Hakikat Books
Azərbaycanca

Fəsil 22 / 136

Haram

Bu fəsildə cavablandırılan suallar (2)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. Müstəhəb (məndub) nə deməkdir? qaralama Xətanı bildir
  2. Haram nə deməkdir və neçə növdür? qaralama Xətanı bildir

6. HARAM: Allahu təalanın, Qurani-Kərimdə “etməyin” deyə açıqça qadağan etdiyi şeylərdir. Haramların edilməsi və istifadə edilməsi qəti qadağan edilmişdir. Harama halal deyənin və halala haram deyənin imanı gedər, kafir olar. Haram olan şeyləri tərk etmək, onlardan çəkinmək fərzdir və çox savabdır.

Haramın iki növü var:

Haram li-aynihi: Adam öldürmək, zina, livata etmək, qumar oynamaq, şərab və hər cür alkoqollu içkiləri içmək, yalan söyləmək, oğurluq etmək, donuz əti, qan və leş yemək, qadınların, qızların başı, qolları, ayaqları açıq küçəyə çıxmaları haram olub, böyük günahdır. Bir kimsə bu günahları işləyərkən Bəsmələ söyləsə və ya halal olduğuna etiqad etsə, yaxud Allahu təalanın haram etməsinə əhəmiyyət verməsə, kafir olar. Bunların haram olduğuna inanıb qorxaraq etsə, kafir olmaz. Lakin Cəhənnəm əzabına layiq olar. Əgər təkid edib tövbəsiz ölərsə, imansız getməyə səbəb olar.

Haram li-qayrıhi: Bunlar əsilləri halal olub, başqasının haqlarından dolayı haram olan şeylərdir. Məsələn, bir nəfərin bağına girib, sahibinin icazəsi olmadan meyvəsini qoparıb yemək, ev əşyasını və pulunu oğurlayıb istifadə etmək, əmanətə xəyanət etmək, rüşvət, faiz və qumar ilə mal, pul qazanmaq kimi. Bunları edən kəs, edərkən Bəsmələ söyləyərsə və yaxud halaldır desə, kafir olmaz. Çünki o kişinin haqqıdır, geri alar. Beş yarım arpa (bir dank) ağırlığında gümüş qiyməti qədər haqq üçün qiyamət günündə camaat ilə qılınmış yeddi yüz rəkət qəbul olunmuş namazın savabı, Allahu təala tərəfindən alınıb, haqq sahibinə verilər. Haramlardan çəkinmək, ibadət etməkdən daha çox savabdır. Onun üçün haramları öyrənib, çəkinmək lazımdır.

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)EnglishБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt