Hakikat Books
Azərbaycanca

Fəsil 80 / 136

Qadəi-axirə

5. QADƏİ AXİRƏ: Son rəkətdə “Əttəhiyyatu”nu oxuyacaq qədər oturmaq fərzdir. Oturarkən əl barmaqları ilə işarə etmək olmaz. Kişilər sol ayağını barmaq ucları sağa doğru dönük olaraq yerə yatırır. Bu ayağın üzərinə oturar. Sağ ayağı dik tutar. Bunun barmaqları yerə dəyər. Barmaqlarının ucu qibləyə qarşı bir az bükülmüş olar. Belə oturmaq sünnətdir. Qadınlar ombasını yerə qoyaraq oturur. Budları bir-birinə yaxın olar. Sağ ayağını sağ tərəfdən çölə çıxarır. Sol ayağı barmaq ucları sağa dönmüş olaraq altında qalar.

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt