Hakikat Books
Türkçe

Bölüm 33 / 56

Müdahənə və müdara

Bu bölümde cevaplanan sorular (1)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Otuzuncu pis xasiyyət olan müdahənə nədir? taslak Hata bildir

30 – Qüdrəti olduğu, gücü çatdığı halda haram işləyənə mane olmamağa müdahənə deyilir. Haramı işləyənə və ya yanında olanlara olan hörməti, yaxud dinə olan bağlılığının zəifliyi müdahənəyə səbəb olur. Fitnə olmadığı, yəni dininə, dünyasına və ya başqalarına zərər olmadığı zaman haram və məkruh işləyənə mane olmaq lazımdır. Mane olmamaq, susmaq haram olar. Müdahənə etmək haram işləməyə razı olmağı göstərir. Susmaq çox yerdə yaxşıdır. Lakin haqqı, xeyri söyləyəcək yerdə susmaq olmaz. Ya Rəsulallah! Keçmiş ümmətlərdən bir qisminə zəlzələ ilə əzab edildi. Torpaq altında qaldılar. Bunların arasında salehlər [yaxşı insanlar] da vardı, deyildikdə, “Bəli, salehlər də birlikdə həlak oldular. Çünki Allaha üsyan olunarkən susmuşdular. Onlardan ayrılmamışdılar” buyuruldu. Hədisi-şərifdə, “Ümmətimdən bir qismi qəbirlərindən meymun və donuz şəklində qalxacaqlar. Bunlar Allahu təalaya üsyan edənlərin arasına qarışanlar, onlarla bərabər yeyib içənlərdir” və “Allahu təala bir alimə elm lütf etdikdə, Peyğəmbərlərdən aldığı kimi bundan da misaq alar” buyuruldu. Elmini lazım olduğu zaman söyləməkdən çəkinməyəcəyinə söz verər. “Bir kimsə, Allahu təalanın lütf etdiyi elmi, lazım olduğu zaman söyləməzsə, qiyamət günü boynuna alovdan boyunduruq taxılacaqdır” hədisi-şərifi və Bəqərə surəsinin, “Özlərinə elm və hidayət verdiyimiz kimsələr, elmlərini insanlardan saxlayarlarsa, Allahın və lənət edənlərin lənətləri bunların üzərinə olsun!” məalindəki yüz əlli doqquzuncu ayəti-kəriməsi müdahənə etməyin haram olduğunu göstərir. Müdahənənin əksi, qarşılığı, “Qeyrət” və səlabətdir. Maidə surəsində əlli dördüncü ayəti-kəriməsində məalən, “Allah yolunda cihad edərlər, pislənilməkdən qorxmazlar” buyuruldu. Dində qeyrət və səlabəti olanların malları ilə, canları ilə, sözləri ilə və qələmləri ilə Allah rızası üçün cihad etmələrinin lazım olduğu bu ayəti-kərimədə bildirilmişdir. Hədisi-şərifdə “Çox acı olsa da haqqı söyləyin!” buyuruldu. Bir zahid Əməvi xəlifələrinin dördüncüsü Mərvanın yanında çalğı çalanları gördükdə, çalğı alətlərini qırdı. Mərvan, bunun aslanların arasına atılmasını əmr etdi. Aslanların yanında dərhal namaza durdu. Aslanlar onu yalamağa başladılar. Onu aslanların yanından alıb xəlifəyə gətirdilər. “Aslanlardan qorxmadınmı?” dedi. “Xeyr, onlardan qorxmaq yadıma düşmədi. Bütün gecəni düşüncəli keçirdim”, dedi. “Nə düşündün?” dedi. “Aslanlar məni yalayanda, tüpürcəkləri nəcisdirmi? Allahu təala namazımı qəbul etdimi, etmədimi deyə düşündüm1” dedi.

Özünə və başqalarına zərər gəlməsi qorxusu səbəbiylə yaxşılığı əmr etmək və haramdan çəkindirmək mümkün olmasa, belə fitnəyə mane olmaq üçün susmağa, “Müdara” etmək deyilir. Qəlbi haramdan çəkindirmək istədiyi halda müdara etmək caizdir. Hətta, sədəqə savabı hasil olar. Müdara edəndə şirin dilli və gülər üzlü olmaq lazımdır. Tələbəyə dərs verərkən müdara edilir. İmam-Qəzali (rahiməhullahu təala) buyurdu ki, “İnsanlar, üç qisimdir: bir qismi qida kimidir. Hər kəsə hər zaman lazımdır. İkinci qismi dərman kimidirlər, ehtiyac zamanında lazım olar. Üçüncü qismi xəstəlik kimidir. Bunlara ehtiyac olmaz. Lakin özləri insanlara müsəllət olar, bulaşarlar. Bunlardan xilas olmaq üçün müdara etmək lazımdır.” Müdara caizdir. Bəzən də müstəhəb olar. Evində xanımına müdara etməyən kimsənin rahatlığı, hüzuru qalmaz. Rəsulullaha (sallallahu təala əleyhi və səlləm) bir qonaq gəldi, “İçəri alın! O pis bir insandır” buyurdu. İçəri girəndə onunla şirin və şən danışdı. Gedəndə mülayim danışmasının səbəbi soruşulduqda, “Qiyamətdə ən pis yerdə olan kimsə, dünyada zərərindən qorunmaq üçün ikram olunandır” buyurdu. Hədisi-şərifdə “Sıxılmadan açıq haram işləyən kimsəni qeybət etmək caiz olduğu kimi, şərlərindən qorunmaq üçün bunlara müdara etmək də caizdir. Lakin müdara, müdahənə şəklini almamalıdır” buyuruldu. Müdara, dini və dünyasını zərərdən qurtarmaq üçün dünya mənfəətindən verməkdir. Müdahənə, dünya ələ keçirmək üçün dindən verməkdir. Zalıma müdara edərkən özü və zülmləri mədh olunmaz.

Dipnotlar

  1. Mərvan ibn Hakəm 65-ci (m. 683) ildə öldürüldü. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)English

Paylaş

WhatsApp Telegram X Facebook E-posta