2. QİRAƏT: sünnətlərin və vitrin hər rəkətində və yalnız qılarkən fərzlərin iki rəkətində, ayaq üstə Qurani-Kərimdən bir ayət oxumaq fərzdir. Qısa surə oxumaq daha savabdır.
Qiraət olaraq buralarda Fatihə oxumaq, sünnətlərin və vitr namazının hər rəkətində və fərzlərin iki rəkətində Fatihədən başqa bir də surə və ya üç ayət oxumaq vacibdir. Fərzlərdə Fatihəni və zammı-surəni ilk iki rəkətdə oxumaq vacib və ya sünnətdir. Fatihəni surədən əvvəl oxumaq da vacibdir. Bu beş vacibdən biri unudularsa, səcdəi səhv etmək lazımdır.
Qiraətdə Qurani-Kərim tərcüməsini oxumaq caiz deyildir.
İmamın Cümə və bayram namazlarından başqa hər namazda birinci rəkətdə, ikinci rəkətdə oxuyacağının iki misli uzun oxuması sünnətdir. Yalnız ikən hər rəkətdə eyni miqdarda oxuya bilər. İmamın eyni namazların, eyni rəkətlərində, eyni ayətləri oxumağı adət etməsi məkruhdur. Birinci rəkətdə oxuduğunu ikinci rəkətdə də oxuması tənzihən məkruhdur. Tərsinə oxumaq daha çox məkruhdur. İkincidə, birinci rəkətdə oxuduğundan sonrakı surəni keçərək daha sonrakını oxumaq məkruhdur. Qurani-Kərimi mushafdakı sıra ilə oxumaq hər zaman vacibdir.