Hakikat Books
English

Chapter 112 / 136

Təravih namazı

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Təravih namazı hansı hökmdədir və nə vaxt qılınır? draft Report an error
  2. Qılınmayan təravih namazı qəza edilirmi? draft Report an error
  3. Təravih namazı neçə rükətdir? draft Report an error

Təravih namazı kişi və qadınlar üçün sünnətdir. Ramazanı-şərifin hər gecəsində qılınır. Camaat ilə qılınması sünnəti-kifayədir. Vaxtı işa namazından sonra və vitrdən əvvəldir. Vitrdən sonra da qılına bilər. Məsələn, Təravih namazının bir qisminə çatıb, imamla vitr namazını qılan kimsə təravih namazından, çatıb qıla bilmədiyi rəkətləri, vitrdən sonra qılar.

Qılınmayan təravih namazı qəza edilməz. Qəza edilirsə, nafilə olar. Təravih olmaz.

Təravih namazı 20 rəkətdir.

TƏRAVİH NECƏ QILINIR?

Vitr namazı yalnız Ramazan ayında camaat ilə qılınır. Təravih namazını ikişər rəkət olmaqla, on salamla və hər 4 rəkət sonunda gözləyib təsbeh edərək qılmaq müstəhəbdir. Qəza borcu olan boş zamanlarında, beş vaxtın sünnətləri və təravih yerinə də qəza qılıb, bir an əvvəl qəzaları bitirib, sonra bu namazları qılmağa başlamalıdır.

Təravih namazı məsciddə camaat ilə qılınınca, başqaları evdə tək qıla bilər, günah olmaz. Lakin məsciddəki camaat savabından məhrum qalar. Evdə, bir və ya bir neçə nəfər camaat ilə qılarsa, tək qılmaqdan 27 qat artıq savab qazanır. Hər iftitah təkbirində niyyət etmək daha yaxşıdır. İşanı camaat ilə qılmayanlar təravihi camaat ilə qıla bilməz. İşanı camaat ilə qılmayan bir kimsə fərzi tək qılıb, sonra təravihi camaat ilə qıla bilər.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail