Hakikat Books
Azərbaycanca

Fəsil 3 / 136

Birinci bölmə: İmanımız və namaz

Bu fəsildə cavablandırılan suallar (3)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. Allahu təala insanların səadəti üçün nə etmişdir (iman)? qaralama Xətanı bildir
  2. İmanın lüğətdə və islamiyyətdə mənası nədir? qaralama Xətanı bildir
  3. İman, Muhamməd əleyhissəlamın bildirdiklərini təsdiq etmək olaraq necə izah edilir? qaralama Xətanı bildir

HƏR KƏS İLK ƏVVƏL İMAN ETMƏLİDİR

Allahu təala insanların dünyada rahat və dinclik içində yaşamalarını, axirətdə də sonsuz səadətə qovuşmalarını istəyir. Bunun üçün səadətə səbəb olan faydalı işləri etməyi əmr etdi. Fəlakətə səbəb olan zərərli şeyləri də qadağan etdi. Allahu təalanın birinci əmri iman etməkdir. İman etmək bütün insanlara lazımdır. Hər kəs üçün iman zəruridir.

İman, lüğətdə bir adamı tam doğru sözlü bilmək, ona inanmaq deməkdir. İslamiyyətdə iman demək, Muhamməd əleyhissəlamın Allahın peyğəmbəri olduğunu və Onun tərəfindən seçilmiş, xəbərverici “Nəbi” olduğunu doğru bilmək və inanaraq söyləmək, Onun Allahu təala tərəfindən qısaca bildirdiklərinə qısaca inanmaq, geniş bildirdiklərinə geniş olaraq inanmaq və gücü yetdikcə “Kəlimeyi-şəhadət”i dil ilə də söyləməkdir. Qüvvətli iman budur ki, atəşin yandırdığına, ilanın zəhərləyib öldürdüyünə tam inanıb çəkindiyimiz kimi, könlündən tam olaraq Allahu təalanı və sifətlərini (xüsusiyyətlərini) böyük bilərək Onun rızasına və camalına can atmaq, qəzəbindən və cəlalından qaçmaq və imanı mərmər üzərinə yazılan yazı kimi möhkəm olaraq könlünə yerləşdirməkdir.

İman Muhamməd əleyhissəlamın söylədiklərinin hamısını bəyənib qəlbin təsdiq etməsi, yəni inanmasıdır. Beləcə, inanan insanlara “Mömin” və “Müsəlman” deyilir. Hər müsəlmanın Muhamməd əleyhissəlama tabe olması, Onun göstərdiyi yolla getməsi lazımdır. Onun yolu Qurani-Kərimin göstərdiyi yoldur. Bu yola “İslamiyyət” deyilir. Ona tabe olmaq üçün əvvəlcə iman etmək, sonra “Əhkami-islamiyyəti”, yəni müsəlmanlığı dəqiq olaraq öyrənmək, sonra fərzləri əda edib haramlardan çəkinmək, daha sonra sünnətləri yerinə yetirib məkruhlardan çəkinmək lazımdır. Bunlardan sonra mubahlarda (halal) da Ona tabe olmağa çalışmalıdır.

Dinimizin təməli imandır. İmanı olmayanların heç bir ibadətini və xeyir işlərini Allahu təala bəyənməz və qəbul etməz. Müsəlman olmaq istəyən ilk əvvəl iman etməli, sonra qüslü, dəstəmazı, namazı və lazım olduqca digər fərzləri və haramları öyrənməlidir.

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt