Hakikat Books
Türkçe

Bölüm 13 / 136

Altıncı şərt: Qədərə inanmaq

Bu bölümde cevaplanan sorular (6)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. “Və bil-qədəri xeyrihi və şərrihi minallahi təala” nə deməkdir? taslak Hata bildir
  2. Qədər nə deməkdir? taslak Hata bildir
  3. Allahu təalanın qula verdiyi iradə (istək) qədərdə necə rol oynayır? taslak Hata bildir
  4. Əhli-sünnət etiqadını daha geniş öyrənmək istəyən nə etməlidir? taslak Hata bildir
  5. Təvəkkül nədir və imanın şərtidirmi? taslak Hata bildir
  6. Təvəkkül edən və etməyən şəxslər haqqında hansı hədis vardır? taslak Hata bildir

Və bil-qadəri, xayrihi və şərrihi minallahi Təala: Qədərə, xeyir və şərlərin Allahu təaladan olduğuna inandım deməkdir. İnsanlara gələn xeyir və şər, fayda və zərər, qazanc və ziyanların hamısı Allahu təalanın təqdir etməsidir.

Allahu təalanın bir şeyin var olmasını istəməsinə “qədər” deyilmişdir. Qədərin, yəni varlığı təqdir edilmiş olan şeyin var edilməsinə “qəza” deyilir. Qədər və qəza kəlmələri bir-birinin yerinə də istifadə edilir.

Allahu təala qullarına “İradə” vermiş, bu iradələrini, istəmələrini, işləri yaratmasına səbəb etmişdir. Bir qul bir şey etmək istəyincə, Allahu təala da diləyərsə, o işi yaradır. Qul istəməsə, Allahu təala da istəməz və o şeyi yaratmaz.

Buraya qədər qısaca bildirdiyimiz Əhli-sünnət etiqadını daha geniş öyrənmək istəyənlər, “Hakikat Kitabevi”nin dərc etdiyi, islam alimlərinin göz bəbəyi böyük övliya, Mövlana Xalid Bağdadinin farsca “Etiqadnamə” kitabını və Kəmahlı Feyzullah Əfəndinin tərcümə etdiyi “Hər kəsə Lazım Olan İman” kitabını oxusunlar. Çox faydalı, çox gözəl bir əsər olub, feyz və bərəkətləri iki cahan səadəti üçün yetərlidir.

Allahu təala hər kəsə təvəkkülü əmr etmişdir. “Təvəkkül imanın şərtidir” mənasındakı ayəti-kərimə bu əmrlərdən biridir. Maidə surəsində, “Əgər imanınız varsa, Allahu təalaya təvəkkül edin!”, Əli-İmran surəsində, “Allahu təala, təvəkkül edənləri, əlbəttə, sevər”, Talak surəsində, “Bir kimsə Allahu təalaya təvəkkül edərsə, Allahu təala ona kafidir”, Zümər surəsində, “Allahu təala, quluna kafi deyildirmi?” mənalarında daha bir çox ayəti-kərimə vardır.

Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur ki, “Ümmətimdən bir qismini mənə göstərdilər. Dağları, səhraları doldurmuşdular. Belə çox olduqlarına çaşdım və sevindim. “Sevindinmi?” – dedilər. “Bəli”, – dedim. Bunlardan ancaq yetmiş min ədədi hesabsız Cənnətə girər dedilər. Bunlar hansılarıdır? – deyə soruşdum. İşlərinə sehr, cadu, dağlamaq, fal qarışdırmayıb, Allahu təaladan başqasına, təvəkkül və etimad etməyənlərdir buyuruldu”. Dinləyənlər arasında Ukaşə (radıyallahu anh) ayağa qalxıb, “Ya Rəsulallah! Dua buyur ki, onlardan olum” deyincə, “Ya Rəbb! Bunu onlardan et!” buyurdu. Biri qalxıb eyni duanı istəyincə, “Ukaşə səndən cəld davrandı” buyurdu.

Təvəkkül səbəblərə yapışıb, gələcək üçün zehni yormamaqdır.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta