İftitah təkbiri söylənərkən niyyət edilir. Namaza niyyət etmək demək, adını, vaxtını, qibləni, imama tabe olmağı qəlbindən keçirmək deməkdir. İftitah təkbirindən sonra edilən niyyət, səhih olmaz və o namaz qəbul olmaz. Fərzlərdə və vaciblərdə niyyət edərkən, hansı fərz və hansı vacib olduğunu bilmək lazımdır. Rəkət sayına niyyət lazım deyildir. Sünnəti qılarkən, “Namaza” niyyət etmək kafidir. Cənazə namazına, “Allah üçün namaza, meyid üçün duaya” deyə niyyət edilir.
İmamın kişilərə imam olmağa niyyət etməsi şərt deyildir. İmam, hazır olan camaata imam oldum deyə niyyət etməzsə, camaat ilə qılmaq savabına nail ola bilməz. İmam olmağa niyyət edərsə, bu savaba da qovuşar. İmamın “qadınlara imam olmağa” niyyət etməsi lazımdır. İbadətləri edərkən yalnız ağız ilə söyləməyə niyyət deyilməz. Qəlb ilə niyyət edilməzsə, ibadətlər qəbul olmaz.