Hakikat Books
Türkçe

Bölüm 105 / 136

Ölümə hazırlıq

Bu bölümde cevaplanan sorular (5)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Ölümü xatırlamaq niyə ən böyük nəsihətdir? taslak Hata bildir
  2. Uzun arzu nədir və hansı məqsədlə çox yaşamaq istəmək caizdir? taslak Hata bildir
  3. Uzun arzu sahibinin halı necədir? taslak Hata bildir
  4. Ölümü xatırlamaq haqqında hansı hədisi-şəriflər vardır? taslak Hata bildir
  5. Uzun arzunun səbəbləri hansılardır? taslak Hata bildir

Ölümü xatırlamaq ən böyük nəsihətdir. Hər iman sahibinin ölümü çox xatırlaması sünnətdir. Ölümü çox xatırlamaq əmrlərə sarılmağa və günahlardan çəkinməyə səbəb olar. Haram işləməyə cəsarəti azalır. Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Ləzzətləri yıxan, əyləncələrə son verən ölümü çox xatırlayın!”. Din böyüklərindən bəzisi hər gün bir dəfə xatırlamağı adət etmişdi. Övliyanın böyüklərindən Muhamməd Bəhaəddini Buxari (quddisə sirruh) hər gün 20 dəfə özünü ölmüş, məzara qoyulmuş düşünürdü.

Uzun əməl, çox yaşamağı istəməkdir. İbadət etmək, dinə xidmət etmək üçün çox yaşamağı istəmək uzun əməl deyildir. Uzun əməl sahibləri ibadətləri vaxtında edə bilməzlər. Tövbə etməyi tərk edərlər. Qəlbləri sərtləşər. Ölümü xatırlamazlar. Öyüd və nəsihətlərdən ibrət almazlar.

Uzun əməl sahibi həmişə dünya malına və mövqeyinə qovuşmaq üçün ömrünü sərf edər. Axirəti unudur. Yalnız zövq və səfasını düşünür. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ölmədən əvvəl ölün. Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!”

“Ölümdən sonra olacaq şeyləri, sizin bildiyiniz kimi, heyvanlar da bilsələrdi, yemək üçün kök heyvan tapa bilməzdiniz”.

“Gecə-gündüz ölümü xatırlayan kimsə qiyamət günü şəhidlər yanında olacaqdır”.

Uzun əməlin səbəbləri: dünya zövqlərinə düşkün olmaq, ölümü unutmaq və səhhətinə, gəncliyinə aldanmaqdır. Uzun əməl xəstəliyindən qurtulmaq üçün bu səbəbləri yox etmək lazımdır. Ölümün hər an gələ biləcəyini düşünməlidir. Uzun əməl sahibi olmağın zərərlərini və ölümü xatırlamağın faydalarını öyrənməlidir. Hədisi-şərifdə buyuruldu ki:

“Ölümü çox xatırlayın. Onu xatırlamaq insanı günah işləməkdən qoruyar və axirətdə zərərli olan şeylərdən çəkinməyə səbəb olar”.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta