İslamiyyəti bildirən kitablar çoxdur. Bunlardan ən qiymətlisi İmam Rabbaninin üç cild “Məktubat” kitabıdır. Bundan sonra Muhamməd Məsumun üç cild “Məktubat” kitabıdır. Muhamməd Məsum həzrətləri Məktubatın üçüncü cildinin 16-cı məktubunda buyurur ki, “İman - kəlimeyi-tövhidin La ilahə illallah və Muhammədun rəsulullah iki qisminə birlikdə inanmaqdır”. Yəni, müsəlman olmaq üçün Muhamməd əleyhissəlamın Peyğəmbər olduğuna da inanmaq lazımdır. Yəni Muhamməd əleyhissəlam Allahın Peyğəmbəridir, Allahu təala Cəbrayıl adlı mələklə ona “Qurani-kərim” göndərmişdir. Bu Qurani-kərim Allah kəlamıdır. Muhamməd əleyhissəlamın öz düşüncələri və fəlsəfəçilərin, tarixçilərin sözləri deyildir. Muhamməd əleyhissəlam Qurani-kərimi təfsir etmişdir, yəni açıqlamışdır. Bu açıqlamalara “Hədisi-şərif” deyilir. İslamiyyət “Qurani-kərim”lə “Hədisi-şərif”lərdir. Dünyanın hər yerindəki milyonlarla islam kitabı “Qurani-kərim” və “Hədisi-şərif”lərin açıqlamalarıdır. Muhamməd əleyhissəlamdan gəlməyən bir söz, islam kitabı ola bilməz. İman və islam - “Qurani-kərim” və “Hədisi-şərif”lərə inanmaq deməkdir. Onun bildirdiklərinə inanmayan, Allah kəlamına inanmamış sayılır. Muhamməd əleyhissəlam Allahu təalanın bildirdiklərini Əshabına bildirdi, onlar da tələbələrinə bildirdilər. Tələbələri də kitablarına yazdılar. Bu kitabları yazan alimlərə “Əhli-sünnət alimi” deyilir. Əhli-sünnət kitablarına inanan, Allah kəlamına inanmış müsəlman deməkdir. Əlhamdülillah, biz dinimizi Əhli-sünnət alimlərinin kitablarından öyrənirik, dində reformçuların, masonların və zındıqların uydurma kitablarından öyrənmirik.
Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Ümmətimin arasında fitnə, fəsad yayıldığı zaman sünnətimə sarılana yüz şəhid savabı vardır”. Sünnətə sarılmaq, Əhli-sünnət alimlərinin kitablarını öyrənməklə və onlara tabe olmaqla olur. Müsəlmanların dörd məzhəbindən hər hansı birinin alimləri “Əhli-sünnət alimləri”dir. Əhli-sünnət alimlərinin rəisi İmam Əzəm Əbu Hənifə Numan ibn Sabitdir. İngilislər əsrlər boyu çalışaraq bir müsəlmanı da xristian edə bilmədilər. Buna nail olmaq üçün yeni bir yol axtardılar, masonluğu qurdular. Masonlar islamiyyətə, yəni Əhli-sünnət alimlərinin bildirdiyi elmlərə, yəni Muhamməd əleyhissəlamın sözlərinə və bütün dinlərə, öldükdən sonra təkrar dirilməyə, Cənnətin, Cəhənnəmin var olduğuna inanmırlar.