Hakikat Books
Türkçe

Bölüm 13 / 73

Namaz bəhsi

Bu bölümde cevaplanan sorular (19)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Namazın fərzləri neçədir və necə ayrılır? taslak Hata bildir
  2. Namazın xaricindəki (şərt olan) yeddi fərz hansılardır? taslak Hata bildir
  3. Hədəsdən təharət necə olur? taslak Hata bildir
  4. Dəstəmaz və qüsl alarkən istinca, istibra və yumaqda nələrə diqqət etmək lazımdır? taslak Hata bildir
  5. Nəcasətdən təharət hansı üç şeylə tamamlanır? taslak Hata bildir
  6. Sətri-övrət necə olur; kişilərin örtməsi lazım olan yerlər haralardır? taslak Hata bildir
  7. “Dürrül-muxtar”a görə namazı təmiz məst və tam ayaqla qılmaq haqqında nə bildirilir? taslak Hata bildir
  8. Azad qadınların namazda örtməsi lazım olan yerlər haralardır? taslak Hata bildir
  9. Cariyə olan qadınların örtməsi lazım olan yerlər haralardır? taslak Hata bildir
  10. İstiqbali-qiblə (qibləyə dönmək) necə tamamlanır? taslak Hata bildir
  11. Namazın sonuna qədər sinəni qiblədən çevirməmək niyə lazımdır? taslak Hata bildir
  12. Namazda Allahu təalanın hüzurunda necə bir halda olmaq lazımdır? taslak Hata bildir
  13. Vaxtın fərzi necə tamamlanır? taslak Hata bildir
  14. Niyyət necə tamamlanır? taslak Hata bildir
  15. İftitah təkbiri necə tamamlanır? taslak Hata bildir
  16. Qiyam necə tamamlanır? taslak Hata bildir
  17. Qiraət necə tamamlanır? taslak Hata bildir
  18. Rüku necə tamamlanır? taslak Hata bildir
  19. Səcdə necə tamamlanır? taslak Hata bildir

Namazın fərzləri on ikidir: yeddisi namaz xaricində, beşi namazın daxilində.

Namaz xaricində olan fərzlər: Hadəsdən təharət, nəcasətdən təharət, sətri övrət, istiqbali qiblə, vaxt, niyyət, iftitah təkbiri. Namaz daxilində olan fərzlər: Qiyam, qiraət, hər rükətdə bir rüku, iki səcdə, qadəi axirədə təşəhhüd miqdarı oturmaq. Namazın içindəki fərzlərə “Rükn” deyilir. Səcdədə alnı və ayaq barmaqlarını yerə qoymaq fərzdir.

Hadəsdən təharət, dəstəmaz yoxdursa, dəstəmaz almaq, cünub olduqda qüsl almaq, dəstəmaz və qüsl lazım olduqda su tapılmazsa, təyəmmüm etməyə deyilir. Hadəsdən təharət üç şeylə tamamlanır:

İstincaya (təharətlənmək) və istibraya (sidiyin tamamını çıxartmaq) diqqət etmək, yuma və başa məsh etmə zamanı fərz olan yerlərdə islanmamış yer qoymamaq.

Nəcasətdən təharət üç şeylə tamamlanır: 1) Namaz qılarkən geydiyi paltarını nəcasətdən təmizləmək, 2) Namaz qılarkən bədənini pak etmək, 3) Namaz qıldığı yeri pak etmək. [Spirtli mayələr üçün əlli dörd fərzin sonuna baxın.]

Sətri övrət üç şeylə tamamlanır: 1) Hənəfi məzhəbində kişilərin göbəklərinin altından dizləri altına qədər olan əzalarını örtməsi. Kişilərin namazda ayaqlarını örtməsinin sünnət olduğu “Səadəti Əbədiyyə” kitabında yazılmışdır. {“Dürr-ül-muxtar”da namazın məkruhlarının sonunda deyilir ki: “Namazı, ayaqları təmiz məst və ayaqqabı ilə örtülü olaraq qılmaq, ayaqyalın qılmaqdan qat-qat əfzəldir. Hədisi-şərifdə örtülü ayaqla qılmaq əmr edilmişdir.” [Ayaqqabı və məst çirkli olarsa, ayaqları təmiz corabla örtmək sünnət olur. Namazın vacibini, sünnətini tərk etmək məkruh olur. Məkruh olan namaz səhih olsa da, savabı olmaz. Məsciddə ayaqqabı və bənzərlərini arxada qoymağın məkruh olduğu “Bəriqa”da və “İbn Abidin”də, namazın məkruhlarının və həcdə şeytan daşlamanın sonlarında yazılmışdır.]} 2) Azad qadınların üz, əl və bir rəvayətə görə ayaqlarından başqa bütün bədənlərini örtmələri. 3) Cariyə olan qadınların arxalarını və sinələrindən dizlərinin altına kimi olan əzalarını örtmələri. [Başı, qolları, ayaqları açıq gəzən və ya dar, incə şeylə örtünən qadınlar və bunlara baxan kişilər haram işləmiş olurlar. Haram olduğuna əhəmiyyət verməyən imansız olur, mürtəd olur.]

İstiqbali qiblə üç şeylə tamamlanır: 1) Qibləyə dönmək, 2) Namazın sonuna qədər sinəsini qiblədən çevirməmək, 3) Allahu əzimüşşanın divanı-mənəvisində zəlil olmaq.

Vaxt üç şeylə tamamlanır: 1) Namazın əvvəl vaxtını bilmək, 2) Namazın axır vaxtını bilmək, 3) Namazı məkruh vaxta saxlamamaq.

Niyyət, qıldığı namazın fərz, vacib, sünnət və ya müstəhəb olduğunu bilməklə və qəlbindən keçirməklə, dünya işlərini qəlbindən çıxarmaqla tamamlanır. Vitr namazını qılmaq İmamı-əzəmə görə vacib, iki imama görə, maliki və şafi məzhəblərinə görə sünnətdir. [Maliki məzhəbini təqlid edənin, çətinlik olduğu zaman vitr namazını tərk etməsi caizdir.]

İftitah təkbiri, kişilərin əllərini qulağına qaldırması, qəlbən oyanıq və hazır olması ilə tamamlanır.

Qiyam üç şeylə tamamlanır: 1) Qibləyə qarşı ayaq üstə durmaq, 2) Səcdə yerinə baxmaq, 3) Qiyamda olarkən iki tərəfə yellənməməklə.

Qiraət üç şeylə tamamlanır: 1) Ucadan oxunarsa, eşidiləcək qədər səslə oxumaqla, gizli oxunarsa, özü eşidəcək qədər hərfləri düzgün olaraq oxumaqla, 2) Qurani-kərimin mənasını düşünməklə, 3) Təcvidə uyğun oxumaq. [Namaza qalxarkən söylənən təkbiri, namaz içində oxunan hər şeyi və azanı ərəbcə oxumaq lazımdır. Bunların ərəbcəsini, dinini bilən və məzhəbinin elmihal kitabına uyan hafizdən öyrənmək lazımdır. Latın hərfləri ilə yazılmış Qurani-kərim doğru oxuna bilməz. Qüsurlu və səhv olar. Qurani-kərim təfsiri (açıqlama) oluna bilər, lakin tərcümə oluna bilməz. Dinsizlərin, məzhəbsizlərin türkcə Quran dedikləri kitablar doğru deyil, səhv və pozulmuşdur. Hər müsəlman Qurani-kərim kursuna gedib islam hərflərini öyrənərək, Qurani-kərimi və duaları doğru oxumalıdır. Bu cür doğru oxunaraq qılınan namaz qəbul olar. “Tərqib-üs-salat”da deyilir ki, “Bir şəxsin namazda oxuduğu, doqquz alimə görə səhv olsa, bir alimə görə doğru olsa, onun namazı fasid oldu deməmək lazımdır.”]

Rüku üç şeylə tamamlanır: 1) Rükuda qibləyə qarşı tam əyilmək, 2) Bel ilə başı bərabər tutmaq, 3) Tumaninət üzrə [qəlbən əmin olmaq] durmaqla.

Səcdə üç şeylə tamamlanır: 1) Səcdəyə sünnətə uyğun getmək, 2) Alınla burnu bərabər səviyyədə qibləyə qarşı yerə qoymaq, 3) Tumaninət üzrə olmaqla. [Sağlam bir şəxsin 25 santimetrə qədər yüksəyə səcdə etməsi caiz olsa da, məkruhdur. Çünki Peyğəmbərimiz və Əshabı-kiramdan heç biri yüksək yerə səcdə etməyib. Daha yüksəyə səcdə edilərsə, namaz pozular].

Qadəi axirə, yəni son oturuş üç şeylə tamamlanır: 1) Kişilər, sağ ayağını dik qoyub, sol ayağı üstünə oturmaqla, qadınlar, təvərrük edərək, yəni ombalarını yerə qoyub, ayaqlarını sağ tərəfindən çıxarmaqla, 2) Təhiyyəti təzimlə (hörmətlə) oxumaqla, 3) Son oturuşda salavat və dualar oxumaqla. Namazdan sonra oxunacaq dualar “Namazın ədəbi” bəhsində yazılmışdır.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta