Hakikat Books
English

Chapter 134 / 136

Əhli-sünnət etiqadında olmaq üçün bu xüsuslara diqqət etməlidir

1. Allahu təalanın sifətləri vardır. Və zatından ayrıdır.

2. İman artmaz və azalmaz.

3. Böyük günah işləməklə iman getməz.

4. Qeybə iman əsasdır.

5. İman mövzusunda qiyas olmaz.

6. Allahu təala Cənnətdə görüləcəkdir.

7. Təvəkkül imanın şərtidir.

8. Əməllər (ibadətlər) imandan parça deyildir.

9. Qədərə iman imanın şərtidir.

10. Əməldə dörd məzhəbdən birinə tabe olmaq şərtdir.

11. Əshabı-kiramin və Əhli-beytin və Peyğəmbərimizin xanımlarının hamısını sevmək şərtdir.

12. Dörd xəlifənin üstünlükləri xilafət sırasına görədir.

13. Namaz, oruc, sədəqə kimi nafilə ibadətlərin savabını başqasına hədiyyə etmək caizdir.

14. Mirac, ruh və bədən olaraq edilmişdir.

15. Övliyanın kəraməti haqdır.

16. Şəfaət haqdır.

17. Məst üzərinə məsh caizdir.

18. Qəbir sualı vardır.

19. Qəbir əzabı ruh və bədənə olacaqdır.

20. İnsanları və işlərini də Allahu təala yaradır. İnsanda iradeyi-cüziyyə (cüzi iradə) vardır.

21. Ruzi halaldan da olur, haramdan da.

22. Övliyaların ruhları ilə təvəssül edilir və onların xətrinə dua edilir.

Səsləndi ol müəzzin, durdu qamət eylədi,

Kəbəyə döndü üzün, həm də niyyət eylədi.

Eşidincə əhl-i iman, hörmət ilə dinlədi,

Sonra namaza durub, Rəbbə qulluq etdi.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail