Hakikat Books
English

Chapter 79 / 136

Səcdə

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Dördüncü rükn olan səcdə necə edilir? draft Report an error

4. SƏCDƏ: Səcdədə əl barmaqları bir-birinə bitişik, qibləyə qarşı, qulaqlar səviyyəsində, baş iki əl arasında olmalıdır. Alını təmiz yerə, yəni daş, torpaq, taxta, palaz üzərinə qoymaq fərz olub, burnu da bərabər qoymağın vacib olduğu bildirilmişdir. Üzrsüz yalnız burnu qoymaq caiz deyildir. Yalnız alnı qoymaq məkruhdur.

İki ayağı və ya heç olmazsa hər birinin birər barmağını yerə qoymaq fərzdir və ya vacibdir. Yəni iki ayaq yerə qoyulmazsa, namaz qəbul olmaz və ya məkruh olar.

Səcdədə ayaq barmaqlarını bükərək uclarını qibləyə çevirmək sünnətdir.

Kişilər qollarını və budlarını qarından ayrı tutar. Əlləri və dizləri yerə qoymaq sünnətdir. Topuqları qiyamda, bir-birindən dörd barmaq eni qədər uzaq, rükuda, qövmədə və səcdədə bitişik tutmaq sünnətdir.

Səcdəyə gedərkən şalvarın balaqlarını yuxarı çəkmək məkruhdur və bunları yuxarı çəkib çirmələyib namaza durmaq məkruhdur. Qolları, ayaqları, ətəkləri çirməli, qıvrıq, qısa olaraq namaz qılmaq məkruhdur. Tənbəlliklə və ya başı örtülü qılmanın əhəmiyyətini düşünməyərək, başı açıq namaz qılmaq məkruhdur. Namaza əhəmiyyət verməmək isə küfrdür. Çirkli paltar ilə və iş paltarı ilə namaz qılmaq da məkruhdur.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail