Hakikat Books
English

Chapter 90 / 136

Namazı pozan şeylər

1. Üzrsüz öskürmək və ya boğazını təmizləmək.

2. Namaz qılan kimsə başqası asqırınca “Yərhamükəllah”, demək.

3. Namazı tək qılan kimsə digər tərəfdə camaat içində imam oxuyarkən yanıldığını eşidib ona xəbər etsə, namazı pozulur. Əgər imam da bu kimsənin xəbərinə tabe olaraq oxuyarsa, imamın da namazı pozulur.

4. Namaz içində “lə ilahə illallah” desə, əgər məqsədi cavab isə, namazı pozulur. Əgər məqsədi bildirmək isə, namazı pozulmaz.

5. Övrət yerini açmaq.

6. Ağrı və ya başqa bir dərd səbəbi ilə ağlamaq. (Cənnət və ya Cəhənnəm zikr olunub, onları düşünüb ondan dolayı ağlayarsa pozulmaz.)

7. Əli və dili ilə salam almaq.

8. Qəzaya qalmış namazların miqdarı beşi keçməmişsə, namazda ikən xatırlayarsa.

9. Namaz içində, elə bir hərəkət etsə ki, onu görən kimsə namaz qılmadığını sansa, namazı pozulur.

10. Namaz içində bir şey yemək və içmək.

11. Namaz içində söz söyləmək.

12. İmamından başqasının səhvini düzəltmək.

13. Namaz içində gülmək.

14. Namaz içində inləmək və ah etmək.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail