Hakikat Books
English

Chapter 7 / 136

Birinci şərt: Allahu təalaya inanmaq

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. “Aməntu billahi” demək nə deməkdir? draft Report an error
  2. Bütün məxluqatın yaradanı kimdir? draft Report an error

“Əməntü billəhi”: Allahu təalanın varlığına və birliyinə inandım, iman etdim, qəlbimlə təsdiq, dilimlə iqrar etdim deməkdir. Allahu təala vardır və birdir. Bir sözünün lüğətdə iki cür mənası vardır. Birincisi, say baxımından ikinin yarısı olub, sayların əvvəlidir. Digəri, ortağı və bənzəri olmamaq baxımından birdir. Allahu təala say baxımından deyil, ortağı və bənzəri olmamaq baxımından birdir. Yəni zatında və sifətində heç bir şəkildə Ona ortaq yoxdur. Bütün məxluqların zat və sifətləri bunları yaradanın zat və sifətlərinə bənzəmədiyi kimi, yaradanın zat və sifətləri də yaratdıqlarının heç birinin zat və sifətlərinə bənzəməz.

Bütün məxluqatın hər üzvünün hər hüceyrəsinin yaradanı, yoxdan var edəni yalnız Allahu təaladır. Allahu təalanın zatının həqiqətini heç bir kimsə bilə bilməz. Ağıla və xəyala gələnlərin hamısından münəzzəhdir və uzaqdır. Onun zatını ağıla və xəyala gətirmək caiz deyil (icazə verilmir). Ancaq Qurani-Kərimdə bildirilən sifətlərini, isimlərini əzbərləyib, üluhiyyətini bunlarla təsdiq və iqrar etməlidir. Bütün sifətləri və isimləri əzəli və əbədidir. Zatı heç bir yerdə durmadığı kimi, müəyyən bilinən altı cəhətdən də münəzzəhdir. Yəni, öndə, arxada, sağda, solda, üstdə, altda deyildir. Onun haqqında ancaq “hər yerdə hazır və nazırdır” deyilə bilər.

Allahu təalanın sifətləri on dörddür. Altısına sifəti-zatiyyə (zati sifətlər) və səkkizinə sifəti-sübutiyyə (sübuti sifətlər) deyilir. Bunların mənalarını bilmək və əzbərləmək çox lazımdır:

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail