Hakikat Books
Türkçe

Bölüm 72 / 73

Mızraqlı elmihalım

Cəmiyyətin hər təbəqəsində həmişə eyni iman, ibadət və əxlaq hökmləri hakim olardı. Hər kəs bir-birinə kömək edərdi. Hətta Bosniyadan çıxıb Məkkəyə həccə gedən bir müsəlman yolüstü dayandığı yerlərdə pul ödəmədən yeyər, içər və yatardı. Osmanlı ölkəsinin insanları həmişə bir-birinə nəsihət edər, öyüd verərdi. Yaxşılığa təşviq edər və pislikdən bir-birini çəkindirərdilər. Qısası, Osmanlıda müsəlman olan xalq gündəlik həyatını “Elmihal” kitablarında yazılan bilgilərə görə qurardı. Hətta müsəlman olmayan vətəndaşlar da bu həyat tərzinə görə hərəkət etməyə çalışardı. Beləcə, yetmiş iki millətdən və müxtəlif dinlərdən ibarət olan Osmanlı xalqının yaşayışı bir “Elmihal Mədəniyyəti” meydana gətirmişdi.

Bu həssaslıq və tətbiq Rəbbinə qovuşmaq üçün könül yolçuluğuna çıxmış Osmanlı müsəlmanlarını İslamiyyətin zirvəsi olan təsəvvüf tərbiyəsinə çatdırmışdı. Dağdakı çoban da, zirvəyə çatmış olan da gündəlik hadisələr qarşısında həmişə eyni cür davranar, səbəblərə yapışar və “Bunda da bir xeyir vardır”, “Haqq şərləri xeyir eylər...” deyər, qəlb qırmağı ən böyük təqsir və günah bilərdilər.

İslamın təməl bilgiləri atalar sözləri və xalq deyimləri şəklində zehinlərə yerləşmişdi: “Edən tapar... Edən özünə edər...” kimi neçə-neçə dərin mənalı sözlər həmişə belə bir mədəniyyətin məhsulu idi.

Bax, bu “Elmihal Mədəniyyəti”ndən “sədəqə daşları”, “zimmət (alacaq) dəftərlərinin cırılması” və “qışda ac qalan qurdlar və yaralı quşlar üçün vəqf qurulması” kimi gözəlliklər doğmuşdu.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)ItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta