Hakikat Books
English
Preview: the booklet list is a draft awaiting approval. The text is taken unchanged from the book.

Death and the Afterlife

Ölümə hazırlıq

From: The Book of Salat (Namaz) · 3 chapters ⏱ 2 min draft

Read the full book

Chapters in this booklet

  1. Ölümə hazırlıq
  2. Ölüm nədir?
  3. Ölüm haqdır

Ölümə hazırlıq

Ölümü xatırlamaq ən böyük nəsihətdir. Hər iman sahibinin ölümü çox xatırlaması sünnətdir. Ölümü çox xatırlamaq əmrlərə sarılmağa və günahlardan çəkinməyə səbəb olar. Haram işləməyə cəsarəti azalır. Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Ləzzətləri yıxan, əyləncələrə son verən ölümü çox xatırlayın!”. Din böyüklərindən bəzisi hər gün bir dəfə xatırlamağı adət etmişdi. Övliyanın böyüklərindən Muhamməd Bəhaəddini Buxari (quddisə sirruh) hər gün 20 dəfə özünü ölmüş, məzara qoyulmuş düşünürdü.

Uzun əməl, çox yaşamağı istəməkdir. İbadət etmək, dinə xidmət etmək üçün çox yaşamağı istəmək uzun əməl deyildir. Uzun əməl sahibləri ibadətləri vaxtında edə bilməzlər. Tövbə etməyi tərk edərlər. Qəlbləri sərtləşər. Ölümü xatırlamazlar. Öyüd və nəsihətlərdən ibrət almazlar.

Uzun əməl sahibi həmişə dünya malına və mövqeyinə qovuşmaq üçün ömrünü sərf edər. Axirəti unudur. Yalnız zövq və səfasını düşünür. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ölmədən əvvəl ölün. Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!”

“Ölümdən sonra olacaq şeyləri, sizin bildiyiniz kimi, heyvanlar da bilsələrdi, yemək üçün kök heyvan tapa bilməzdiniz”.

“Gecə-gündüz ölümü xatırlayan kimsə qiyamət günü şəhidlər yanında olacaqdır”.

Uzun əməlin səbəbləri: dünya zövqlərinə düşkün olmaq, ölümü unutmaq və səhhətinə, gəncliyinə aldanmaqdır. Uzun əməl xəstəliyindən qurtulmaq üçün bu səbəbləri yox etmək lazımdır. Ölümün hər an gələ biləcəyini düşünməlidir. Uzun əməl sahibi olmağın zərərlərini və ölümü xatırlamağın faydalarını öyrənməlidir. Hədisi-şərifdə buyuruldu ki:

“Ölümü çox xatırlayın. Onu xatırlamaq insanı günah işləməkdən qoruyar və axirətdə zərərli olan şeylərdən çəkinməyə səbəb olar”.

Ölüm nədir?

Ölüm, yox olmaq demək deyildir. Ölüm, ruhun bədənə olan bağlılığının sona çatmasıdır. Ruhun bədəndən ayrılmasıdır. Ölüm, insanın bir haldan başqa bir hala dönməsidir. Bir evdən bir evə köçməsi kimidir. Ömər ibn Abdülaziz həzrətləri buyurdu ki, “Sizlər, ancaq əbədiyyət, sonsuzluq üçün yaradıldınız. Lakin bir evdən bir evə köç edərsiniz”. Ölüm möminə hədiyyədir, nemətdir. Günahı olanlara müsibətdir. İnsan ölümü istəməz. Halbuki ölüm fitnədən xeyirlidir. İnsan yaşamağı sevər. Halbuki ölüm ona xeyirlidir. Saleh olan mömin ölüm ilə dünyanın əziyyət və yorğunluğundan qurtulur. Zalımların ölümü ilə məmləkətlər və qullar rahata qovuşur. Bir zalımın ölümündə söylənən qədim bir beyt belədir:

Nə özü etdi rahat, nə aləmə verdi hüzur,

Yıxıldı getdi cahandan, dayansın əhli kubur.

Möminin ruhunun bədəndən ayrılması, əsirin həbsdən qurtulması kimidir. Mömin öldükdən sonra bu dünyaya geri gəlmək istəməz. Yalnız şəhidlər dünyaya geri gəlib bir daha şəhid olmaq istəyər. Ölüm hər müsəlman üçün hədiyyədir. Bir adamın dinini ancaq məzarı qoruyar. Məzardakı həyat isə, ya Cənnət bağçalarında olmaq və yaxud da Cəhənnəm çuxurlarında olmaq kimidir.

Ölüm haqdır

Ölümdən qurtulmaq mümkündürmü? Əlbəttə, deyildir. Heç kimin bir saniyə belə yaşamağa əlində imkanı yoxdur. Əcəli gələn ölür. Bu vaxt göz açıb qapayana qədər keçən bir andır. Qurani-Kərimdə bir ayəti-kərimədə məalən, “Əcəlləri gəldiyi zaman onu bir saat irəli və geri çəkə bilməzlər” buyurulmuşdur. Allahu təala bir kimsənin ölümünü harada təqdir etdi isə, o adam malını, mülkünü, övladını buraxıb orada vəfat edər. Allahu təala bizim gündə nə qədər nəfəs alıb verdiyimizi bilir. Onun bilmədiyi bir şey yoxdur. İman edib həyatımız ibadət ilə keçdi isə, sonu səadət olar. Allahu təala Əzrail əleyhissəlama buyurur ki: “Dostlarımın canını asan al, düşmənlərimin canını çətin al!”. İman sahiblərinə bu nə böyük müjdədir! İmandan məhrum qalanlar üçün də nə böyük fəlakətdir!

This booklet in other languages

Türkçe中文(普通话)中文(繁體)EnglishБългарски

Share

WhatsAppTelegramE-mail