Hakikat Books
Türkçe

Bölüm 132 / 136

Böyük günahlar çoxdur, yetmiş iki böyük günah bunlardır

Bu bölümde cevaplanan sorular (4)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Mütə nikahı və qadınların açıq gəzməsi haqqında nə bildirilir? taslak Hata bildir
  2. Dar paltarlı qadına və yad qadına baxmaq nəyə səbəb olur? taslak Hata bildir
  3. Dəstəmaz və qüsldə artıq su istifadə etmək (israf) nəyə səbəb olur? taslak Hata bildir
  4. Keçmiş övliyaya dil uzatmaq nəyə səbəb olur? taslak Hata bildir

1. Haqsız yerə adam öldürmək.

2. Zina etmək.

3. Livata etmək.

4. Şərab və hər cür spirtli içkiləri içmək. (Pivə içmək haramdır).

5. Oğurluq etmək.

6. Keyf üçün uyuşdurucu maddə yemək və içmək.

7. Başqasının malını zorla almaq. Yəni qəsb etmək.

8. Yalan yerə şahidlik etmək.

9. Ramazan orucunu üzrsüz müsəlmanların yanında yemək.

10. Faiz alıb-vermək.

11. Çox and içmək.

12. Anaya-ataya qarşı gəlmək.

13. Məhrəm və saleh qohum-əqrabaya silai-rahmi (ziyarəti) tərk etmək.

14. Müharibədə hərbi tərk edib düşmən qarşısından qaçmaq.

15. Haqsız yerə yetimin malını yemək.

16. Tərəzisini və ölçüsünü haqq üzərə istifadə etməmək.

17. Namazı vaxtından əvvəl və ya sonra qılmaq.

18. Mömin qardaşının qəlbini qırmaq. (Kəbəni yıxmaqdan daha böyük günahdır. Allahu təalanı ən çox incidən küfrdən sonra qəlb qırmaq kimi böyük günah yoxdur.)

19. Rəsulullahın (sallallahu əleyhi və səlləm) söyləmədiyi sözü söyləmək və Ona isnad etmək.

20. Rüsvət almaq.

21. Haqq olan şahidlikdən boyun qaçırmaq.

22. Malın zəkatını və uşrunu verməmək.

23. Gücü çatdığı halda münkəri, günah işləyəni görüncə mane olmamaq.

24. Canlı heyvanı atəşdə yandırmaq.

25. Quran-ı azim-uş-şanı öyrəndikdən sonra oxumağı unutmaq.

26. Allahu azim-uş-şanın rəhmətindən ümidini kəsmək.

27. Müsəlman olsun, kafir olsun, insanlara xəyanət etmək.

28. Donuz əti yemək.

29. Rəsulullahın Əshabından (rıdvanullahi təala əleyhim əcməin) hər hansı birini sevməmək və söymək.

30. Qarnı doyduqdan sonra yeməyə davam etmək.

31. Qadınların ərinin yatağından qaçması.

32. Qadının ərindən icazəsiz ziyarətə getməsi.

33. Namuslu bir qadına fahişə demək.

34. Nəmimə, yəni müsəlmanlar arasında söz daşımaq.

35. Övrət yerlərini başqasına göstərmək. (Kişinin göbəklə dizi arası, qadının saçı, qolu, ayağı övrətdir.) Başqasının övrət yerinə baxmaq da haramdır.

36. Leş yemək və başqasına yedirmək.

37. Əmanətə xəyanət etmək.

38. Müsəlmanı qeybət etmək.

39. Həsəd etmək.

40. Allahu azim-uş-şana şərik qoşmaq.

41. Yalan danışmaq.

42. Təkəbbürlülük, özünü üstün görmək.

43. Ölüm xəstəsinin varisindən mal gizlətmək.

44. Çox xəsis olmaq.

45. Dünyaya məhəbbət etmək.

46. Allahu təalanın əzabından qorxmamaq.

47. Haram olanı haram etiqad etməmək.

48. Halal olanı halal etiqad etməmək.

49. Falçıların falına, qeybdən xəbər verməsinə inanmaq.

50. Dinindən dönmək, mürtəd olmaq.

51. Üzrsüz başqasının qadınına, qızına baxmaq.

52. Qadınların kişi paltarı geyinməsi.

53. Kişilərin qadın paltarı geyinməsi.

54. Hərəmi-Kəbədə günah işləmək.

55. Vaxtı gəlmədən azan oxumaq və namaz qılmaq.

56. Dövlət adamlarının əmrlərinə, qanunlara üsyankar olmaq, qarşı gəlmək.

57. Arvadının məhrəm yerlərini anasının məhrəm yerinə bənzətmək.

58. Arvadının anasına söymək.

59. Bir-birinə nişan almaq.

60. İtin artığını yemək, içmək.

61. Etdiyi yaxşılığı başa qaxmaq.

62. İpək geyinmək (kişilər üçün).

63. Cahillikdə inad etmək. (Əhli-sünnət etiqadını, fərzləri, haramları və lazımlı olan hər məlumatı öyrənməmək.)

64. Allahu təaladan və islamiyyətin bildirdiyi adlardan başqa şey söyləyərək and içmək.

65. Elmdən boyun qaçırmaq.

66. Cahilliyin müsibət olduğunu anlamamaq.

67. Kiçik günahı təkrar işləməkdə inad etmək.

68. Zəruri olmayaraq qəhqəhə ilə çox gülmək.

69. Bir namaz vaxtını qaçıracaq zaman qədər cünüb (qüslsüz) gəzmək.

70. Adətli və nifas halında olan arvadına yaxın olmaq.

71. Mahnı oxumaq. Əxlaqsız mahnıları söyləmək, musiqi, çalğı alətlərindən istifadə etmək.

72. İntihar etmək, yəni özünü öldürmək.

Siğə nikahı, müvəqqəti nikah haramdır. Qadınların, qızların, başı, saçı, qolları, ayaqları açıq küçəyə çıxmaları haram olduğu kimi, incə, bəzəkli, dar, xoş ətirli paltar ilə çıxmaları da haramdır.

Dizi ilə göbəyi arası dar paltar ilə örtülmüş qadına ehtirassız da baxmaq haramdır. Yad qadının iç paltarlarına şəhvətlə baxmaq haramdır. Sıx, dar örtülmüş, digər övrət yerlərinə şəhvətlə baxmaq haramdır. Şəhvətə, harama səbəb olan rəsmləri düzəltmək, çap etmək, çəkmək haram olar. (Haramlara, “nə var bunlarda”, demək küfr olar). Dəstəmaz və qüsldə, lazımı miqdardan artıq su istifadə etmək israf olub, haramdır. Keçmiş övliyaya dil uzatmaq (söymək), onlara cahil demək, sözlərindən əhkami-islamiyyəyə uymayan mənalar çıxarmaq, öldükdən sonra da kəramət göstərdiklərinə inanmamaq və ölüncə övliyalıqları bitər sanmaq və onların qəbirləri ilə bərəkətlənənlərə mane olmaq, müsəlmanlara sui-zənn (şübhə etmək), zülm etmək, mallarını qəsb etmək kimi və həsəd, iftira, yalan söyləmək və qeybət etmək kimi haramdır.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta