Hakikat Books
Türkçe

Bölüm 11 / 73

Əhkami-islamiyyə

Bu bölümde cevaplanan sorular (22)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Əhkami-islamiyyə (İslamiyyət) nədir və neçə qismə ayrılır? taslak Hata bildir
  2. Fərz nə deməkdir? taslak Hata bildir
  3. Fərz neçə növdür (fərzi-daim, müvəqqət, ələl-kifayə)? taslak Hata bildir
  4. Bir fərzin içində olan beş fərz nədir? taslak Hata bildir
  5. Vacib nə deməkdir? taslak Hata bildir
  6. Sünnət nə deməkdir? taslak Hata bildir
  7. Sünnəti-müəkkədə olanlar hansılardır? taslak Hata bildir
  8. Sünnəti-qeyri-müəkkədə olanlar hansılardır? taslak Hata bildir
  9. Hələbi və Quduriyə görə ibadətlər (fəraiz və fəzail) necə ayrılır? taslak Hata bildir
  10. Sünnəti-ələl-kifayə nədir? taslak Hata bildir
  11. Yeməyin əvvəlində Bəsmələ deməməyin üç zərəri nədir? taslak Hata bildir
  12. Yeməyin əvvəlində Bəsmələ deməyin üç faydası nədir? taslak Hata bildir
  13. Yeməyə başlayarkən Bəsmələni unudan şəxs nə etməlidir? taslak Hata bildir
  14. Müstəhəb nə deməkdir? taslak Hata bildir
  15. Mubah nə deməkdir? taslak Hata bildir
  16. Haram nə deməkdir? taslak Hata bildir
  17. Haram neçə növdür (haram li-aynihi və li-ğayrihi)? taslak Hata bildir
  18. Haram li-ğayrihi nədir? taslak Hata bildir
  19. Məkruh nə deməkdir və neçə növdür? taslak Hata bildir
  20. Kərahəti-təhrimiyyə ilə kərahəti-tənzihiyyə arasındakı fərq nədir? taslak Hata bildir
  21. Müfsid nə deməkdir? taslak Hata bildir
  22. Fərzləri, vacibləri və sünnətləri yerinə yetirən, haramdan çəkinən müsəlmana axirətdə nə verilir? taslak Hata bildir

İslam dininin bildirdiyi əmrlərə və qadağalara “Əhkami islamiyyə” və ya “İslamiyyət” deyilir. Əhkami islamiyyə səkkizdir: Fərz, vacib, sünnət, müstəhəb, mübah, haram, məkruh, müfsid.

Fərz, Allahu əzimüşşanın əməl edilməsini ayəti kərimə ilə açıqca və qəti olaraq əmr etdiyi şeylərə deyilir. İnanmayan, əhəmiyyət verməyən kafir olur. İman, Quran, dəstamaz almaq, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək, cünüblükdən qüsl etmək və s. fərzdir.

Fərz üç növdür. Fərzi daim, fərzi müvəqqət, fərzi aləl-kifayə. Fərzi daim “Aməntü billəhi”ni sonuna qədər əzbərləyib, mənasını bilib və inanıb daimi etiqad etməyə deyilir. Fərzi müvəqqət, əməlin vaxtı gəldikdə icra etdiyimiz fərz olan əməllərə deyilir. Beş vaxt namaz qılmaq, Ramazanı şərif ayında oruc tutmaq, sənətinə və ticarətinə lazım olan din və fənn bilgilərini öyrənmək belə fərzlərdəndir. Fərzi aləl-kifayə, müsəlmanlardan bir neçəsinin və ya sadəcə birinin icra etməsi ilə digərlərinin məsuliyyətdən qurtulduğu fərzlərdir. Verilən salamın cavabını söyləmək, cənazə namazı qılmaq, cənazəni yumaq, sərf və nəhv (ərəb dilinin qramatikasının incəliklərini öyrənmək), Qurani-kərimin hamısını əzbərləyib hafiz olmaq, vücuh elmini öyrənmək, cihad etmək, sənətinə və ticarətinə lazım olandan artıq din və fənn bilgilərini öyrənmək belə fərzlərdəndir.

Bir fərz içində beş fərz vardır. Bu fərzlər: elmi fərz, əməli fərz, miqdari fərz, etiqadi fərz, ixlasi fərz, inkari fərzdir. İnkari fərz küfrdür.

Vacib, Allahu əzimüşşanın əmr etdiyi və bu əmri şübhəli olan bir dəlil ilə bəlli olan şeylərə deyilir. Vacib olduğuna inanmayan kafir olmaz. Lakin icra etməyən Cəhənnəm əzabına layiq olar. Məsələn, Vitr namazını və bayram namazını qılmaq, imkanlı olduqda Qurban bayramında qurban kəsmək, Ramazan bayramında fitrə (sədəqəi fitr) vermək, vitr namazında kunut duasını oxumaq, səcdə ayəsi oxunduqda tilavət səcdəsi etmək vacibdir. Vacib içində dörd vacib və bir fərz vardır: elmi vacib, əməli vacib, miqdari vacib, etiqadi vacib, ixlasi fərz. Fərzin və vacibin riyası (göstəriş üçün edilməsi) haramdır.

Sünnət, Rəsulullah (sallallahu əleyhi və səlləm) həzrətlərinin bir və ya iki kərə tərk etdiyi ibadətlərdir. Sünnəti tərk edənə əzab olmaz. Lakin üzrsüz və davamlı tərk edən məzəmmətə və savabından məhrum olmağa layiq olar. Məsələn, azan oxumaq, iqamə gətirmək, camaat ilə namaz qılmaq, dəstəmaz alarkən misvak işlətmək, evləndiyi gecə yemək ikram etmək, uşağını sünnət etdirmək. Sünnət üç növdür: sünnəti müəkkədə, sünnəti qeyri müəkkədə, sünnəti aləl kifayə.

Sünnəti müəkkədə olanlar: Sübh namazının sünnəti, zöhr namazının ilk və son sünnətləri, məğrib namazının sünnəti, İşa namazının son iki rükət sünnəti belədir. Sübh namazının sünnətinə vacib deyən alimlər də vardır. Bu sünnətlər əsla üzrsüz tərk olunmaz. Bəyənməyən kafir olur.

Sünnəti qeyri müəkkədə, ikindi namazının sünnəti və İşa namazının ilk sünnəti belədir. Bunlar çox vaxt tərk edilsə bir şey olmaz. Amma üzrsüz olaraq tamamilə tərk edilsə, məzəmmətə və şəfaətdən məhrum olmağa səbəb olar.

[”Haləbi”də və “Quduri”də deyilir ki, ibadətlər “Fəraiz” və “Fədail” olmaqla iki yerə bölünür. Fərz və vacib olmayan ibadətlərə “Fədail” və ya “Nafilə ibadət” deyilir. Beş vaxt namazın sünnətləri nafilə ibadətdir və fərzlərdəki qüsurları tamamlayır. Yəni qılınan fərzdəki qüsurları tamamlayır. Sünnət namazlar qılınmayan fərz namaz yerinə keçməz. Sünnət qılmaq fərzi tərk edəni Cəhənnəmdən qurtarmaz. Fərzi üzrsüz tərk edənin qıldığı sünnət səhih olmaz. Səhih olan [qüsursuz qılınan] sünnətə niyyət etmək lazımdır. Niyyət edilməzsə, sünnət savabı qazanılmaz. Bunun üçün illərlə namaz qılmayanlar, dörd vaxt namazın sünnətlərini qılarkən, həm o vaxtın ilk qəzaya qalmış fərzini qəza etməyə, həm də o vaxtın sünnətini əda etməyə niyyət etməlidir. Belə niyyət etdikdə həm qəza, həm də sünnət qılmış olur. Sünnəti tərk etmiş olmur.]

Sünnəti aləl-kifayə, beş-on nəfərdən birinin icra etməsi ilə digər müsəlmanları məsuliyyətdən azad edən sünnətlərə deyilir. Salam vermək və itikafa girmək, dinimizə uyğun olan işlərə başlarkən bəsmələ söyləmək belə sünnətlərdəndir.

Əgər bir insan yeməyin əvvəlində Bəsmələi şərifəni söyləməsə, üç zərəri vardır:

1. Şeytan onunla birlikdə təam yeyər.

2. Yediyi təam bədəninə xəstəlik olar.

3. Yeməkdə bərəkət olmaz.

Bəsmələ söyləsə, üç faydası olar:

1. Şeytan yediyinə ortaq olmaz.

2. Təam bədəninə şəfa olar.

3. Təamda bərəkət olar. [Yeməyə başlarkən Bəsmələ unudulsa, xatırlandığı zaman söylənməlidir.]

Müstəhəb, Rəsulullah (sallallahu əleyhi və səlləm) həzrətlərinin ömründə bir-iki dəfə etdiyi şeylərdir. Sünnəti qeyri müəkkədə hökmündədir. Müstəhəbə əməl etməyənə əzab və məzəmmət yoxdur, şəfaətdən məhrum qalmaq da yoxdur. Lakin əməl edənə çox savab verilir. Məsələn, nafilə namaz qılmaq, nafilə oruc tutmaq, nafilə həccə və ümrəyə getmək, nafilə sədəqə vermək və s.

Mübah, əməl edilməsi əmr olunmayan və qadağan da edilməyən şeylərə deyilir. Mübahın yaxşı niyyətlə icra olunmasında savab, pis niyyətlə icra olunmasında əzab vardır. Tərk edilsə günah olmaz. Yatmaq, gəzmək, oturmaq, halal olan müxtəlif yeməklər yemək, ev almaq, halal olmaq şərtiylə müxtəlif cür paltar geymək və s. mübahdır.

Haram, Allahu əzimüşşanın Qurani-kərimdə açıqca qadağan etdiyi, yəni «etməyin» buyurduğu şeylərdir. Harama əhəmiyyət verməyən, inanmayan kafir olur. İnandığı halda haram işləyən kafir olmur, fasiq (günahkar) olur. [İbn Abidin (rahiməhullahu təala) imamlığı anladarkən buyurur ki, “Fasiq imamın arxasında namaz qılmaq olmaz. Fasiq, şərab içmək, zina etmək, faiz yemək kimi böyük günahları işləyənə deyilir. [Kiçik günaha davam etmək də böyük günahdır.] Birdən çox məsciddə Cümə namazı qılınan yerlərdə, fasiq xətibin arxasında Cümə namazı qılmaq olmaz. İmamı saleh olan məsciddə qılmaq lazımdır. Fasiqi xor görmək, təhqir etmək vacibdir. Fasiq çox alim olsa da onu imam etmək olmaz. Onu imam etmək, ona təzim etmək, hörmət göstərmək deməkdir. Fasiqin də, məzhəbsizin də imam olmasına izn vermək hər zaman tahrimən məkruhdur. Haramlardan çəkinməyə “Təqva” deyilir. Halal və ya haram olduğu şübhəli olan şeylərdən çəkinməyə “Vəra” deyilir. Şübhəli bir şey etməmək üçün bir halalı tərk etməyə “Zühd” deyilir. Darülhərbdə (qeyri-müsəlman ölkəsində) imana gələnin, Darülislama (müsəlman ölkəsinə) hicrət etməsi vacibdir”].

Haram iki növdür: Haram li-aynihi və Haram li-qayrihi. Haram li-aynihi, özü haram olub, hər zaman haramdır. Adam öldürmək, zina və livata etmək, şərab və hər növ spirtli içkilər içmək, yalan danışmaq, oğurluq etmək, qumar oynamaq, donuz əti, qan və leş yemək, qadınların, qızların başı, qolu, ayaqları açıq çölə çıxmaları haram olub, böyük günahdır. Bir şəxs bu günahları işləyərkən Bəsmələi-şərifə desə və ya halal olduğuna etiqad etsə, yəni Allahın haram etməsinə əhəmiyyət verməsə, kafir olar. Bunların haram olduğuna inanıb, Allahdan, əzabından qorxaraq işləsə, kafir olmaz. Lakin Cəhənnəm əzabına layiq olar. Əgər israr edib tövbəsiz ölərsə, imansız getməyə səbəb olar.

Haram li-qayrihi, özü haram olmasa da, başqalarının haqlarından dolayı, haram yoldan əldə edildiyi üçün haram olur. Məsələn, bir insanın bağına girib, sahibinin icazəsi olmadan meyvəsini dərib yemək, ev əşyasını və pulunu oğurlayıb xərcləmək və s. Bunları edərkən Bəsmələ söyləyən və ya bunlara halal deyən kafir olmaz. Bir insanda bir arpa ağırlığında haqsız olan mal varsa, qiyamət günü Allahu əzimüşşan o insandan, camaat ilə qılınmış yeddi yüz rükət qəbul olunmuş namazın savabını alıb, haqq sahibinə verəcək. Haramın hər iki növündən çəkinmək, ibadət etməkdən daha savabdır.

Məkruh, Allahu əzimüşşanın və Muhamməd əleyhissəlamın bəyənmədiyi və ibadətlərin savabını yox edən şeylərə deyilir. Məkruh iki növdür: Kərahəti təhrimiyyə və Kərahəti tənzihiyyə.

Kərahəti təhrimiyyə, vacibin tərkidir. Harama yaxın olan məkruhdur. Təhrimən məkruhu qəsdən işləyən asi və günahkar olur, Cəhənnəm əzabına layiq olur. Namazda vacibləri tərk edənin, tahrimən məkruh işləyənin, o namazı iadə etməsi, yəni yenidən qılması vacibdir. Əgər səhvən işlərsə, səcdəi-səhv edər. Namazın iadəsinə ehtiyac qalmaz.

Kərahəti tənzihiyyə, sünnətin tərkidir. Halala yaxındır. Tənzihən məkruh işləyənə əzab verilməz. Lakin israr edərsə, məzəmmətə və savabdan məhrum qalmağa layiq olar. Məsələn, at ətini, pişik və siçan artığını yemək, şərab hazırlayana üzüm satmaq və s.

Müfsid, əməlləri təməlindən yox edən şeyə deyilir. İmanı və namazı, nikahı, həcci, zəkatı, alış və satışı pozmaq kimi.

[Fərzlərə, vaciblərə və sünnətlərə əməl edən və haramdan, məkruhdan çəkinən müsəlmana axirətdə “Əcr”, yəni savab-qarşılıq veriləcək. Haramlara, məkruhlara yol verən və fərzləri, vacibləri tərk edən müsəlmana “Günah” yazılacaq. Haramdan çəkinməyin savabı, fərzə əməl etməyin savabından qat-qat çoxdur. Bir fərzin savabı, bir məkruhdan çəkinmənin savabından çoxdur. Məkruhdan çəkinmənin savabı isə, sünnətin savabından çoxdur. Mübahlar içərisində Allahu təalanın sevdiklərinə “Xeyrat” və “Həsənət” deyilir. Bunlara əməl edənə savab verilsə də, bu savab sünnət savabından azdır. Savab veriləcəyini bilərək əməl etməyə “Qurbət” deyilir.

Allahu təala qullarına çox rəhm etdiyi üçün, rahatlıq və səadət mənbəyi olan dinləri göndərdi. Dinlərin sonuncusu Muhamməd əleyhissəlamın dinidir. Digər dinlər pis insanlar tərəfindən dəyişdirilmişdir. İstər müsəlman olsun, istərsə də kafir, hər hansı bir insan bilərək və ya bilmədən bu dinə uyğun yaşasa, dünyada heç çətinlik çəkməz. Dinclik və sevinc içində yaşayar. Hal hazırda Avropada və Amerikada bu dinə uyğun işləyən kafirlər belədir. Lakin kafirlərə axirətdə heç bir savab və mükafat verilməyəcək. Bu cür işləyən əgər müsəlmandırsa və islamiyyətə uymağa niyyət edərsə, axirətdə də əbədi səadətə qovuşacaqdır.]

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta