1. Qeybə iman etməlidir.
2. Qeybi ancaq Allahu təala və Onun bildirdiklərinin biləcəyinə inanmalıdır.
3. Haramı haram bilib etiqad etməlidir.
4. Halalı halal bilib etiqad etməlidir.
5. Allahu təalanın əzabından əmin olmayıb daima qorxmalıdır.
6. Allahu təaladan ümid kəsməməlidir.
— Mürtəd olacaq şeyi inkar etməsi də tövbə olar. Mürtəd tövbə etmədən ölərsə, Cəhənnəm atəşində əbədi olaraq əzab görər. Bunun üçün küfrdən çox qorxmalı, AZ DANIŞMALIDIR. Hədisi-şərifdə, “Həmişə xeyirli, faydalı danışın. Yaxud susun!” buyuruldu. Ciddi olmalı, lətifəli, oyunçu olmamalıdır. Ağıla, insanlığa uyğun olmayan şeylər etməməlidir. Özünü küfrdən qorumaq üçün Allahu təalaya çox dua etməlidir.
İNDİ İMANI OLDUĞU HALDA, SONRADAN İMANININ GETMƏSİNƏ SƏBƏB OLAN ŞEYLƏR:
1. Bidət sahibi olmaq. Yəni etiqadı pozuq olmaq. (Əhli-sünnət alimlərinin bildirdiyi etiqaddan çox az da olsa ayrılan azğın və ya kafir olar).
2. Zəif, yəni əməlsiz iman.
3. Doqquz əzasını doğru yoldan çıxartmaq.
4. Böyük günah işləməyə davam etmək.
5. Neməti-islama şükrünü kəsmək.
6. Axirətə imansız getməkdən qorxmamaq.
7. Zülm etmək.
8. Sünnətə uyğun oxunan azanı-Muhammədini dinləməmək.
9. Anaya-ataya qarşı gəlmək.
10. Doğru olsa belə, çox and içmək.
11. Namazda tadili-ərkanı tərk etmək.
12. Namazı əhəmiyyətsiz hesab edib öyrənməyə və ailəsinə öyrətməyə əhəmiyyət verməmək, namaz qılanlara mane olmaq.
13. Spirtli içki içmək.
14. Möminlərə əziyyət etmək.
15. Yalan yerə övliyalıq və din məlumatları satmaq.
16. Günahını unutmaq, kiçik görmək.
17. Təkəbbürlü olmaq, yəni özünü bəyənmək.
18. Ucb, yəni elm və əməlim çoxdur, demək.
19. Münafiqlik, ikiüzlülük.
20. Həsəd etmək, din qardaşını gözü götürməmək.
21. Hökumətinin və üstadının islamiyyətə müxalif olmayan sözünü yerinə yetirməmək.
22. Bir kimsəni təcrübə etmədən yaxşı demək.
23. Yalanda inad etmək.
24. Üləmadan qaçmaq.
25. Bığlarını sünnət miqdarından artıq uzatmaq.
26. Kişilərin ipək geyinməsi.
27. Qeybətdə inad etmək.
28. Kafir olsa da, qonşusuna əziyyət etmək.
29. Dünya üçün çox qəzəbə gəlmək, hirslənmək.
30. Faiz alıb-vermək.
31. Öyünmək üçün paltarının qollarını və ətəklərini artıq uzatmaq.
32. Sehrbazlıq, cadu etmək.
33. Müsəlman və saleh olan məhrəm qohum ziyarətini tərk etmək.
34. Allahu təalanın sevdiyi kimsəni sevməmək, islamiyyəti pozmaq istəyənləri sevmək. Bu da HUBBI FİLLAH, BUĞDI FİLLAH (Allah üçün sevmək, Allah üçün düşmən olmaq) imanın şərtidir.
35. Mömin qardaşına üç gündən artıq kin tutmaq.
36. Zinaya davam etmək.
37. Livata edib, tövbə etməmək.
38. Azanı, fiqh kitablarının bildirdiyi vaxtlarda və sünnətə uyğun oxumamaq və sünnətə uyğun oxunan azanı eşidincə hörmət ilə dinləməmək.
39. Münkəri (haramı) işləyəni görüb gücü çatdığı halda, şirin dil ilə mane olmamaq.
40. Arvadının, qızının və nəsihət etmək haqqına sahib olduğu qadınların başı, qolları, ayaqları açıq, bəzəkli, ətirli küçəyə çıxmasına və pislərlə görüşməsinə razı olmaq.