Hakikat Books
English

Chapter 63 / 73

Məsumların ölümü haqqında

Questions answered in this chapter (4)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Ölməkdə olan bir müsəlman uşağın (məsumun) məqamı nədir? draft Report an error
  2. Can alan mələklər məsumu necə görürlər? draft Report an error
  3. Məsumun canı necə (alma ilə) alınır? draft Report an error
  4. Məsumun canı Cənnətə aparıldıqda nə görür? draft Report an error

Bir müsəlmanın uşağı xəstə olub, ölüm döşəyində yatsa, Məqami-illiyyin, yəni Cənnət onun yeridir. Oradan üç yüz altmış mələk gələr, səflərə düzülərək o məsumun qarşısında durar və: “Ya məsum! Müjdələr olsun sənə, bu gün o gündür ki, keçmiş olan, analarını, babalarını və bütün qonşularını Haqq təaladan istəyəsən”, deyib, yüz mələk başına bir şəfaət tacı geydirər, digər yüz mələk eşq tacı geydirər, yüz mələk də qayrət və qüvvət köynəyi geydirər, altmış mələk gözünün pərdəsini və hicabını qaldırar. Bütün hicablar qalxdığı kimi, ta Həzrəti Adəmdən bəri, keçmiş möminlərin atalarını və əcdadlarını görər. Onların bəzisi üçün əzab hazırlanmışdır. Onların bu hallarını gördükdə, ağlayar, qışqırar və titrəyər. Bunu bilməyənlər, can verdiyini sanarlar.

Sonra can alıcı mələklər gəlib, o məsumun, şəfaət tacını, köynəyini geyindiyini, gözünün pərdəsinin qalxdığını görüb, canını almağa qüvvətləri çatmaz və: “Ya məsum! Aləmləri yaradan sənə salam söylədi və buyurdu ki, mən onu yaratdım, yenə mənə qayıtsın. Çünki o ruh əmanətini mən verdim, yenə mənə versin. Onun müqabilində ona Cənnət və didar (üz, sima) verim. Əgər inanmırsansa, üzünü çevirib göylərə tərəf bax, onda görərsən”, deyərlər. Bu zaman, o məsum da baxıb, mələkləri və Allahu təalanın camalını görər. Sevincdən cuşa gəlib titrəyər, həyəcanlanar, qızarar. Sıçrayıb, döşəyində can verməyə atılar. Yenə o əzab içindəki əcdadları gözünə görünər və yenə canını verməz. Mələklər soruşar: “Ya məsum! Niyə canını vermirsən?” O məsum cavab verər: “Ey mələklər! Allahu təalaya rica edin, qohum və əcdadımı mənə bağışlasın.” Mələklər deyər: “Ya Rəbb! Bu məsumla bizim halımız sənə məlumdur.” Həzrəti Allah (cəllə şanühu) xitab edər: “İzzətim haqqı üçün bağışladım.” Yenə mələklər: “Ya məsum! Muştuluq olsun sənə! Haqq təala imanı olanların günahlarını bağışladı və bütün ricalarını qəbul etdi”, dedikləri zaman, məsum şad olar. Bu halda ikən, Haqq təala, Cənnətdən iki huri göndərər. Onlar məsumun ata və anasının simasında gəlib, qollarını açaraq deyərlər: “Ey bizim oğlumuz, yaxud qızımız! Bizimlə gəl, biz Cənnətdə sənsiz qala bilmirik.” Cənnət almalarından bir alma çıxarıb məsuma verərlər. O məsum almanı iylədiyi zaman Həzrəti Əzrail (əleyhissəlam) onun kimi bir gözəl məsum olub, ruhunu alar.

Bir rəvayətə görə isə almanı iylədiyi zaman canı almaya yapışar və ölüm mələyi məsumun canını o almanın üstündən alar. Bu rəvayətlərin ikisi də caizdir.

Sonra ölüm mələkləri o canı alıb, göyləri seyr etdirib Cənnətə apararlar. Orada yaşıl zəbərcəddən (qiymətli daş) bir səhra vardır. Məsum bura gəldikdə: “Məni bura niyə gətirdiniz?”, deyər. Mələklər: “Ya məsum! Qiyamət yeri vardır. Çox istidir. Məhz bu səhrada yetmiş min rəhmət bulağı vardır. Həzrəti Rəsuli əkrəmin (əleyhissəlam) hovuzunun başında durub, nurdan olan badələrə baxın! Ata və ananız qiyamət yerinə gəldikləri zaman, bu badələri su ilə doldurub onlara verin. Onları əlinizdən buraxmayın ki, Cəhənnəm yoluna getməsinlər, əzab və cəza çəkməsinlər. Çünki sizin duanız Haqq təala qatında məqbuldur. Cümə gecələri yer üzünə enərsiniz. O vaxt Allahu təalanın salamını ümməti Muhammədə (sallallahu təala əleyhi və səlləm) çatdırarsınız. Onların üzərinə nur verərsiniz və onların şükürlərini Haqq təalaya apararsınız”, deyərək nəsihət edərlər.

Məsumların canlarına bu halları seyr etdirib, yenə gətirib meyitin yanına qoyarlar. Namazı qılınıb, qəbrə qoyulub, sorğu sualı olunana qədər o can qəbrin yanında durar. Əgər ata və anası tövbəsiz ölərlərsə, qiyamətdə oğlu ilə onların arasında bir pərdə olar. O məsum onları axtarıb tapmaz və bir-birlərinə həsrət qalarlar. Möminlərin həddi-buluğa çatmamış övladlarının halı bax belədir.

Vəfasızdır, ey alçaq dünya, sənin hər nemətin!

Əcəl fırtınaları məhv eyləyir hər yüksəkliyini.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail