31 – İnad və mükabərə, haqqı, doğrunu eşitdiyi zaman qəbul etməməkdir. Əbu Cəhl və Əbu Talib inad edərək Rəsulullahın (sallallahu əleyhi və səlləm) Peyğəmbər olduğuna inanmadılar, inkar etdilər. İnad riyadan (göstəriş), hıqddan (kin), həsəddən, yaxud tamahdan (dünya ləzzətlərini haram yoldan axtarmaq) hasil olar. Hədisi-şərifdə “Allahu təalanın ən sevmədiyi insan haqqı qəbul etməkdə inad edəndir” buyuruldu. Hədisi-şərifdə “Mömin vüqar sahibi olar, yumşaq olar” buyuruldu. Vüqar sahibi dünya işlərində asanlıq göstərər. Din işlərində sıldırım qaya kimi olar. Bir dağ zamanla aşına bilər. Möminin dini heç aşınmaz.
Chapter 34 / 56