Hakikat Books
English

Chapter 64 / 136

3. Sətri övrət

Questions answered in this chapter (18)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Övrət yeri nə deməkdir? draft Report an error
  2. Qadınların övrət yeri haralardır? draft Report an error
  3. Qadının namaz xaricində, tək ikən örtməsi fərz olan yerləri haralardır? draft Report an error
  4. Yad qadına şəhvətlə baxmağın hökmü haqqında hansı hədis vardır? draft Report an error
  5. Qonşu və dost qadınlarına şəhvətlə baxmaq haqqında nə bildirilir? draft Report an error
  6. Rəsulullah Həzrəti Əliyə budunu açmaq və ölünün və dirinin övrəti haqqında nə buyurmuşdur? draft Report an error
  7. Övrət yerlərini (Kiramən-katibinin yanında) açmağın hökmü nədir? draft Report an error
  8. Övrət yerlərini örtmək və həyat yoldaşından başqasına göstərməmək haqqında nə bildirilir? draft Report an error
  9. Qadına bənzəyən kişi və kişiyə bənzəyən qadın haqqında nə bildirilir? draft Report an error
  10. Bir qızın gözəlliyini görüb gözünü çevirənin halı necədir? draft Report an error
  11. Övrət yerini açana və başqasının övrətinə baxana nə bildirilir? draft Report an error
  12. “Özünü bir qövmə bənzədən onlardandır” hədisi nəyi bildirir? draft Report an error
  13. Kişinin kişinin, qadının qadının övrətinə baxması haramdırmı? draft Report an error
  14. Yorğan altında çılpaq yatan xəstə ima ilə namaz qıla bilərmi? draft Report an error
  15. Bir kişinin nikahı əbədi haram olan məhrəm qadınlara qarşı vəziyyəti necədir? draft Report an error
  16. Əmi, bibi, xala, dayı uşaqları və bacı əri ilə qayın məhrəmdirmi? draft Report an error
  17. Kişi on səkkiz məhrəm qadınla evlənə bilərmi və onlarla necə ola bilər? draft Report an error
  18. Övrət yeri açıq halda küçəyə çıxanın və başqasının övrətinə baxanın hökmü nədir? draft Report an error

Bir kimsənin açması, başqasına göstərməsi və başqasının baxması haram olan yerlərə “övrət yeri” deyilir. Kişilərin övrət yeri göbəkdən diz altına qədərdir. Diz övrətdir. Bu yerlər açıq ikən qılınan namaz qəbul olmaz. Namaz qılarkən bədənin digər qisimlərini (qolları, başı) örtmək, corab geyinmək kişilərə sünnətdir. Bu yerləri açıq namaz qılmaq isə məkruhdur. Qadınların ovuc içlərindən və üzlərindən başqa hər yerləri, əllərinin üstü, saçları və ayaqları dörd məzhəbdə də övrətdir. Bunun üçün qadınlara “arvad” deyilmişdir. Bu yerlərini örtməsi fərzdir. Övrət üzvlərindən hər hansı birinin dörddə biri bir rükn qədər açıq qalarsa, namaz pozular. Azı açılarsa, pozulmaz. Namazı məkruh olar. İncə olub içindəki üzvün şəkli və ya rəngi görünən parça yox deməkdir. Qadınların namaz xaricində, yalnız ikən diz və göbək arasını örtməsi fərz olub, kürəyini və qarnını örtməsi vacib, başqa yerlərini örtməsi ədəbdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur ki: “Yad qadına şəhvətlə baxan bir kimsənin gözləri atəşlə doldurulub Cəhənnəmə soxulacaqdır. Yad qadına əllə görüşənin qolları boynundan bağlanıb, Cəhənnəmə atılacaqdır. Yad qadın ilə lazımsız yerə şəhvətlə danışanlar, hər kəlməsi üçün min il Cəhənnəmdə qalacaqdır.”

Digər bir hədisi-şərifdə isə: “Qonşu qadına və yoldaşlarının qadınlarına şəhvətlə baxmaq yad qadınlara baxmaqdan 10 qat daha günahdır. Evli qadınlara baxmaq qızlara baxmaqdan min qat daha çox günahdır. Zina günahları da belədir” buyuruldu.

Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Ey Əli! Budunu açma və ölü və ya diri, heç kimsənin bud yerinə baxma!”

Digər bir hədisi-şərifdə; “Övrət yerlərinizi açmayın. Çünki yanınızdan heç ayrılmayan kimsələr vardır. Onlardan utanın və onlara hörmətli olun” [Bunlar Hafaza mələkləridir] buyuruldu.

Yenə hədisi-şəriflərdə buyuruldu ki: “Övrət yerlərini ört. Zövcəndən və cariyəndən başqasına göstərmə. Yalnız ikən də Allahu təaladan həya edin!”

“Özlərini qadınlara bənzədən kişilərə və kişilərə bənzədən qadınlara Allah lənət etsin!”

“Bir qızın gözəlliyini görən kimsə gözünü ondan dərhal ayırarsa, Allahu təala yeni bir ibadət savabı ehsan edər ki, bu ibadətin ləzzətini dərhal hiss edər.”

“Övrət yerlərini açana və başqasının övrət yerlərinə baxana Allah lənət etsin!”

“Özünü bir qövmə bənzədən onlardan olar”. Demək ki, əxlaqını, işlərini və ya paltarlarını başqalarına bənzədən onlardan olar. Modaya, kafirlərin adətlərinə uyanlar, haramlara gözəl sənət adını qoyanlar və haram işləyənlərə sənətkar, müasir deyənlər bu hədisi-şəriflərdən ibrət almalı, qorxmalı, oyanmalıdırlar. Kişi kişinin və qadın qadının övrət yerlərinə də baxmaları haramdır. Görünür ki, kişilərin qadınlara və qadınların kişilərin övrət yerlərinə baxmaları haram olduğu kimi, kişilərin kişinin övrət yerinə və qadınların qadının övrət yerinə baxmaları da haramdır. Kişinin kişi üçün və qadın üçün övrət yeri, diz ilə göbək arasıdır. Qadının qadın üçün övrət yeri də belədir. Qadının yad kişi üçün övrət yeri isə, əllərindən və üzündən başqa bütün bədənidir. Yad qadının övrət yerinə şəhvətsiz də baxmaq haramdır.

Yorğan altında çılpaq yatan bir xəstə başı yorğan içində ikən, ima ilə namaz qılınca, çılpaq qılmış olar. Başını yorğandan çıxarıb qılarsa, yorğanla örtülü qılmış olub, caiz olar.

Bir kişi nikahla alması əbədi haram olan, 18 “məhrəm” qadının başına, üzünə, boynuna, qollarına, dizdən aşağı ayağına, şəhvətdən əmin olarsa baxa bilər. Bu kimsə sinələrinə, qoltuqlarına, budlarına, dizlərinə və belinə baxa bilməz. Bir qadın üçün əmi, xala, bibi və dayı uşaqları da yad kişi kimidir. Yeznə, qayın da yad kişidir. Bunlarla danışması, zarafatlaşması və bir yerdə olması haramdır. Kişilərin də əmi, xala, bibi və dayı qızları ilə, baldızı və qardaş arvadı ilə danışması haramdır. Bir kişi məhrəm olan 18 qadın ilə ölənə qədər evlənə bilməz. Bunlarla danışa bilər. Yalnız olaraq bir yerdə ola bilər. Qadın da 18 kişi ilə evlənə bilməz. Bu 18 kişi və qadın bunlardır:

NƏSƏB “SOY” İLƏ ƏQRƏBA OLANLAR

Kişilər — Qadınlar

1. Ata — Ana

2. Atanın və ananın ataları — Anasının və atasının anaları

3. Oğlu və oğlunun, qızının oğulları — Qızı və oğlunun, qızının qızı

4. Qardaşı — Bacısı

5. Qardaşının oğlu — Bacısının qızı

6. Bacısının oğlu — Qardaşının qızı

7. Əmi və dayı — Bibi və xala

SÜD İLƏ ƏQRƏBA OLANLAR

Kişilər — Qadınlar

8. Süd ata — Süd ana

9. Süd atanın və süd ananın ataları — Süd anasının və süd atasının anaları

10. Süd oğlu, süd oğlunun və süd qızının oğulları — Süd qızı, süd qızının və süd oğlunun qızları

11. Süd qardaşı — Süd bacısı

12. Süd qardaşının oğlu — Süd bacısının qızı

13. Süd bacısının oğlu — Süd qardaşının qızı

14. Süd əmi və süd dayı — Süd bibi və süd xala

NİKAH (EVLƏNMƏ) İLƏ ƏQRƏBA OLANLAR

Kişilər — Qadınlar

15. Qayınata — Qayınana

16. Ögey oğlu — Ögey qızı

17. Ögey ata — Ögey ana

18. Kürəkən — Gəlin

Övrət yeri açıq olaraq küçəyə çıxan və başqalarının övrət yerlərinə baxan oğlanlar və qızlar, Cəhənnəmin çox isti alovlu atəşində yanacaqlar.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail