Hakikat Books
Türkçe

Bölüm 11 / 136

Dördüncü şərt: Peyğəmbərlərə inanmaq

Bu bölümde cevaplanan sorular (20)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. “Və rusulihi” nə deməkdir; Peyğəmbərlər necə şəxslərdir? taslak Hata bildir
  2. Peyğəmbərlərdə olması vacib olan sifətlər (ismət və s.) hansılardır? taslak Hata bildir
  3. Rəsul və nəbi nə deməkdir? taslak Hata bildir
  4. Peyğəmbərlik çalışmaqla əldə edilərmi? taslak Hata bildir
  5. Qurani-kərimdə adı bildirilən Peyğəmbərlər neçədir; Zülqərneyn və başqaları Peyğəmbərdirmi? taslak Hata bildir
  6. Muhamməd əleyhissəlamın nəsəbi və Peyğəmbərliyi necədir? taslak Hata bildir
  7. Muhamməd əleyhissəlamın mübarək siması və gözəlliyi necə idi? taslak Hata bildir
  8. Muhamməd əleyhissəlam gəncliyində nə ilə məşğul olmuşdur? taslak Hata bildir
  9. Muhamməd əleyhissəlama Qurani-kərim necə nazil olmuşdur? taslak Hata bildir
  10. Muhamməd əleyhissəlamın sözlərinə inanan və inanmayanın halı necədir? taslak Hata bildir
  11. Rəsulullahın üstün sifətləri (elm, comərdlik və s.) necə idi? taslak Hata bildir
  12. Muhamməd əleyhissəlamın gözəl əxlaqını öyrənmək niyə lazımdır? taslak Hata bildir
  13. Əshabı-kiram kimlərdir və dərəcəsi nədir? taslak Hata bildir
  14. Əşərəyi-mübəşşərə kimlərdir? taslak Hata bildir
  15. Əshabı-kiramın hamısı haqqında necə etiqad edilməlidir? taslak Hata bildir
  16. Rəsulullahı sevən şəxs Əshabının hamısını da sevməlidirmi? taslak Hata bildir
  17. Etiqadda doğru olan yeganə yol hansıdır və əməldə dörd məzhəb kimlərdir? taslak Hata bildir
  18. Bu gün dörd imamdan birinə tabe olmayan şəxsin halı necədir? taslak Hata bildir
  19. Etiqadda (iman bilgilərində) müsəlmanların tabe olduğu iki imam kimlərdir? taslak Hata bildir
  20. Bu iki imam (Maturidi və Əşari) eyni imanımı bildirmişlər? taslak Hata bildir

Və rüsulihi: Allahu təalanın peyğəmbərlərinə inandım deməkdir. Peyğəmbərlər Allahu təalanın bəyəndiyi yola qovuşdurmaq, doğru yolu göstərmək üçün seçilmişlər. Bütün peyğəmbərlər həmişə eyni imanı söyləmişlər. Peyğəmbərlərdə (əleyhimussəlam) yeddi sifətin olmasına inanmaq lazımdır. Bunlar aşağıdakılardır:

1. İsmət: Günah işləməmək. Peyğəmbərlər hər hansı bir dində haram olmuş və olacaq kiçik və böyük heç bir günah işləməzlər.

2. Əmanət: Peyğəmbərlər hər baxımdan etibarlı kimsələrdir. Əsla əmanətə xəyanət etməzlər.

3. Sıdq: Peyğəmbərlər sözlərində, işlərində və hər cür davranışlarında doğru, dürüst insanlardır. Əsla yalan danışmazlar.

4. Fətanət: Peyğəmbərlər çox ağıllı və anlayışlı insanlardır. Korluq, karlıq kimi qüsurları olan kimsələrdən və qadınlardan peyğəmbər gəlməmişdir.

5. Təbliğ: Peyğəmbərlər insanlara bildirib açıqladıqlarının hamısını Allahu təaladan gələn vəhy ilə öyrənmişlər. Bildirdikləri əmr və qadağaların heç biri öz fikirləri deyildir. Əmr olunanların hamısını bildirmişlər.

6. Ədalət: Peyğəmbərlər heç zülm və haqsızlıq etməzlər. Heç kəsin xətrinə görə ədalətdən ayrılmazlar.

7. Əmnül-azl: Peyğəmbərlikdən atılmazlar. Dünyada və axirətdə həmişə Peyğəmbərdirlər.

Yeni din və Əhkam gətirən Peyğəmbərlərə Rəsul deyilir. Yeni bir din gətirməyib, insanları əvvəlki dinə dəvət edən Peyğəmbərlərə Nəbi deyilir. Peyğəmbərlərə iman etmək, aralarında heç bir fərq görməyərək hamısının Allahu təala tərəfindən seçilmiş sadiq, doğru sözlü olduqlarına inanmaq deməkdir. Onlardan birinə inanmayan, heç birinə inanmamış sayılır.

Peyğəmbərlik çalışmaqla, çox ibadət etməklə, aclıq və ələm çəkməklə əldə edilməz. Yalnız Allahu təalanın ehsanı, seçməsi ilə olar. Sayları müəyyən deyildir. Yüz iyirmi dörd mindən çox olduqları məşhurdur. Bunlardan üç yüz on üç və ya üç yüz on beşi Rəsuldur. Bunlardan altısı daha yüksəkdir. Bunlara Ülül-azm Peyğəmbərlər deyilir. Bunlar: Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafa əleyhimussəlamdır. Peyğəmbərlərin otuz üçünün adları məşhurdur. Bunlar: Adəm, İdris, Şit, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmail, İshaq, Yaqub, Yusif, Əyyub, Şuayb, Musa, Harun, Xızır, Yuşa ibn Nun, İlyas, Əlyəsa, Zülkifl, Şəmun, İşmoil, Yunus ibn Məta, Davud, Süleyman, Loğman, Zəkəriyya, Yəhya, Üzeyir, İsa ibn Məryəm, Zülkarneyn və Muhamməd “aləyhi və əleyhimussalatu vəssəlam”dır. Bunlardan yalnız iyirmi səkkizinin adı Qurani-Kərimdə bildirilmişdir. Zülkarneyn, Loğman, Üzeyir və Xızırın, Peyğəmbər olub olmadıqlarında ixtilaf vardır. Muhamməd Masum həzrətləri 2-ci cild, 36-cı məktubda, Xızır əleyhissəlamın Peyğəmbər olduğunu bildirən xəbərin qüvvətli olduğunu yazmaqdadır. 182-ci məktubda, Xızır əleyhissəlamın insan şəklində görülməsi və bəzi işlər etməsi, Onun həyatda olduğunu göstərməz. Allahu təala, Onun və bir çox Peyğəmbərlərin və vəlilərin ruhlarının insan şəklində görülməsinə icazə vermişdir. Onları görmək həyatda olduqlarını göstərməz demişdir.

PEYĞƏMBƏRİMİZ MUHAMMƏD ƏLEYHİSSƏLAM

Allahu təalanın Rəsuludur, Həbibidir (sevgili). Peyğəmbərlərin ən üstünü və sonuncusudur. Atası Abdullahdır. Miladın beş yüz yetmiş birinci [571] ili aprel ayının iyirmisinə təsadüf edən, Rəbiül-əvvəl ayının on ikinci bazar ertəsi gecəsi, səhərə yaxın, Məkkədə təvəllüd etdi. Atası daha əvvəl vəfat etmişdi. Altı yaşında ikən anası, səkkiz yaşında ikən babası öldü. Sonra əmisi Əbu Talibin yanında böyüdü. İyirmi beş yaşında ikən Xədicə-tül-kübra ilə evləndi. Bundan dörd qızı, iki oğlu oldu. İlk oğlunun adı Qasım idi. Buna görə Ona “Əbül-Qasım” (Qasımın atası) da deyilir. Qırx yaşında ikən bütün insanlara və cinlərə Peyğəmbər olduğu bildirildi. Üç il sonra hər kəsi imana çağırmağa başladı. Əlli iki yaşında ikən bir gecə Məkkədən Qüdsə və oradan göylərə aparılıb gətirildi. Bu səfərinə “Mirac” deyilir. Miracda Cənnətləri, Cəhənnəmləri və Allahu təalanı gördü. Beş vaxt namaz bu gecə fərz oldu. Tarixçilərə görə miladın 622-ci ilində, Allahu təalanın əmri ilə Məkkədən Mədinəyə getdi. Bu səfərinə “Hicrət” deyilir. Mədinə şəhərinin Quba kəndinə gəldiyi Rəbiüləvvəl ayının səkkizinci bazar ertəsi gününə təsadüf edən sentyabr ayının iyirminci günü müsəlmanların “Hicri şəmsi” tarix başlanğıcı oldu. Müsəlmanların “Hicri qəməri” illəri də o ilin Məhərrəm ayından başlayar və göydəki ayın dünya ətrafında on iki dəfə dönməsi ilə bir qəməri il olar. Hicri 11 (m. 632) ildə, Rəbiüləvvəl ayının on ikinci bazar ertəsi günü, günortadan əvvəl vəfat etdi. Çərşənbə axşamını çərşənbəyə bağlayan gecə (Çərşənbə gecəsi) yarısı, vəfat etdiyi otaqda dəfn edildi. Vəfat etdiyi zaman qəməri 63, şəmsi ilə görə 61 yaşında idi.

Muhamməd əleyhissəlam ağbəniz idi. Bütün insanların ən gözəli idi. Gözəlliyini hər kəsə bildirməzdi. Onun gözəlliyini bir dəfə görən, hətta yuxuda görən kimsənin ömrü ləzzət və sevinc ilə keçər. O, hər zamanda, dünyanın hər yerində olan və gələcək olan hər insandan hər baxımdan üstündür. Ağlı, fikri, gözəl xasiyyətləri, bütün orqanlarının qüvvəti hər insandan üstün idi. Uşaq ikən iki dəfə ticarət edənlərlə Şam tərəfə getdi və Busra deyilən yerdən geri döndülər. Başqa heç bir zaman heç bir yerə getmədi. Ümmi idi. Yəni heç məktəbə getmədi, heç kimdən dərs almadı. Lakin hər şeyi bilirdi. Yəni hər nəyi düşünsə, hər nəyi bilmək istəsə, Allahu təala Ona bildirirdi. Cəbrail əleyhissəlam adlı mələk gəlib Ona hər istədiyini söyləyirdi. Mübarək qəlbi günəş kimi nur saçırdı. Onun saçdığı elm, mərifət nurları radio dalğaları kimi yerlərə, göylərə, hər yerə saçılırdı. İndi qəbrindən də yaymaqdadır. Yayma qüvvəti hər an artmaqdadır. Elektromaqnit dalğaları almaq üçün radio lazım olduğu kimi, Onun nurlarını almaq üçün də, Ona inanan və sevən, göstərdiyi yolda gedərək təmizlənən qəlb lazımdır. Belə qəlbi olan insan, bu nurları alar və bu da ətrafa nəşr edər, yayar. Belə böyük insanlara “Vəli” (övliya) deyilir. Bu Vəlini tanıyan, inanan və sevən adam onun qarşısında ədəblə oturarsa və ya uzaqda, onu ədəb ilə, sevgi ilə düşünərsə, bu kimsənin də qəlbi, nur, feyz almağa, təmizlənməyə, yetkinləşməyə başlayar. Allahu təala bədənimizi, maddəmizi yetişdirmək üçün günəş enerjisini səbəb qıldığı kimi ruhlarımızı, qəlblərimizi yetkinləşdirmək, insanlıqda yüksəltmək üçün də Muhamməd əleyhissəlamın qəlbini, oradan yayılan nurları səbəb qılmışdır. İnsanı bəsləyən, quruluşunu və enerjisini təmin edən bütün qida maddələri, günəş enerjisi, assimilyasiya etmə ilə hasil olduqları kimi qəlbə, ruha qida olan Övliyanın söhbətləri, sözləri, yazıları da həmişə Rəsulullahın mübarək qəlbindən yayılan nurlarla hasil olmuşdur.

Allahu təala, Cəbrail əleyhissəlam adında bir mələk ilə Muhamməd əleyhissəlama “Qurani-Kərim”i göndərdi. İnsanlara dünyada və axirətdə lazımlı, faydalı olan şeyləri əmr etdi. Zərərli olanları qadağan etdi. Bu əmrlərin və qadağaların hamısına “İslam dini” və ya “İslamiyyət” və “Əhkami-ilahiyyə” deyilir.

Muhamməd əleyhissəlamın hər sözü doğrudur, qiymətlidir, faydalıdır. Belə olduğuna inanan kimsəyə “Mömin” və “Müsəlman” deyilir. Muhamməd əleyhissəlamın sözlərindən birinə inanmayan, bəyənməyən kimsəyə “kafir” deyilir. Allahu təala mömin olanı sevər. Cəhənnəmdə sonsuz olaraq saxlamaz və ya Cəhənnəmə heç atmaz, yaxud günahları üçün atsa da, sonra Cəhənnəmdən çıxarar. Kafir olan kimsə Cənnətə girə bilməz. Birbaşa Cəhənnəmə girər və oradan heç çıxmaz. Ona inanmaq, Rəsulullahı sevmək bütün səadətlərin, rahatlıqların, yaxşılıqların başıdır. Onun Peyğəmbər olduğuna inanmamaq isə bütün fəlakətlərin, dərdlərin, yamanlıqların başıdır.

