Hakikat Books
English

Chapter 2 / 136

Namaz böyük əmrdir

Questions answered in this chapter (14)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Namaz Adəm əleyhissəlamdan bəri varmı idi və beş vaxt namaz nə vaxt fərz oldu? draft Report an error
  2. “Namaz dinin dirəyidir” sözü nə deməkdir? draft Report an error
  3. Namaz İslam dinində neçənci fərzdir? draft Report an error
  4. Namazın ibadətlərin ən qiymətlisi olduğu necə bildirilir? draft Report an error
  5. Namaz qılmaq (Allahın böyüklüyü qarşısında) nə deməkdir? draft Report an error
  6. Məsciddə camaatla namaz qılmağın faydaları hansılardır? draft Report an error
  7. Namaz insanı hansı pisliklərdən saxlayır? draft Report an error
  8. Namazın əməllərin və ibadətlərin ən üstünü olduğu necə bildirilir? draft Report an error
  9. Həzrəti Əlinin qaçırdığı əsr namazına görə kədəri necə olmuşdur? draft Report an error
  10. Həzrəti Əbu Bəkrin sübh namazı ilə bağlı halı necədir? draft Report an error
  11. Bayəzid Bistaminin sübh namazı ilə bağlı halı necədir? draft Report an error
  12. Cüneyd Bağdadi vaxtın qiyməti haqqında nə buyurmuşdur? draft Report an error
  13. Din qardaşına vaxtın qiyməti haqqında nə tövsiyə edilir? draft Report an error
  14. İmam Rabbani 275-ci məktubunda qovuşulan nemət və islamiyyəti yaymaq haqqında nə buyurur? draft Report an error

Adəm əleyhissəlamdan bəri hər dində bir vaxt namaz vardı. Hamısı bir yerə toplanaraq Muhamməd əleyhissəlama inananlara fərz edildi. Namaz qılmaq imanın şərti deyil. Lakin namazın fərz olduğuna inanmaq imanın şərtidir.

Namaz dinin dirəyidir. Namazını davamlı, doğru və tam olaraq qılan dinini qurmuş, islam binasını ayaq üstə tutmuş olar. Namaz qılmayan dinini və islam binasını yıxmış olar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki; “Dinimizin başı namazdır”. Başsız insan olmadığı kimi, namazsız da din olmaz.

Namaz islam dinində imandan sonra ilk fərz edilən əmrdir. Allahu təala qullarının yalnız özünə ibadət etmələri üçün namazı fərz etdi. Qurani-Kərimdə yüzdən artıq ayəti-kərimdə “Namaz qılın!” buyurulur. Hədisi-şərifdə Peyğəmbərimiz “Allahu təala hər gün beş vaxt namaz qılmağı fərz etdi. Qiymət verərək və şərtlərinə riayət edərək hər gün beş vaxt namaz qılanı Cənnətə qoyacağını Allahu təala söz verdi” buyurdu.

Namaz dinimizdə edilməsi əmr edilən bütün ibadətlərin ən qiymətlisidir. Bir hədisi-şərifdə, “Namaz qılmayanın İslamdan nəsibi yoxdur!” buyuruldu. Yenə bir hədisi-şərifdə, “Mömin ilə kafiri ayıran fərq namazdır” buyuruldu. Yəni mömin namaz qılar, kafir qılmaz. Münafiqlər isə bəzən qılar, bəzən qılmaz. Münafiqlər Cəhənnəmdə çox acı əzab görəcəkdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimiz buyurdu ki: “Namaz qılmayanlar qiyamət günü Allahu təalanı qəzəbli olaraq görəcəklər.”

Namaz qılmaq, Allahu təalanın böyüklüyünü düşünərək onun qarşısında öz kiçikliyini anlamaqdır. Bunu anlayan kimsə həmişə yaxşılıq edər. Heç pislik edə bilməz. Hər gün beş dəfə Rəbbinin hüzurunda olduğunu niyyət edən kimsənin qəlbi ixlas ilə dolar. Namazda edilməsi əmr olunan hər hərəkət qəlbə və bədənə fayda verir.

Məscidlərdə camaat ilə namaz qılmaq müsəlmanların qəlblərini bir-birinə bağlayar. Aralarında sevgini təmin edər. Bir-birlərinin qardaş olduqlarını anlayarlar. Böyüklər kiçiklərə mərhəmətli olar. Kiçiklər də böyüklərə hörmət edər. Zənginlər kasıblara və qüvvətlilər zəiflərə yardımçı olar. Sağlam olanlar xəstələri məsciddə görə bilmədikdə evlərində axtararlar. “Din qardaşının yardımına gedənin yardımçısı Allahu təaladır” Hədisi-şərifindəki müjdəyə qovuşmaq üçün yarışarlar.

Namaz insanları çirkin, pis və qadağan olan əməllərdən uzaqlaşdırar. Günahlara kəffarə olar. Hədisi-şərifdə, “Beş vaxt namaz, sizdən birinin qapısının önündə axan çay kimidir. Bir kimsə o çaya hər gün beş dəfə girib yuyunarsa, üzərində kir qalmayacağı kimi, məhz beş vaxt namazı qılanların da bu cür kiçik günahları əfv olunur” buyuruldu.

Namaz Allahu təalaya və Rəsuluna imandan sonra bütün əməl və ibadətlərdən daha üstün bir ibadətdir. Bunun üçün namaz fərzlərinə, vaciblərinə, sünnətlərinə, müstəhəblərinə riayət edilərək qılınmalıdır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şəriflərində buyurdu ki: “Ey ümmət və Əshabım! Ədasına tamamilə riayət olunan namaz Allahu təalanın bəyəndiyi bütün əməllərin ən üstünüdür. Peyğəmbərlərin sünnətidir. Mələklərin sevdiyidir. Mərifətin, yerin və göylərin nurudur. Bədənin qüvvətidir. Ruzilərin bərəkətidir. Duanın qəbuluna vəsilədir. Mələk-ül-məvtə (yəni ölüm mələyinə) şəfaətçidir. Qəbirdə işıq, Münkər və Nəkirə cavabdır. Qiyamət günündə üzərinə kölgədir. Cəhənnəm atəşi ilə öz arasında sipərdir. Sirat körpüsünü ildırım kimi keçirəndir. Cənnətin açarıdır. Cənnətdə başına tacdır. Allahu təala möminlərə namazdan daha əhəmiyyətli bir şey verməmişdir. Əgər na-mazdan daha üstün bir ibadət olsaydı, ən əvvəl möminlərə onu verərdi. Çünki mələklərdən kimi davamlı qiyamda, kimi rükuda, kimi səcdədə, kimi də təşəhhüddədir. Bunların hamısını bir rəkət namazda toplayıb, möminlərə hədiyyə verdi. Çünki namaz imanın başı, dinin dirəyi, islamın qavli (sözü) və möminlərin miracıdır. Göyün nuru və Cəhənnəmdən qurtarıcıdır”.

Bir gün Həzrəti Əlinin (radıyallahu anh və kərrəmallahu vəchəh) əsr namazı keçmişdi. Kədərindən özünü bir təpədən aşağı atdı. İnləyə-inləyə ağlayıb fəryad etdi. Peyğəmbərimiz Muhamməd Mustafa (sallallahu əleyhi və səlləm), onun bu halından xəbər tutan kimi Əshabı ilə bərabər həzrəti Əlinin (radıyallahu anh) yanına gəldilər. Halını görəndə kainatın əfəndisi olan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də ağlamağa başladı. Dua etdi. Günəş təkrar yüksəldi. Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimiz: “Ya Əli! Başını qaldır, günəş hələ görünür” buyurdu. Həzrəti Əli (radıyallahu anh) buna çox sevindi və namazını qıldı.

Həzrəti Əbu Bəkri Sıddıq (radıyallahu anh) bir gecə çox ibadət etdiyindən, gecə sonunda yuxu apardı. Vitr namazı keçdi. Sübh namazında Peyğəmbər əfəndimizi təqib edərək məscid qapısında hüzuruna gəlib fəryad etdi. “Ya Rəsulallah! Köməyimə çat, vitr namazım keçdi” deyə ağlayaraq yalvardı. Rəsulullah əfəndimiz də ağlamağa başladı. Bunun üzərinə Cəbrayıl əleyhissəlam gəlib, “Ya Rəsulallah! Sıddıqa söylə ki, Allahu təala Onu əfv etdi” dedi.

Övliyanın böyüklərindən Bayəzidi Bistami (quddisə sirruh) bir gecə yuxuya dalıb, sübh namazına oyana bilmədi. O qədər ağlayıb inlədi ki, bir səs eşitdi: “Ey Bayəzid! Bu qüsurunu əfv etdim. Bu ağlamanın bərəkəti ilə sənə ayrıca yetmiş min namaz savabı verdim”. Bir neçə ay sonra yenə yuxuya daldı. Şeytan gəlib mübarək ayağından tutaraq oyandırdı. “Qalx, namazın keçmək üzrədir”, dedi. Bayəzidi Bistami həzrətləri buyurdu ki: “Ey lənətlənmiş, sən belə işi necə edərsən? Sən hər kəsin namazının keçməsini, vaxtını keçirməsini istəyirsən. Məni nə üçün oyatdın?” Şeytan dedi ki: “Sübh namazını keçirdiyin gün ağlayaraq yetmiş min namaz savabı qazanmışdın. Bu gün onu düşünərək səni oyandırdım ki, bir vaxt namaz savabı alasan. Yetmiş min namaz savabına qovuşa bilməyəsən!”

Böyük övliya Cüneydi Bağdadi həzrətləri buyurdu ki: “Dünyanın bir saatı qiyamətin min ilindən daha yaxşıdır. Çünki bu bir saatda saleh, məqbul bir əməl işlənə bilər və o min ildə bir şey edilə bilməz”. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Bir kimsə bir namazı bilə-bilə o biri namaza birləşdirərsə, səksən hukbə Cəhənnəmdə yanacaqdır”. Bir hukbə səksən axirət ilidir. Axirətin bir günü min dünya ilidir.

O halda, ey din qardaşım! Vaxtını boş, faydasız şeylərlə keçirmə. Zamanının qiymətini bil. Vaxtını ən yaxşı şeylərə sərf et. Sevgili Peyğəmbərimiz buyurmuşdur: “Müsibətlərin ən böyüyü, vaxtı faydasız şeylərlə keçirməkdir”. Namazlarını vaxtında qıl ki, qiyamət günü peşman olmayıb, çox böyük savaba qovuşasan! Hədisi-şərifdə buyuruldu ki, “Bir namazı vaxtında qılmayaraq qəzaya buraxıb, əda etməzdən əvvəl vəfat edənin məzarına Cəhənnəmdən yetmiş pəncərə açılar və o kimsə qiyamətə qədər əzab çəkər”. Bir namazını vaxtında qəsdən qılmayan, yəni namaz vaxtı keçərkən namaz qılmadığı üçün kədərlənməyən dindən çıxar və ya ölərkən imansız gedər. Bəs görəsən namazı yadına belə gətirməyən, namazı vəzifə bilməyənlərin vəziyyəti nə olacaq? Namaza əhəmiyyət verməyənin, onu vəzifə olaraq qəbul etməyənlərin “mürtəd”, yəni kafir olacaqlarını dörd məzhəbin bütün alimləri söz birliyi ilə bildirmişlər. Namazı bilə-bilə qılmayıb qəza etməyi düşünməyən və bunun üçün əzab çəkəcəyindən qorxmayanın da “mürtəd” yəni kafir olacağı Abdülgani Nablüsi həzrətlərinin “Hadikatün nədiyyə” kitabının “Dilin afətləri” bölməsində yazılmışdır.

İmam Rabbani həzrətləri “Məktubat” kitabının 1-ci cild, 275-ci məktubunda buyurur ki:

Sizin bu nemətə qovuşmanız, islami elmləri öyrətməklə və fiqh hökmlərini yaymaqla olmuşdur. Oralara cəhalət yerləşmişdi və bidətlər yayılmışdı. Allahu təala sevdiklərinin sevgisini sizə ehsan etdi. İslamiyyəti yaymağa sizi vəsilə etdi. Elə isə, dini elmləri öyrətməyə və fiqh əhkamını yaymağa əlinizdən gəldiyi qədər çalışın. Bu ikisi bütün səadətlərin başı, yüksəlmənin vasitəsi və qurtuluşun səbəbidir. Çox çalışın! Din adamı olaraq ortaya çıxın! Oradakılara əmri-məruf (dinin əmrlərini öyrətmək) və nəhyi-münkər (günahlardan çəkindirmək) edərək doğru yolu göstərin! Müzzəmmil surəsinin 19-cu ayətində məalən, “Rəbbinin rızasına qovuşmaq istəyən üçün bu, əlbəttə, bir nəsihətdir” buyuruldu.

Gəlin namaz qılaq, qəlbdən pası silək,

Allaha yaxınlaşmaq olmaz, namazını qılmadıqca!

Harada namaz qılınar, günahlar həmişə tökülər,

İnsan, kamil ola bilməz, namazını qılmadıqca!

Qurani-Kərimdə Haqq namazı çox mədh etdi,

Dedi sevmərəm insanı, namazını qılmadıqca!

Bir hədisi-şərifdə: İmanın əlaməti,

İnsanda müəyyən olmaz, namazını qılmadıqca!

Bir namazı qılmamaq, əkbəri kəbairdir,

Tövbə ilə əfv olmaz, qəzasını qılmadıqca!

Namazı əhəmiyyətsiz görən, imandan çıxar dərhal,

Müsəlman ola bilməz o, namazını qılmadıqca!

Namaz qəlbi təmizləyər, pislikdən kənar edər,

Münəvvər ola bilməzsən, namazını qılmadıqca!

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail