Hakikat Books
English
Preview: the booklet list is a draft awaiting approval. The text is taken unchanged from the book.

Death and the Afterlife

Cənazə namazı

From: The Book of Salat (Namaz) · 4 chapters ⏱ 2 min draft

Read the full book

Chapters in this booklet

  1. Cənazə namazı
  2. Cənazə namazının fərzləri
  3. Cənazə namazının sünnətləri
  4. Cənazə namazı necə qılınır?

Cənazə namazı

Bir möminin vəfat etdiyini xəbər alan kişilərə, kişi yoxdursa, qadınlara cənazə namazı fərzi-kifayədir. Cənazə namazı Allah üçün namaz və ölən üçün duadır. Əhəmiyyət verməyənin imanı gedər.

CƏNAZƏ NAMAZININ ŞƏRTLƏRİ

1. Meyid müsəlman olmalıdır.

2. Yuyulmuş olmalıdır. Yuyulmadan basdırılanın üzərinə torpaq atılmamış isə, çıxarılıb yuyulur, sonra namazı qılınır. Cənazənin və imamın olduğu yerin təmiz olması lazımdır.

3. Cənazənin və ya bədənin yarısı ilə, başının və ya başsız yarıdan artıq bədənin imamın önündə olması lazımdır.

4. Cənazə yerdə və ya yerə yaxın, əllərlə tutulmuş və ya daş üstünə qoyulmuş olmalıdır. Cənazənin başı imamın sağına, ayağı soluna düşməlidir. Tərsinə qoymaq günahdır.

5. Cənazə imamın önündə hazır olmalıdır.

6. Cənazənin və imamın övrət yeri örtülü olmalıdır.

Cənazə namazının fərzləri

1. Dörd dəfə təkbir gətirmək.

2. Ayaq üstə qılmaq.

Cənazə namazının sünnətləri

1. Sübhanəkə oxumaq;

2. Salavat oxumaq;

3. Özünə, meyidə və bütün müsəlmanlara əfv və bağışlama üçün bildirilmiş olan dualardan bildiyini oxumaq. Cənazə namazı məscid içərisində qılınmaz. Canlı olaraq doğulduqdan sonra ölən uşağın adı qoyulur, yuyulur, kəfənlənir, namazı qılınır. Cənazə daşınacağı zaman tabutun dörd qolundan tutulur. İlk olaraq cənazənin baş tərəfi sağ çiyinə, sonra ayaq tərəfi sağ çiyinə, sonra baş tərəfi sol çiyinə, sonra ayaq tərəfi sol çiyinə qoymaq surətiylə hər birində on addım daşınır. Qəbrə çatdığı zaman cənazə çiyinlərdən yerə endirilmədikçə oturulmaz. Dəfn edilərkən işi olmayanlar otururlar.

Cənazə namazı necə qılınır?

Cənazə namazının dörd təkbirindən hər biri bir rəkət kimidir. Dörd təkbirin yalnız birincisində əllər qulaqlara qaldırılır. Sonrakı üç təkbirdə əllər qaldırılmaz.

1. İlk təkbir alınıb iki əl bağlanınca “Sübhanəkə” oxunur və oxunarkən “vəcəllə sənəükə” də deyilir. Fatihə oxunmaz.

2. İkinci təkbirdən sonra təşəhhüddə oturarkən oxunan “salavat”lar, yəni “Allahümmə salli” və “Barik” duaları oxunur.

3. Üçüncü təkbirdən sonra cənazə duası oxunur. [Cənazə duası yerinə “Rabbəna ati-na...” və ya yalnız “Allahümməğfirləh” demək və yaxud dua niyyətiylə “Fatihəyi-şərifə”ni oxumaq da olar.]

4. Dördüncü təkbirdən sonra dərhal sağa və sonra sola salam verilir. Salam verərkən, cənazəyə və camaata niyyət edilir.

İmam yalnız dörd təkbiri və iki çiyinə salamı, yüksək səslə söyləyər, digərlərini içdən oxuyar.

Cənazə namazı qılındıqdan sonra tabutun yanında dua etmək caiz deyildir. Məkruh olar.

This booklet in other languages

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsAppTelegramE-mail