Rəsulullahın (sallallahu əleyhi və səlləm) elmi, irfanı, fəhmi, yəqini, ağlı, zəkası, comərdliyi, təvazökarlığı, hilmi, şəfqəti, səbri, qeyrəti, həmiyyəti, sədaqəti, əmanəti, şücaəti, heybəti, igidliyi, bəlağəti, fəsahəti, fətanəti, məlahəti (gözəlliyi, sevimliliyi), vərəi, iffəti, kərəmi, insafı, həyası, tərki-dünyalığı, təqvası bütün Peyğəmbərlərdən daha çoxdur. Dostundan və düşmənindən gördüyü zərərləri əfv edərdi. Heç birinə qarşılıq verməzdi. Uhud qəzvəsində (döyüşündə) kafirlər mübarək yanağını qanadıb dişlərini qırdıqları zaman bunu edənlər üçün “Ya Rəbb! Bunları əfv et! Cahilliklərinə bağışla!” deyə, dua etmişdir.

Muhamməd əleyhissəlamın gözəl xasiyyətləri çoxdur. Hər müsəlmanın bunları öyrənməsi və bunlar kimi əxlaqlanması lazımdır. Beləcə, dünyada və axirətdə fəlakətlərdən, dərdlərdən qurtulmaq və O iki cahan əfəndisinin (sallallahu əleyhi və səlləm) şəfaətinə qovuşmaq nəsib olar. Çünki hədisi-şərifdə; “Allahu təalanın əxlaqı ilə əxlaqlanın!” buyurulmuşdur.

ƏSHABI-KİRAM

Peyğəmbər əfəndimizin mübarək üzünü görməklə, şirin sözlərini eşitməklə şərəflənən müsəlmanlara “Əshabı-kiram” deyilir. Peyğəmbərlərdən sonra gəlmiş və gələcək bütün insanların ən xeyirlisi, ən üstünü Əbu Bəkri-Sıddıqdır (radıyallahu anh). İlk xəlifə budur. Bundan sonra insanların ən üstünü Faruqi-əzəm, ikinci xəlifə Ömər ibn Xəttab, sonra ən üstünü və Rəsulullahın üçüncü xəlifəsi, iman, həya və irfan qaynağı həzrəti Osman ibn Affan (radıyallahu anh), bundan sonra insanların ən xeyirlisi, dördüncü xəlifə, heyrət ediləcək üstünlüklər sahibi, Allahu təalanın aslanı Əli ibn Əbi-Talibdir (radıyallahu anh). Hədisi-şəriflərdən anlaşıldığına görə Həzrəti Fatimə, Həzrəti Xədicə, Həzrəti Aişə, Həzrəti Məryəm, Həzrəti Asiyə dünya qadınlarının ən üstünüdürlər. Hədisi-şərifdə: “Fatimə Cənnət xatunlarının üstünüdür. Həsən və Hüseyn də Cənnət gənclərinin yüksəkləridir” buyuruldu.

Bunlardan sonra Əshabı-kiramin ən üstünləri “Aşərəi-mübəşşərə”dir. Cənnətlə müjdələnmiş on nəfərdir. Bunlar, Həzrəti Əbu Bəkri-Sıddıq, Ömər-ül-Faruq, Osman ibn Affan, Əli ibn Əbu Talib, Əbu Ubeydə ibn Cərrah, Talha, Zübeyr ibn Avvam, Səd ibn Əbi Vəqqas, Said ibn Zeyd, Abdurrahman ibn Avf (rıdvanullahi təala əleyhim əcməin). Sonra Bədr müharibəsində, sonra Uhudda, sonra da Biat-ür-ridvanda olanlardır.

Rəsulullahın yolunda canlarını, mallarını fəda edən, Ona yardım edən Əshabı-kiramın hamısının adlarını hörmət və sevgi ilə söyləməyimiz bizə vacibdir. Onların böyüklüyünə yaraşmayan sözlər söyləməyimiz əsla caiz deyildir. Adlarını hörmətsizcə söyləmək zəlalətdir, azğınlıqdır.

Rəsulullahı sevən kimsənin Onun Əshabının hamısını da sevməsi lazımdır. Çünki bir hədisi-şərifdə buyurdu ki: “Əshabımı sevən məni sevdiyi üçün sevər. Onları sevməyən kimsə məni sevməmiş olar. Onları incidən məni incidər. Məni incidən də, Allahu təalanı incitmiş olar. Allahu təalanı incidən kimsə, əlbəttə, əzab görəcəkdir.”

Başqa bir hədisi-şərifdə: “Allahu təala mənim ümmətimdən bir quluna yaxşılıq etmək istərsə, onun qəlbinə Əshabımin sevgisini yerləşdirər. Onların hamısını canı kimi sevər” buyurdu. Peyğəmbərimiz vəfat etdiyi gün Mədinə şəhərində otuz üç min səhabə vardı. Səhabələrin hamısı yüz iyirmi dörd mindən artıq idi.

DÖRD MƏZHƏB İMAMI VƏ DİGƏR ALİMLƏR

Etiqad məsələlərində doğru olan tək yol vardır. Bu da “Əhli-sünnət vəl-camaat” məzhəbidir. Yer üzündə olan bütün müsəlmanlara doğru yolu göstərən və Muhamməd əleyhissəlamın yolunu dəyişmədən, pozulmadan öyrənməmizə səbəb olan dörd böyük şəxsdir. Bunlardan birincisi İmam Əzəm Əbu Hanifə Numan ibn Sabitdir. İslam alimlərinin ən böyüklərindəndir. Əhli-sünnətin rəisidir. İkincisi İmam Malik ibn Ənəs, üçüncüsü İmam Muhamməd ibn İdris Şafii, dördüncüsü İmam Əhməd ibn Hanbəldir (rahmətullahi əleyhim əcməin).

Bu gün bu dörd imamdan birinə tabe olmayan bir kimsə böyük təhlükədədir. Doğru yoldan azmışdır. Biz bu kitabımızda Hənəfi məzhəbinə görə namazla əlaqəli məsələləri, o məzhəbin böyük alimlərinin kitablarından alıb, sadələşdirərək bildirdik.

Bu dörd imamın tələbəsindən ikisi iman elmlərində çox yüksəldi. Beləcə, etiqadda məzhəb iki oldu. Qurani-Kərimə və hədisi-şəriflərə uyğun iman, bu ikisinin bildirdiyi imandır. Fırkai-naciyyə olan Əhli-sünnətin iman elmlərini yer üzünə yayan bu ikisidir. Biri Əbu Mansuri-Matüridi, ikincisi Əbul Həsən Əli Əşaridir.

Bu iki imam eyni imanı bildirmişlər. Aralarında olan bir neçə fərq mühüm deyildir. Həqiqətdə eynidir. İslam alimləri Qurani-Kərimdə və hədisi-şəriflərdə təriflənmişdir. Bir ayəti-kərimədə məalən: “Heç bilənlərlə bilməyənlər bir olarmı?” buyurulmuşdur. Başqa bir ayəti-kərimədə məalən: “Ey müsəlmanlar! Bilmədiklərinizi bilənlərdən soruşun” buyuruldu.

Hədisi-şəriflərdə buyuruldu ki: “Allahu təala və mələklər və hər canlı, insanlara yaxşılığı öyrədən müsəlmanlara dua edərlər”. “Qiyamət günü əvvəlcə Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər şəfaət edəcəklər”. “Ey insanlar, bilin ki, elm alimdən eşidilərək öyrənilir”. “Elm öyrənin. Elm öyrənmək ibadətdir. Elm öyrədənə və öyrənənə cihad savabı vardır”. “Elm öyrətmək sədəqə vermək kimidir. Alimdən elm öyrənmək təhəccüd (gecə) namazı qılmaq kimidir”. “Elm öyrənmək bütün nafilə ibadətlərdən daha savabdır. Çünki özünə də, öyrədəcəyi kimsələrə də faydası vardır”. “Başqalarına öyrətmək üçün öyrənən kimsəyə Sıddıqlar savabı verilir”. “Elm xəzinədir. Açarı soruşub öyrənməkdir”. “Elm öyrənin və öyrədinin”. “Hər şeyin qaynağı vardır. Təqvanın qaynağı ariflərin qəlbləridir”. “Elm öyrətmək günahlara kəffarədir”.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta