NAMAZDAN SONRA DUA: Əlhamdülillahi Rabbil aləmin. Əssalətü vəssələmü alə rasulinə Muhammədin və Alihi və Sahbihi əcmain. Ya Rəbb! Qıldığım namazı qəbul eylə! Axır və aqibətimi xeyir eylə! Son nəfəsimdə Kəlimeyi-təvhid söyləməmi nəsib eylə! Ölmüşlərimi əfv və məğfirət eylə! Allahummağfir vərham və əntə hayrürrahimin. Təvəffəni müslimən və əlhıqni bissalihin. Allahummağfirli və li-valideyyə və li-üstaziyyə və lilmümininə vəl müminat yəvmə yəqumül hısəb. Ya Rəbb! Məni şeytan şərindən, düşmən şərindən və nəfsi-əmmarəmin şərindən mühafizə eylə! Evimizə yaxşılıqlar, halal və xeyirli ruzilər ehsan eylə! Əhli islama salamatlıq ehsan eylə! Müsəlmanların düşmənlərini qəhr və pərişan eylə! Kafirlərlə cihad etməkdə olan müsəlmanlara ilahi yardımınla yardım eylə! Allahummə innəkə afüvvün kərimün tuhibbül afvə fafü anni. Ya Rəbb! Xəstələrimizə şəfa, dərdli olanlarımıza dəva ehsan eylə! Allahummə inni əs`əlükəssıhhatə vəl-afiyətə vələmanətə və hüsnəlhulkı vərridaə bilqadəri bi-rahmətikə ya ərhamərrahimin. Anama, atama, övladlarıma, əqraba və dostlarıma, və bütün din qardaşlarıma xeyirli ömürlər, gözəl əxlaq, sağlam düşüncə, sağlamlıq, doğru yol və istiqamət nəsib eylə, ya Rəbb! Amin! Vəlhamdülilləhi rabbilaləmin. Allahummə salli alə..., Allahummə bərik alə..., Allahummə rabbənə ətinə... Vəlhamdü lilləhi Rabbil aləmin. Əstağfirullah, əstağfirullah, əstağfirullah, əstağfirullahəl azım əlkərim əlləzi lə iləhə illə huv əl-hayyəl-qayyumə və ətübü ileyh.
NAMAZIN MƏKRUHLARI: