Hakikat Books
English

Chapter 11 / 59

Onuncu fəsil: Əhli-sünnət etiqadına sıx sarılanların… həşr edilməsi

Questions answered in this chapter (13)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Əhli-sünnət etiqadına möhkəm sarılanlar məhşərdə necə çağırılırlar? draft Report an error
  2. Allahu təala üçün bir-birini sevənlər və müsəlmanları sevənlər necə çağırılır? draft Report an error
  3. Əhli-sünnət alimlərinin mürəkkəbi ilə şəhidlərin qanı çəkildikdə nə olur? draft Report an error
  4. Qiyamətdə şəfaət edənlər hansı sıra ilə şəfaət edirlər? draft Report an error
  5. Ruzisi üçün hər gün çalışan kasıblar və şükr edən zənginlər məhşərdə necə çağırılır? draft Report an error
  6. Cəhənnəmdən sonra çıxarılanlar və orta yaşlılar, qocalar məhşərdə nə söyləyərək ağlayırlar? draft Report an error
  7. Hədisi-şərifə görə insanlar qiyamət günü necə həşr olunurlar? draft Report an error
  8. Əməl dəftərləri (suhufi-müntəşirə) insanlara necə gəlir? draft Report an error
  9. Kövsər hovuzu Siratdan əvvəl, yoxsa sonra gətirilir? draft Report an error
  10. Hesabsız Cənnətə girəcək yetmiş min şəxs kimlərdir? draft Report an error
  11. Qurani-kərim qiyamət günündə hansı surətdə gəlir? draft Report an error
  12. Cümə günü qiyamətdə hansı surətdə göstərilir və ona dəyər verənlərə nə olur? draft Report an error
  13. İmam Qəzali (rahmətullahi əleyh) axirət hallarını necə və niyə qısa izah etmişdir? draft Report an error

Ərəsət meydanına “məvqif” və “məhşər yeri” də deyilir. Burada olanların necə dəvət ediləcəyini alimlərimiz müxtəlif cür bildirdilər. Təfsirlərdə izah edildiyi kimi səhih hədislərdə də bildirilmişdir. Allahu təalanın ən əvvəl hökm edəcəyi şəxslər qatillərdir və ən əvvəl əcrlərini verəcəyi şəxslər də imanı doğru olan gözdən əlillərdir. Bəli, bir carçı car çəkərək deyər ki: “Dünyada görməkdən məhrum olanlar haradadırlar?” Onlara deyilər ki: “Siz Allahu təalanın cəmalına baxmağa hamıdan çox layiqsiniz”. Bundan sonra cənab Haqq onlara həya rəftarı ilə “Sağ tərəfə gedin” buyurar.

Onlar üçün bir sancaq bağlanaraq Şuayb əleyhissəlama verilər. Şuayb əleyhissəlam onlara imam olar. Onlarla birlikdə nur mələklərindən saysız-hesabsız mələk vardır ki, saylarını Allahu təaladan başqa heç kim bilməz. Onların yanına gələrək siratı ildırım kimi keçərlər. Səbirdə və hilmdə onlardan hər biri Abdullah ibn Abbas (radıyallahu anhuma)1 və bu ümmətdə ona bənzəyən şəxslər kimidir.

Bundan sonra “Bəlalara səbir edənlər haradadırlar?” deyə car çəkilər. Məczumin, yəni cüzzam adlı miskin xəstələri və yoluxucu xəstəliklərə yoluxmuş olanlar gətirilər. Allahu təala onlara salam verər. Onlara da sağ tərəfə getmələri əmr olunar. Onlar üçün də yaşıl bir sancaq bağlanaraq Əyyub əleyhissəlama verilər. Əshabı-yəminin imamı olar. Xəstə olanların xüsusiyyəti səbir və mülayimlikdir. Uqayl ibn Əbi Talib (radıyallahu anh) və bu ümmətdən onun kimi olanlar belədir.

Bundan sonra nida olunar ki: “İslam düşmənlərinin yalanlarına, iftiralarına aldanmayıb, Əhli-sünnət etiqadına sıx sarılan və bu doğru imanını, namusunu kəmal dərəcədə mühafizə edən imanlı və iffətli gənclər haradadırlar?”. Onlar da gətirilər. Allahu təala onlara salam verib, mərhaba deyər və istədiyi kəlamla iltifat edər. Onlara da “Sağ tərəfə gedin” buyurar. Onlar üçün bir sancaq bağlanıb Yusif əleyhissəlama verilər. Yusif əleyhissəlam onların imamı olar. Belə gənclərin xüsusiyyəti haramlardan, yad qadın və qızlardan çəkinməkdir. Raşid ibn Süleyman (rahiməhullahu təala) və bu ümmətdən onun kimi olanlar belədir.

Bundan sonra bir nida da səslənər: “Allahu təala üçün bir-birlərini və müsəlmanları sevənlər və kafirləri, mürtədləri sevməyənlər haradadır?” deyilər. Onlar da Allahu təalanın hüzuruna aparılar. Allahu təala onlara da mərhaba deyər və murad etdiyi şəkildə iltifat edər. Sağ tərəfə getməyə əmr olunarlar. Allahu təalanın düşmənlərini sevməyənlərin xüsusiyyəti də səbir və hilmdir, hansı ki, dünyəvi səbəblərə görə möminlərdən nə inciyərlər və nə də yamanlıq edərlər. Həzrəti Əli (radıyallahu anh) və bu ümmətdən ona bənzəyənlər bunlardandır.

Bundan sonra bir nida da səslənər: “Allahu təalanın qorxusundan haram işləməyənlər və ağlayanlar haradadır?” deyilər. Onlar da gətirilər. Onların göz yaşları şəhidlərin qanı və alimlərin mürəkkəbi ilə ölçülər, göz yaşı ağır gələr. Onların da sağ tərəfə getməsi əmr olunar. Onlar üçün hər rənglə bəzədilmiş bir sancaq bağlanar. Çünki onlar müxtəlif haram işləyənlərin arasında olduqları halda, Allah rəhimdir, əfv edər deyə aldadılmağa çalışıldığı halda haram işləməmiş, müxtəlif günahlardan çəkinərək Allahu təalanın qorxusundan ağlamışdılar. Məsələn, bir nəfər Allahu təalanın qorxusundan, başqa biri dünyaya düşkün olmaqdan və o birisi peşmanlıqdan ağlamışdır. Onların sancaqları Nuh əleyhissəlama verilər. Alimlər onların önlərinə keçmək istəyərlər. “Onların ağlamalarının Allah üçün olmasını biz öyrətdik” deyərlər. Bir nida səslənər ki: “Ey Nuh, olduğun yerdə dayan!”. Nuh əleyhissəlam da dərhal dayanar. O camaat da Onunla birlikdə dayanarlar.

Əhli-sünnət alimlərinin mürəkkəbi ilə şəhidlərin qanı ölçülər. Alimlərin mürəkkəbi ağır gəlib, sağ tərəfə getmələri əmr olunar. Şəhidlər üçün də zəfəranlı sancaq əmr olunar, Yəhya əleyhissəlama verilər. Yəhya əleyhissəlam onların önünə keçər. Alimlər önlərinə keçmək istəyərək deyərlər ki: “Şəhidlər bizim elmimizdən öyrənərək döyüşdülər. Biz onlardan irəli getməyə daha çox layiqik”. Bu zaman Allahu təala lütf edərək məalən buyurar ki: “Alimlər mənim yanımda Peyğəmbərlərim kimidir”. Alimlərə xitab edərək: “İstədiyiniz şəxslərə şəfaət edin” buyurar. Alimlər əhli-beytinə, qonşusuna, mömin qardaşlarına və tələbələrindən onlara tabe olanlara şəfaət edərlər.

Belə ki, alimlərdən hər biri üçün bir mələyə nida etdirilər. Mələk insanlara səslənib, “Filan alimə Allahu təala şəfaət etməyi əmr etdi. Kim ki, o alimin bir işini görübsə, yaxud bir tikə yemək yediribsə, yaxud bir qurtum su veribsə, ya da kitablarını yayıbsa, onlara şəfaət edəcək” deyər. O alimə bir yaxşılıq edənlər, kitablarını yayanlar qalxarlar. O alim də o şəxslərə şəfaət edər.

Hədisi-şərifdə bildirildi ki, ən əvvəl şəfaət edənlər Rəsullardır. Sonra Nəbilər (aleyhümüssaləvətü vəttəslimat), sonra Alimlərdir. Alimlər üçün bir bəyaz sancaq bağlanar. İbrahim əleyhissəlama verilər. İbrahim əleyhissəlam gizli mərifətləri aşkara çıxarmaq baxımından Rəsulların ən qabaqcıl olanıdır. Buna görə sancaq ona veriləcəkdir.

Bundan sonra yenə bir carçı səslənərək deyər ki: “Nəfəqəsi üçün hər gün işləyib tərləyən və qazandığı ilə qənaət edən yoxsullar haradadır?” Yoxsullar da Allahu təalanın hüzuruna aparılar. Allahu təala onları təltif edib, “Mərhaba, ey dünya özlərinə zindan olan şəxslər” buyurar. Onların da Əshabı-yəmin (Cənnət əhli) ilə birlikdə olmaları əmr olunar. Onlar üçün də bir sarı sancaq bağlanaraq İsa əleyhissəlama verilər. İsa əleyhissəlam onlara imam olar.

Bundan sonra yenə bir carçı səslənərək deyər ki: “Aqniya, yəni şükür edən, mallarını, pullarını dini qüvvələndirmək, müsəlmanları zalımlardan qorumaq üçün ehsan edən zənginlər haradadır?”. Onlar da aparılar. Onlara ehsan etdiyi şeyləri cənab Haqq 500 il tadad etdirər, yəni zənginlikləri ilə nə etdiklərinin hesabını soruşar. Onlar üçün də rəngarəng bir sancaq bağlanıb Süleyman əleyhissəlama verilər. Süleyman əleyhissəlam onlara imam olar. Onlara da Əshabı-yəminə çatmalarını əmr edər.

Hədisi-şərifdə bildirildi ki, dörd şeyi, dörd şeyə şəhadət etmələrini tələb edərlər. Malları və rütbələri ilə müsəlmanlara əziyyət edənlərə nida olunar ki, “Sizi Allahu təalaya ibadətdən hansı mal məşğul etdi?”. Onlar deyər ki: “Allahu təala bizə mülk və rütbə verdi. Bizi bunlar Allahu təalanın haqqını ödəməkdən məhrum etdi”. Yenə onlara, “Mal-mülk baxımından siz böyüksünüz, yoxsa Süleyman əleyhissəlam böyükdür?” deyilər. Onlar, “Süleyman əleyhissəlam böyükdür” deyərlər. “Elə isə onu mənim üçün ibadət etməkdən o mal-mülk məhrum etmədi, sizimi məhrum etdi?” buyurar.

Bundan sonra, “Əhli-bəla haradadır?” deyilər. Onlar da gətirilər. Onlara deyilər ki: “Sizi Allahu təalaya ibadətdən məhrum edən şey nədir?”. Onlar da deyər ki: “Allahu təala bizi dünyada dərdlərə, sıxıntılara mübtəla etdi. Buna görə zikrindən və haqqı ilə ibadətdən məhrum olduq”. Onlara deyilər ki: “Bəla baxımından sizə gələn bəla çox idi, yoxsa Əyyub əleyhissəlama gələn bəla?”. Onlar, “Əyyub əleyhissəlama gələn çox idi” deyərlər. “Elə isə Onu Allahu təalanın zikrindən və Onun dinini qullarına yaymaqdan və haqqını ödəməkdən bəla məhrum etmədi, sizimi məhrum etdi?” deyilər.

Bundan sonra, “Gənclər və məmlüklər, yəni kölə və cariyələr haradadır?” deyilər. Onlar da Allahu təalanın hüzuruna gətirilər. Onlara deyilər ki: “Sizi Allahu təalaya ibadətdən nə məhrum etdi?”. Onlar da, “Allahu təala bizə cəmal və gözəllik verdi. Ona aldandıq, gənclik zövqlərinə qapıldıq. Gənclik bizdə daim qalacaq zənn etdik. Allahu təalanın dinini öyrənmədik, haqqını yerinə yetirə bilmədik” deyərlər. Məmlüklər də “Köləlik, cariyəlik və bəylərə qulluq etdik. Dünya böyüklərinə sitayiş etdik və din cahili qaldıq, aldandıq. Ya Rəbb, Sənin haqqını yerinə yetirməkdən məhrum qaldıq” deyərlər. Onlara xitab olunaraq deyilər ki: “Siz, yoxsa Yusif əleyhissəlam daha gözəl idi?”. Onlar “Yusif əleyhissəlam gözəl idi” deyərlər. “Elə isə həzrəti Yusifi qul olaraq itaətdə olduğu halda Allahın haqqını yerinə yetirməkdən heç bir şey məhrum etmədi, sizimi məhrum etdi?” deyiləcək.

Bundan sonra “İşləməyən, tənbəl yoxsullar haradadır?” deyə səslənər. Onlar da gətirilər. Onlara da, “Sizi Allahu təalaya qulluq vəzifəsini yerinə yetirməkdən nə məhrum etdi?” deyilər. Onlar, “İş görmədik, peşə öyrənmədik. [Çayxanalarda, kinoteatrlarda, matçlarda vaxt keçirdik]. Allahu təala da bizə dünyada yoxsulluq verdi.

Yoxsulluq və tənbəllik bizim qulluq vəzifəmizi görməyimizə mane oldu” deyərlər. Onlara xitabən, “Siz daha yoxsul idiniz, yoxsa İsa əleyhissəlam?” soruşular. Onlar da, “İsa əleyhissəlam bizdən daha kasıb idi” deyərlər. “Elə isə o qədər kasıblıq Onu qulluq vəzifələrini görməkdən, din bilgilərini yaymaqdan məhrum etmədi, sizimi etdi?” deyilər.

Bir şəxs bu dörd şeydən birinə yaxalanarsa, bunların sahibini düşünsün! Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm), “Ya Rəbb, zənginlik və yoxsulluq fitnəsindən Sənə sığınıram” deyə dua edərdi.

İsa əleyhissəlamdan ibrət alın ki, dünyada bir şeyə sahib olmadı. Bir yun cübbəni iyirmi il geyindi. Səfərə çıxarkən ancaq bir su qabı, bir qara kilim və bir darağı var idi. Bir gün birinin əli ilə su içdiyini gördü, su qabından imtina edib atdı. Bir gün bir adamın əli ilə saqqalını daradığını gördü, darağı da atdı. Deyərdi ki, mənim heyvanım ayağımdır, evim mağaralardır, qidam yerdə bitən otlardır, içəcəyim çayların suyudur. [Halbuki, islam dini belə deyildir. Çalışıb halal qazanmaq ibadətdir. Çox çalışıb çox qazanmaq və qazandığını islamiyyətin əmr etdiyi gözəl yerlərə vermək lazımdır.

“Ramuz-ül-əhadis”də yazılı hədisi-şərifdə buyuruldu ki, “Əshabım üçün kasıb olmaq səadətdir. Axır zamanda gələcək olan ümmətim üçün zəngin olmaq səadətdir”. İndi axır zamandayıq. Günah işləyənlərin, fitnə çıxaranların, ibadətlərə bidət qarışdıranların çoxaldığı dövrdəyik. Bu dövrdə halalı, haramı, bidətləri və küfrə səbəb olan şeyləri öyrənmək, bunlara tabe olmaq və halal yoldan qazanaraq zəngin olmaq böyük ibadətdir. Qazandığı ilə yoxsullara və Əhli-sünnət biliklərini yayan müsəlmanlara kömək etmək böyük səadətdir. Bu səadətə qovuşanlara müjdələr olsun!]

Allahu təalanın endirdiyi bəzi suhuflarda da bildirilmişdir ki, “Ey Adəm oğlu! Xəstəlik və günah işləmək həyat hallarındandır. Mütəammidən [kin güdərək] adam öldürməyin kəffarəsindən, xəta ilə öldürməyin kəffarəsi daha yüngül sayılır, buna qisas olunmaz isə də bu da çox pis əməldir, bundan çəkinin!”.

Böyük günahların sahibinin qəlbində iman varsa, əzab olunduqdan sonra şəfaətə qovuşacaq. Allahu təala onlara ikram edəcək. Minlərlə il keçdikdən sonra onları Cəhənnəmdən çıxaracaq. Halbuki Cəhənnəmdəkilərin dəriləri yandıqdan sonra təkrar yaradılır. Həsən Bəsri (rahmətullahi əleyh)2, “Kaş ki, mən də belələrindən olsaydım” buyurardı.

Şübhəsizdir ki, Həsən Bəsri (rahmətullahi əleyh) axirət hallarını yaxşı bilən bir şəxsdir. Qiyamət günü bir müsəlman gətirilər. Onun heç bir həsənəsi (yaxşılığı) yoxdur ki, mizanda ağır gəlsin. Allahu təala onun imanına hörmətən ona rəhmət olaraq buyurar ki: “İnsanlara get, sənə həsənə və savab verəcək bir şəxs axtar. Onun ikramı səbəbilə Cənnətə girə biləsən”. O şəxs gedib, insanlar arasında arzusuna qovuşduracaq bir şəxs axtarar. Vəziyyətini deyəcək heç bir şəxs tapa bilməz. Kimə dərdini desə: “Mənim də mizanımın yüngül olmasından qorxuram. Mən səndən daha çox möhtacam” deyər. Bu vəziyyətinə çox məyus olar. Yanına bir nəfər gələrək, “Nə istəyirsən?” deyər. O da, “Bir həsənəyə [savaba] ehtiyacım var. O bir savabı bəlkə min insandan istəmişəm. Hər biri bir bəhanə ilə məni uzaqlaşdırıb” deyər. Həmin şəxs ona deyər ki, “Allahu təalanın hüzuruna getdim. Səhifəmdə bir savabdan başqa savab yox idi. O da məni qurtarmaz. Gəl o savabı sənə hədiyyə edim. Məndən onu götür”. O şəxs də fərəh və sevinclə gedər. Allahu təala o qulun vəziyyətini bildiyi halda, “Nə ilə gəldin?” deyə sual edər. O da o şəxslə olan hadisəni nəql edər. O həsənəsi verən şəxsi də Allahu təalanın hüzuruna çağırar. Buyurar ki: “İman sahiblərinə Mənim kərəmim sənin kərəmindən, ehsanından daha çoxdur. Din qardaşının əlindən tut, Cənnətə girin”.

Mizanın hər iki gözü bərabər olsa, savab gözü ağır gəlməzsə, Allahu təala buyurur ki: “Bu nə Cənnət əhlindəndir, nə də Cəhənnəm əhlindəndir”. Bundan sonra bir mələk bir səhifə gətirib tərəzinin seyyiat [günah] gözünə qoyacaq ki, o səhifədə yalnız “of” yazılmışdır. O göz həsənə gözündən ağır olar. Çünki “Of” sözü ana-ataya üsyan kəliməsidir. Həmin şəxsin Cəhənnəmə atılması əmr olunar. O şəxs isə ətrafına baxmağa başlayar. Həmin şəxs Allahu təala tərəfindən çağrılmasını istəyər və həmin şəxsi Allahu təala çağırıb deyər ki: “Ey asi qul! Niyə səni çağırmağımı istədin?”. O qul, “Ya Rəbb, anladım ki, anama, atama asi olduğum üçün Cəhənnəmə gedəcəyəm. Onların əzabını mənə əlavə et ki, Cəhənnəmə getməsinlər” dedikdə, Allahu təala buyurar ki: “Anana, atana dünyada asi oldun, axirətdə isə ikram etdin. Onların əlindən tut Cənnətə gedin”.

Cənnətə göndərilməyənləri mələklər yaxalayarlar. Çünki mələklər axirət əhkamını çox yaxşı bilirlər. Hətta axirətdən nəsibi olmayan bir qövmə nida olunar ki, bunlar axirətin odunudurlar. Cəhənnəmi doldurmaq üçün xəlq olunublar. Onlara xitabən Allahu təala Saffat surəsi 24-cü ayəsində məalən, “Onları saxlayın, onlar sorğu-sual olunacaqlar” buyurur.

Onlar həbs olunurlar. Ta ki, Saffat surəsi 25-ci ayəti-kəriməsində məalən, “Sizə nə oldu ki, bir-birinizə kömək etmirsiniz?” buyurulana qədər orada qalacaqlar.

Beləliklə təslim olacaqlar. Günahlarını etiraf edib hamısı Cəhənnəmə göndəriləcək. Bu şəkildə ümməti-Muhammədin böyük günah işləyənləri gətiriləcək. Yaşlı, cavan, kişi, qadın hamısı bir yerə yığılar. Cəhənnəmin keşikçisi olan “Malik” onlara baxdığı zaman deyər ki: “Siz şəqilər zümrəsindənsiniz. Amma görürəm ki, nə əliniz bağlanıb və nə də üzünüz qaralıb. Sizdən daha gözəli hələ Cəhənnəmə gəlməyib”. Onlar da “Ey Malik, biz Muhamməd əleyhissəlamın ümmətiyik. Lakin işlədiyimiz günahlar bizi Cəhənnəmə sürüklədi. Bizə imkan ver günahlarımıza ağlayaq” deyərlər. Malik onlara: “Ağlayın, lakin indi ağlamaq sizə fayda verməyəcək” deyər.

Nə qədər orta yaşlılar, “Dərdlərim, sıxıntılarım artdı” deyərək ağlayarlar.

Bir qoca kişi əllərini ağ saqqalının üstünə qoyub, “Ah gəncliyim getdi, ələm, kədərim artdı. Zəlil və rəzil oldum” deyə ağlayar.

Nə qədər dəliqanlı cavanlar “Ah gəncliyimi əldən qaçırdım. Yəni gəncliyimin qədrini bilmədim” deyə ağlayar.

Nə qədər qadın saçlarından tutub, “Heyif, üzüm qara oldu, rəzil oldum” deyə ağlayarlar.

Allahu təala tərəfindən “Ey Malik, onları birinci Cəhənnəmə qoy” deyə əmr gələr. Cəhənnəm onları içinə alarkən, “La ilahə illallah” deyə bağırışarlar. Cəhənnəm bu sözü eşidən kimi onlardan 500 illik məsafə qədər uzaqlaşar. [Bir şeyin çox olduğunu bildirmək üçün bunu böyük rəqəmlə bildirməyin Ərəbistanda adət olduğu “İbn Abidin”in3 Əl-hazər vəl-ibaha qismində yazılıdır. Yəni böyük rəqəmlər miqdarı deyil, çoxluğu bildirir]. Yenə bir nida gələr ki: “Ey Cəhənnəm! Bunları içinə al! Ey Malik! Bunları birinci Cəhənnəmə qoy!” Bu zaman göy gurultusu kimi bir gurultu eşidilər. Cəhənnəm onların qəlblərini yandırmaq istədikdə Malik Cəhənnəmə mane olar. “Ey Cəhənnəm, içində Qurani-kərim və iman qabı olan qəlbi yandırma! Rəhman olan Allahu təalaya səcdə edən alınları yandırma!” deyər. Bu vəziyyətdə Cəhənnəmə atılar. Görünəcək ki, bir nəfərin fəryadı Cəhənnəm əhlinin səsindən daha çox çıxır. Onu Cəhənnəmdən çıxararlar. Halbuki sadəcə dərisi yanmışdır. Allahu təala ona: “Sənə nə oldu ki, Cəhənnəm əhlinin ən çox bağıranı sənsən?”. buyurar. O şəxs də deyər ki: “Ya Rəbb, məni hesaba çəkdin. Sənin rəhmətindən daha ümidimi kəsmədim. Bilirəm ki, Sən məni eşidirsən. Ona görə çox bağırdım” deyər.

Allahu təala məali-şərifi, “Bir şəxs Allahu təalanın rəhmətindən ümidini kəssə, o şəxs əhli-zəlalətdəndir” olan Hicr surəsinin 56-cı ayəti-kəriməsi ilə xitab edərək, “Get səni bağışladım” deyər.

Yenə bir nəfər Cəhənnəmdən çıxar. Allahu təala: “Ey qulum, Cəhənnəmdən çıxdın. Hansı əməlinlə Cənnətə gedəcəksən?” deyə soruşar. O qul: “Ya Rəbb, mən acizəm, az bir şeydən başqa heç bir şey istəmirəm” deyər. O şəxs üçün Cənnətdən bir ağac göstərilər. Allahu təala: “Gördüyün bu ağacı sənə versəm, başqasını istəyərsən?” buyurar. O qul, “Ya Rəbb, izzətin və cəlalın haqqı üçün başqa bir şey istəmirəm” deyər. Allahu təala, “Bu ağac məndən hədiyyə olsun” buyurar. O ağacın meyvəsindən yeyib kölgəsində dincəldikdən sonra, ondan daha gözəl bir ağac göstərilər. O şəxs o ağaca çox baxar. Allahu təala: “Sənə nə oldu? Ona da eşqin düşdü?” buyurar. O qul, “Bəli, ya Rəbb” deyər. Allahu təala: “Sənə onu da versəm, başqasını istəmərsən ki?” buyurar. “İstəmərəm ya Rəbb” deyər. O ağacın meyvəsindən yeyib, kölgəsində dincələr. Ondan daha gözəl bir ağac göstərilər. O şəxs ona baxa-baxa qalar. Cənabı-Haqq ona buyurar: “Bunu da sənə versəm, başqasını istəyərsən?” buyurar. “İzzətin haqqı üçün istəmərəm ya Rəbb” deyər. O zaman Cənabı-Haqq razı olub o mömini bağışlayar və Cənnətə daxil edər.

Axirətin heyrət ediləcək işlərindən biri də odur ki, bir nəfər Allahu təalanın hüzuruna aparılar. Allahu təala onu sorğu-suala çəkər. Həsənət və seyyiatı ölçülər. O şəxs elə hesab edər ki, Allahu təala onu hesaba çəkməkdən başqa bir işlə məşğul deyil. Lakin elə deyil. Bəlkə o anda milyonlarla, miqdarını Allahu təaladan başqa heç kimin bilmədiyi sayda kimsələrin hesabına baxıldı. Onların hər biri elə zənn edər ki, o anda ancaq onun hesabı görülür.

Orada bəziləri bəzilərini görməz. Biri digərinin sözünü eşitməz. Bəlkə hər biri Cənabı-Haqqın pərdələri altındadır. Sübhanəllah! Necə qüvvət və nə böyük qüdrətdir. Elə bu, Loğman surəsinin 28-ci ayəsinin, “Sizin dünyada və sonra axirətdə yaradılmağınız bir nəfəs alacaq qədər zamandır” məali-şərifi ilə bildirilən zamandır. Cənabı-Haqqın bu kəlamında elə sirlər vardır ki, o zamansız və məkansız olmaq sirridir. Çünki Allahu təalanın mülkü, feili və işləri üçün hədd və qayə yoxdur. Fə-subhanəllah ki, feillərindən heç biri, başqa işləri etməsinə mane olmaz.

Elə bu vaxt bir kişi oğluna gələr və: “Ey oğul! Mən sənə paltarlar geyindirdim ki, sənin özünün paltar geyinməyə gücün yox idi.

Səni doyurdum və su verdim ki, sən bunlardan aciz idin. Uşaq ikən səni qorudum ki, sənin özünə zərər verən şeyləri dəf etməyə və fayda verən şeyi istəməyə gücün çatmırdı. Dəfələrlə məndən meyvə istədin, alıb sənə gətirdim. Sənə dinini, imanını öyrətdim. Səni Qurani-kərim müəlliminə göndərdim. Lakin bax, qiyamətin dəhşətini görürsən, günahımın çoxluğunu da bilirsən. Bir miqdarını məndən götür ki, günahım azalsın. Mənə bir yaxşılıq, bir savab ver ki, tərəzimin həsənə gözü ağır olsun” deyər. Oğlu ondan qaçar və deyər ki: “O bir savaba mən səndən daha möhtacam”.

Beləcə övladla ana arasında bu söhbət keçər, zövc və zövcə də bir-birilə belə danışarlar. Qardaş qardaşa bu rəftarı edər. Bu vəziyyəti Allahu təala məali-şərifi “O gün insan qardaşından və ana övladından qaçacaq” olan “Abəsə” surəsinin 34-cü ayəsində xəbər vermişdir.

Hədisi-şərifdə buyuruldu ki, “İnsanlar qiyamət günü çılpaq halda həşr olunacaqlar”. Aişə Siddiqə (radıyallahu anhə) anamız bunu eşitdikləri zaman, “Bəs insanlar bir-birlərinə baxmayacaqmı?” buyurdu. Peyğəmbər əfəndimiz (sallallahu təala əleyhi və səlləm) Abəsə surəsindəki, “Qiyamət günü hər kəsin halı onu digərinin halından və vəziyyətindən uzaqlaşdırar” məalindəki 37-ci ayəti-kəriməni oxudular. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu hədisi-şərif ilə bildirmək istədilər ki, qiyamət gününün dəhşəti və məşəqqəti insanların bir-birlərinə baxmasına mane olacaq.

İnsanlar bu zaman bir yerə toplaşarlar. Onların üstünə qara bir bulud gələr. O bulud insanların üstünə “Suhufi-münəşşərə”, yəni əməl dəftərlərini yağdırar. Möminin səhifəsi sanki gül yarpağı üstünə yazılmışdır. Kafirlərin isə sidr yarpağı üstünə yazılmış kimi olacaq.

Səhifələr uçaraq enəcək. Hər kəsin sağ və ya sol tərəfindən gələcək hansı ki, bu da ixtiyari deyildir. Belə ki, Cənabı-Haqq İsra surəsinin 13-cü ayəsində məalən, “Biz əzimüşşan insan üçün açılmış halda özünə vasil olan kitab göndərərik” buyurur.

Alimlərdən bəziləri buyurur ki, Kövsər Hovuzu Siratı keçdikdən sonra gətirilər. Bu isə yanlışdır. Çünki Siratı keçən bir daha Hovuza gəlməz.

Yetmiş min [yəni lap çox] insan çətin hesabı olmadan Cənnətə girər. Onlar üçün mizan qurulmaz, səhifələr gəlməz. Ancaq onlara verilən səhifələr üzərində, “La ilahə illallah, Muhammədun rəsulullah. Bu filankəs oğlu filankəsin Cənnətə girməsinin və Cəhənnəmdən qurtulmasının bəraətidir” yazılı olacaq.

Bir qulun günahları bağışlandığı zaman bir mələk onu Ərəsət meydanına aparar və səslənər: “Bu filankəs oğlu filankəsdir. Allahu təala onun günahını əfv etdi. Bir daha şaki olmayacaq, səadətə səid oldu” deyər. O şəxsə bu vəziyyətdən daha sevgili bir vəziyyət ola bilməz.

Qiyamət günü Rəsullar (əleyhimussaləvatu vəttəslimat) minbərlərdə olacaqlar. Hər bir Rəsulun minbəri öz mərtəbəsi qədərdir. Uləmai-amilin, yəni Əhli-sünnət etiqadında olan və bildikləri ilə əməl edən alimlər (rahmətullahi əleyhim əcməin) də nurdan kürsülərdə olacaqlar. Allahu təalanın dinini qorumaq və yaymaq üçün şəhid olanlar ilə salehlər, yəni əhkamı-islamiyyətə tabe olanlar, Qurani-kərimi hörmətlə və nəğməsiz oxuyan hafizlərlə, azanı sünnətə uyğun oxuyan müəzzinlər, torpağı müşkdən olan yerlərdə olacaqlar. Onlar, əhkamı-islamiyyətə tabe olaraq gözəl əməl işlədikləri üçün kürsi sahibidirlər ki, Adəm əleyhissəlamdan Fəxri-aləm (sallallahu təala əleyhi və səlləm) əfəndimizə qədər gələn bütün Peyğəmbərlərdən sonra onlara şəfaət izni veriləcək olanlardandır.

Hədisi-şərifdə bildirildi ki, “Qurani-kərim qiyamət günü üzü və əxlaqı gözəl bir şəxs surətində gələcək. Ondan şəfaət istəniləcək və şəfaət edəcək. Onu musiqi ilə [qəzəl oxuyurmuş kimi, çalğı və oyun yerlərində kef etmək üçün və pul qazanmaq üçün] oxuyanlara qarşı iddiaçı olacaq. Belə kimsələrdən haqqını istəyəcək. Razı olduğu şəxsləri götürüb Cənnətə aparacaq”.

Dünya [yəni ibadət etməyə mane olan və haram işləməyə səbəb olan şeylər və şəxslər] da qoca, ağ saçlı və qadınların ən çirkin şəklində görünəcək. İnsanlara deyiləcək ki: “Siz bunu tanıyırsınız?”. Onlar: “Biz bundan Allahu təalaya sığınırıq” deyəcəklər. “Siz dünyada buna qovuşmaq üçün bir-birinizlə savaşıb, bir-birinizə düşmən olurdunuz” deyiləcək.

Bu şəkildə Cümə də sevimli bir insan surətində göstəriləcək. Möminlər ona diqqətlə baxacaqlar. Cümə gününə qiymət verənlər müşk və qafur qumları üstündə saxlanacaq. Cümə namazı qılan möminlərin üzərində elə nur olacaq ki, hər kəs ona baxıb təəccüb edəcək. Cümə gününə olan hörmətləri səbəbi ilə Cənnətə aparılacaqlar.

Ey müsəlman qardaşım! Allahu təalanın rəhmətinə, Qurani-kərimin, islamın və Cümənin səxavətinə bax ki, Qurani-kərim əhli nə qədər dəyərlidir. Namaz, oruc, zəkat, səbir və gözəl əxlaqdan ibarət olan islamiyyət isə nə qədər çox qiymətlidir.

Ölüm vaxtı insanın çırpınmasından, sıxıntılı görünməsindən məna çıxaran şəxsə dəyər vermək olmaz. Çünki yəvmi-Xəndəkdə Peyğəmbər (sallallahu əleyhi və səlləm) əfəndimizin “Ey çürüyəcək olan cəsədlərin Rəbbi və yox olacaq ruhların yaradanı Rəbbim!”, duası göstərir ki, Allahu təalanın dilədiyi hər cəsəd çürüyəcək və ruhlar da qiyamət günü gəldiyi zaman fani olacaq. Bunların hamısının yaradanı və Rəbbi Allahu təaladır. Bu bildirilənlərin hamısı ayrı-ayrı elmlərə möhtacdır. Digər kitablarımızda bunları açıqlamışıq.

İmam Qəzali (rahmətullahi əleyh) burada axirət hallarını çox qısa şəkildə izah etdiyini xəbər verir. Deyir ki, biz bu kitabı müsəlmanların Əhli-sünnət yolu ilə gedə bilməsi üçün ixtisarla yazdıq. İslamiyyətin əleyhinə olan bidətlərə [məzhəbsizlərə, dində reformçulara] etibar etmə! Qurani-kərimdən və hədisi-şəriflərdən Əhli-sünnət alimlərinin çıxardıqları, anladıqları mənalara sarıl! Başqalarının, insan şeytanlarının uydurduğu bidətlərə aldanma, onlardan qaç. Bu səbəblə möminləri, Əhli-sünnət yoluna sarılanları müjdələ!

Allahu təalanın əmniyyəti, kərəmi və ehsanı ilə ismət və müvəffəqiyyət istəyirik. Amin və hasbünallah və niməl-vəkil və sallallahu alə Muhammədin və alihi vəsahbihi əcmain.

Adəm oğlu aç gözünü, yer üzünə qıl bir nəzər,

gör bu lətif çiçəkləri hansı qüvvə edər, pozar.

Hər bir çiçək bir naz ilə, öyər Haqqı niyaz edər,

Qurdlar, quşlar, durmaz söylər, o Xaliqə avaz edər.

Öyər onu qadirliyin, hər bir işə hazırlığın,

illə onun qəhirliyin anladıqda rəngi dönər.

Rəngi dönər gündən-günə, torpağa tökülər yenə,

Bu ibrətdir anlayana, həqiqəti arif sezər.

Gər bu sirri duya idin, ya bu qəmi yeyə idin,

Yerində əriyə idin, insan deyilsənmi məgər.

Bilir, gələn gedər imiş, qonan geri köçər imiş,

Ölüm şərbətin içər imiş, hər kim bu mənadan keçər.

Notes

  1. Abdullah 68-ci [miladi 687] ildə Taifdə vəfat etmişdir. ↑
  2. Həsən Bəsri 110-cu [miladi 728] ildə vəfat etmişdir. ↑
  3. Muhamməd ibn Abidin 1252-ci [miladi 1836] ildə Şamda vəfat etmişdir. ↑

Read this chapter in another language

Türkçe中文(普通话)English

Share

WhatsApp Telegram X Facebook E-mail