Hakikat Books
Türkçe

Bölüm 8 / 136

Sifati-zatiyyə (zati sifətlər)

Bu bölümde cevaplanan sorular (2)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Sifəti-zatiyyə hansılardır (vücud, qidəm və s.)? taslak Hata bildir
  2. Sifəti-sübutiyyə hansılardır (həyat, elm və s.)? taslak Hata bildir

1. Vücud (Varlıq): Allahu təala vardır. Varlığı əzəlidir. Vacib-ül vücuddur, yəni varlığı lazımdır.

2. Qıdəm (Əzəli): Allahu təalanın varlığının əvvəli yoxdur.

3. Bəqa (Əbədi): Allahu təalanın varlığının sonu yoxdur. Heç yox olmaz. Ortağı olmaq mümkünsüz olduğu kimi, zatı və sifətləri üçün də yoxluq mümkünsüzdür.

4. Vahdaniyyət (Birlik): Allahu təalanın zatında, sifətlərində, işlərində ortağı, bənzəri yoxdur.

5. Muhaləfətün-lilhavadis (Misilsiz): Allahu təala zatında və sifətlərində heç bir məxluqun zat və sifətlərinə bənzəmir.

6. Qiyam bi-nəfsihi (Möhtacsız): Allahu təala zatı ilə qaimdir. Məkana möhtac deyildir. Maddə və məkan yox ikən, O var idi. Çünki hər ehtiyacdan münəzzəhdir. Bu kainatı yoxluqdan varlığa gətirmədən əvvəl zatı necə idisə, sonsuz olaraq həmişə elədir.

SİFATİ-SÜBUTİYYƏ (Sübuti sifətlər)

1. Həyat: Allahu təala diridir. Həyatı məxluqların həyatına bənzəməyib, zatına layiq və məxsus olan bir həyat ilə əzəli və əbədidir.

2. Elm: Allahu təala hər şeyi bilir. Bilməsi məxluqatın bilməsi kimi deyildir. Qaranlıq gecədə qarışqanın qara daş üzərində yeridiyini görür və bilir. İnsanların qəlbindən keçən düşüncələrini, niyyətlərini bilir. Bilməsində dəyişiklik olmaz. Əzəli və əbədidir.

3. Səm: (Eşitmə) Allahu təala eşidir. Vasitəsiz və cəhətsiz eşidir. Eşitməsi qulların eşitməsinə bənzəməz. Bu sifəti də başqa sifətləri kimi əzəli və əbədidir.

4. Basar: (Görmə) Allahu təala görür. Alətsiz və şərtsiz görür. Görməsi göz ilə deyildir.

5. İradət: Allahu təalanın istəməsi vardır. İstədiyini yaradır. Hər şey Onun istəməsilə var olur. İradəsinə mane ola bilən heç bir qüvvət yoxdur.

6. Qüdrət: Allahu təala hər şeyə gücü çatandır. Heç bir şey ona çətin gəlməz.

7. Kəlam: Allahu təala söyləyicidir. Söyləməsi alət, hərflər, səslər və dil ilə deyildir.

8. Təkvin (Yaratmaq): Allahu təala yaradandır. Ondan başqa yaradan yoxdur. Hər şeyi O yaradır. Allahu təaladan başqasına yaradan deməmək lazımdır.

Allahu təalanın sifətlərinin həqiqətlərini anlamaq da mümkünsüzdür. Heç bir kimsə və heç bir şey Allahu təalanın sifətlərinə ortaq və bənzər ola bilməz.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta