Hakikat Books
English
Preview: the booklet list is a draft awaiting approval. The text is taken unchanged from the book.

Faith and Truth

Axirətə və qədərə inanmaq

From: The Book of Salat (Namaz) · 2 chapters ⏱ 3 min draft

Read the full book

Chapters in this booklet

  1. Beşinci şərt: Axirətə inanmaq
  2. Altıncı şərt: Qədərə inanmaq

Beşinci şərt: Axirətə inanmaq

Vəl yəvmil axıri: Axirət gününə inandım deməkdir. Bu zamanın başlanğıcı, insanın öldüyü gündür. Qiyamətin sonuna qədərdir. Son gün deyilməsi arxasından gecə gəlmədiyi üçündür. Yaxud dünyadan sonra gəldiyi üçündür. Qiyamətin nə zaman qopacağı bildirilmədi. Amma Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir çox əlamətlərini xəbər verdi: Həzrəti Mehdi gələcək. İsa əleyhissəlam göydən Şama enəcək. Dəccal çıxacaq. Yəcüc və Məcüc deyilən kimsələr hər yeri qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Din elmləri unudulacaq. Günah, yamanlıq çoxalacaq. Haramlar hər yerdə işlənəcək. Yəməndən atəş çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq və s.

Qəbir sualı vardır. Qəbirdə Münkər və Nəkir mələklərinə cavab olaraq bunları əzbərləməlidir və uşaqlara da əzbərlətməlidir: “Rəbbim Allahu təala, Peyğəmbərim Muhamməd əleyhissəlam, dinim islam dini, kitabım Qurani-Kərim, qibləm Kəbəi-şərif, etiqadda məzhəbim Əhli-sünnət vəl-camaat, əməldə məzhəbim İmam Əzəm Əbu Hənifə məzhəbi”. Qiyamət günü hər kəs diriləcək. Məhşər yerində toplanacaq. Salehlərin əməl dəftərləri sağından, pislərin arxa və ya sol tərəfindən veriləcək. Şirkdən, küfrdən başqa hər günahı Allahu təala istəsə əfv edəcək, istəsə kiçik günah üçün də əzab edəcəkdir.

Əməllərin çəkilməsi üçün “Mizan” (tərəzi) vardır. “Sirat körpüsü” Allahu təalanın əmri ilə Cəhənnəmin üzərində qurulacaq. Muhamməd Mustafa (sallallahu əleyhi və səlləm) əfəndimizə məxsus “Kövsər hovuzu” vardır.

“Şəfaət” haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük günahlarının əfv edilməsi üçün Peyğəmbərlər, Vəlilər, salehlər, alimlər, mələklər, şəhidlər və Allahu təalanın icazə verdikləri şəfaət edəcək və qəbul ediləcəkdir.

“Cənnət və Cəhənnəm” indi vardır. Cənnət yeddi qat göylərin üstündədir. Cəhənnəm hər şeyin altındadır. Cənnətin səkkiz qapısı vardır. Hər qapıdan bir Cənnətə girilir. Cəhənnəm yeddi təbəqədir. Birinci təbəqədən yeddinci təbəqəyə doğru əzablar şiddətlənir.

Altıncı şərt: Qədərə inanmaq

Və bil-qadəri, xayrihi və şərrihi minallahi Təala: Qədərə, xeyir və şərlərin Allahu təaladan olduğuna inandım deməkdir. İnsanlara gələn xeyir və şər, fayda və zərər, qazanc və ziyanların hamısı Allahu təalanın təqdir etməsidir.

Allahu təalanın bir şeyin var olmasını istəməsinə “qədər” deyilmişdir. Qədərin, yəni varlığı təqdir edilmiş olan şeyin var edilməsinə “qəza” deyilir. Qədər və qəza kəlmələri bir-birinin yerinə də istifadə edilir.

Allahu təala qullarına “İradə” vermiş, bu iradələrini, istəmələrini, işləri yaratmasına səbəb etmişdir. Bir qul bir şey etmək istəyincə, Allahu təala da diləyərsə, o işi yaradır. Qul istəməsə, Allahu təala da istəməz və o şeyi yaratmaz.

Buraya qədər qısaca bildirdiyimiz Əhli-sünnət etiqadını daha geniş öyrənmək istəyənlər, “Hakikat Kitabevi”nin dərc etdiyi, islam alimlərinin göz bəbəyi böyük övliya, Mövlana Xalid Bağdadinin farsca “Etiqadnamə” kitabını və Kəmahlı Feyzullah Əfəndinin tərcümə etdiyi “Hər kəsə Lazım Olan İman” kitabını oxusunlar. Çox faydalı, çox gözəl bir əsər olub, feyz və bərəkətləri iki cahan səadəti üçün yetərlidir.

Allahu təala hər kəsə təvəkkülü əmr etmişdir. “Təvəkkül imanın şərtidir” mənasındakı ayəti-kərimə bu əmrlərdən biridir. Maidə surəsində, “Əgər imanınız varsa, Allahu təalaya təvəkkül edin!”, Əli-İmran surəsində, “Allahu təala, təvəkkül edənləri, əlbəttə, sevər”, Talak surəsində, “Bir kimsə Allahu təalaya təvəkkül edərsə, Allahu təala ona kafidir”, Zümər surəsində, “Allahu təala, quluna kafi deyildirmi?” mənalarında daha bir çox ayəti-kərimə vardır.

Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur ki, “Ümmətimdən bir qismini mənə göstərdilər. Dağları, səhraları doldurmuşdular. Belə çox olduqlarına çaşdım və sevindim. “Sevindinmi?” – dedilər. “Bəli”, – dedim. Bunlardan ancaq yetmiş min ədədi hesabsız Cənnətə girər dedilər. Bunlar hansılarıdır? – deyə soruşdum. İşlərinə sehr, cadu, dağlamaq, fal qarışdırmayıb, Allahu təaladan başqasına, təvəkkül və etimad etməyənlərdir buyuruldu”. Dinləyənlər arasında Ukaşə (radıyallahu anh) ayağa qalxıb, “Ya Rəsulallah! Dua buyur ki, onlardan olum” deyincə, “Ya Rəbb! Bunu onlardan et!” buyurdu. Biri qalxıb eyni duanı istəyincə, “Ukaşə səndən cəld davrandı” buyurdu.

Təvəkkül səbəblərə yapışıb, gələcək üçün zehni yormamaqdır.

This booklet in other languages

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsAppTelegramE-mail