərfi üçün on kərə Kəbə-i muazzamanı ziyarət savabı verilir. Və Qiyamət günü başına dövlət tacı qoyular. Bütün insanlar görüb qibtə edərlər” buyurdu. Allahu təala hamımızı doğru iman etdikdən sonra namazı doğru öyrənən və qılan, xeyirli işləri edən qullarından etsin!

Miladi il: 2010 · Hicri şəmsi: 1388 · Hicri qəməri: 1431

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt