Hakikat Books
English

Chapter 40 / 73

İftitah təkbirinin fəzilətləri

Questions answered in this chapter (8)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İftitah təkbirini imamla birlikdə almağın fəziləti nədir? draft Report an error
  2. Rəsulullahın sübh namazında iftitaha çata bilməyən şəxs haqqında danışdığı hadisə nədir? draft Report an error
  3. Rəsulullah göylərdəki mələklərin çoxluğu haqqında nə buyurmuşdur? draft Report an error
  4. Allahu təalanın yaratdığı mələklərin sayı haqqında nə bildirilir? draft Report an error
  5. Namazda Əuzu-Bəsmələ oxuyan qula nə qədər savab verilir? draft Report an error
  6. Fatihənin və rükudakı təsbihlərin savabı nə qədərdir? draft Report an error
  7. Qədeyi-axirədə oturana nə qədər savab verilir? draft Report an error
  8. Səbr edən kasıblar ilə şükr edən zənginlər Cənnətə nə vaxt girərlər? draft Report an error

Bir gün Rəsulullah (sallallahu əleyhi və səlləm) namaz qılarkən bir nəfər sübh namazında iftitah təkbirinə çata bilmədi. Bir qul azad etdi. Bundan sonra gəlib Rəsulullaha (sallallahu əleyhi və səlləm) dedi: “Ya Rəsulallah! Mən bu gün iftitah təkbirinə çata bilmədim. Bir qul azad etdim. Bununla mən, iftitah təkbirinin savabına nail ola bildimmi?”. Rəsulullah (sallallahu əleyhi və səlləm) Həzrəti Əbu Bəkirdən “radıyallahu təala anh” soruşdu: “Sən nə deyə bilərsən bu iftitah təkbiri haqqında?”. Əbu Bəkir Sıddıq (radıyallahu anh) buyurdu: “Ya Rəsulallah (sallallahu təala əleyhi və səlləm)! Qırx dəvəyə malik olsam, qırxının da yükü cəvahir olsa, hamısını kasıblara sədəqə versəm, yenə imamla birgə alınan iftitah təkbirinin savabına nail ola bilmərəm.” Ondan sonra, “Ya Ömər! Sən nə deyə bilərsən bu iftitah təkbiri haqqında?”, dedikdə, Həzrəti Ömər (radıyallahu anh): “Ya Rəsulallah (sallallahu təala əleyhi və səlləm)! Məkkə və Mədinə arası dolu dəvəm olsa, bunların yükləri cəvahir olsa, cümləsini kasıblara sədəqə versəm, yenə imam ilə bərabər alınmış iftitah təkbirinin savabına nail ola bilmərəm.”, dedi. Ondan sonra, “Ya Osman! Sən nə deyə bilərsən bu iftitah təkbiri haqqında?”, dedikdə, Həzrəti Osman zin-nureyn1 (radıyallahu anh): “Ya Rəsulallah (sallallahu təala əleyhi və səlləm)! Gecə iki rükət namaz qılsam, hər birində Quran-ı əzimüşşanı xətm etsəm, yenə imam ilə bərabər alınmış iftitah təkbirinin savabına nail ola bilmərəm”, dedi. Ondan sonra, “Ya Əli! Sən nə deyə bilərsən bu iftitah təkbiri haqqında?”, dedikdə, Həzrəti Əli “kərrəmallahü vəchəh”: “Ya Rəsulallah (sallallahu təala əleyhi və səlləm)! Məğrib ilə məşrik arasındakı kafirlərin hamısı, müsəlmanları yox etmək üçün hücum etsələr, Rəbbim mənə qüvvət versə, onlarla cihad edib hamısını qətl etsəm, yenə imam ilə alınan iftitah təkbirinin savabına nail ola bilmərəm”, dedi.

Sonra Rəsulullah (sallallahu təala əleyhi və səlləm) buyurdu: “Ey mənim ümmət və Əshabım! Yeddi qat yerlər və yeddi qat göylər kağız olsa, dəryalar mürəkkəb olsa, bütün ağaclar qələm olsa, bütün mələklər katib olsalar və qiyamətə qədər yazsalar, yenə də imam ilə bərabər alınan iftitah təkbirinin savabını yaza bilməzlər”.

Əgər, “Allahu əzimüşşanın yaratdığı mələklər elə bu qədərdir?”, deyə sual olunsa, Rəsulullah (sallallahu təala əleyhi və səlləm) miraca çıxdığı gecə, Cənnət və Cəhənnəmi, beyti-məmuru (mələklərin qibləsi) mələklər təvaf edib gedirdilər. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) dedi: “Ya qardaşım Cəbrayıl! Bu beyti mamuru təvaf edib gedən mələklər geri dönmür. Onlar hara gedir?”. Cəbrayıl (əleyhissəlam) dedi: “Ya Həbiballah! Mən xəlq olunduğum gündən bu günə qədər bu beyti mamuru təvaf edib gedən mələklərin geri döndüyünü görmədim. Bir dəfə təvaf edənə qiyamətə qədər bir daha növbə çatmaz”.

Bir şəxs namazda Əuzü Bəsmələ oxuduqda, Allahu əzimüşşan o qula, bədənindəki qılların sayı qədər savab verir. Bir Fatihəi şərifə oxuduqda, Allahu təala həzrətləri o qula qəbul olmuş həcc savabı verir. Rükuya əyildikdə, Allahu əzimüşşan o qula, neçə min qızıl sədəqə vermiş savabı; rükuda sünnətə uyğun üç dəfə təsbih dedikdə, o qula Allahu əzimüşşan həzrətləri göydən enən dörd kitabı və yüz sühufu oxumuş qədər savab verir. “Səmiallahü limən hamidəh” dedikdə, o qulu, Allahu əzimüşşan rəhmət dəryasına qərq edər. Səcdəyə əyildikdə, o qula Allahu əzimüşşan insanlar və cinlərin sayı qədər savab verir. Səcdədə sünnətə uyğun üç dəfə təsbih dedikdə, o qula, Allahu əzimüşşanın bəxş etdiyi fəzilət çoxdur. Lakin bir neçəsi bildirilmişdir:

Birincisi, Ərş və Kürsi ağırlığında savab veriləcəyi; ikincisi, Allahu əzimüşşanın o qulunun günahlarını bağışlayacağı; üçüncüsü, o qul öldükdə, Mikayıl əleyhissəlamın onun qəbrinə qiyamətə qədər davam edəcəyi; dördüncüsü, qiyamət günündə, Mikayıl əleyhissəlamın o qulu mübarək qanadı üzərinə alıb şəfaət edəcəyi və Cənnəti-alaya götürəcəyi bildirilmişdir.

Son oturuşda oturduqda, Allahu əzimüşşan o qula səbr edən füqəra, kasıb savabı verir.

Səbr edən kasıbın şükr edən zəngindən beş yüz il əvvəl Cənnətə girəcəyi bildirilmişdir. Şükr edən zənginlər onları gördükdə, nə olardı dünyada ikən səbr edən kasıblardan olaydıq deyə təmənna edəcəklər.

Notes

  1. zin-nureyn- iki nur sahibi ↑

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail