Dəstəmazın fərzi hənəfi məzhəbində 4-dür:
1- Üzü bir dəfə yumaq.
2- İki qolu dirsəklər ilə birlikdə bir dəfə yumaq.
3- Başın dörddə bir hissəsini məsh etmək, yəni yaş əli başa sürtmək.
4- İki ayağı, iki yandakı topuq sümükləri ilə birlikdə bir dəfə yumaqdır. Şafii məzhəbində niyyət və tərtib (ardıcıllıq) də fərzdir və üzü yuyarkən niyyət etmək lazımdır. Su üzə dəymədən əvvəl niyyət edərsə, dəstəmazı səhih olmaz. Üz və çənə üzərindəki saqqalı yumaq fərzdir. Maliki məzhəbində, dəlk [ovmaq] və muvalat [üzvləri bir-biri ardınca ara vermədən yumaq] fərzdir. Şiələr ayaqlarını yumur, çılpaq ayaq üzərinə məsh edirlər.