Hakikat Books
Türkçe

Bölüm 136 / 136

Doqquzuncu bölmə: Namaz surələri və duaları

Bu bölümde cevaplanan sorular (10)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Surə və dualar latın hərfləri ilə yazıla bilərmi? taslak Hata bildir
  2. Uşaqlar Quranı doğru oxumağı haradan öyrənməlidir? taslak Hata bildir
  3. Hər kəsin uşaqlarına dinini öyrətməsi haqqında hansı hədis vardır? taslak Hata bildir
  4. Sübhanəkə duasının məalı nədir? taslak Hata bildir
  5. Əttəhiyyatu duasının məalı nədir? taslak Hata bildir
  6. Allahummə salli duasının məalı nədir? taslak Hata bildir
  7. Allahummə barik duasının məalı nədir? taslak Hata bildir
  8. Rabbəna atina duasının məalı nədir? taslak Hata bildir
  9. Qunut duasının məalı nədir? taslak Hata bildir
  10. İstiğfar duası və çox zikr etməyin fəziləti haqqında nə bildirilir? taslak Hata bildir

SURƏ VƏ DUALAR LATIN HƏRFLƏRİ İLƏ YAZILARMI?

Surələri və duaları latın hərfləri ilə yazmağa çalışdığımız halda bu mümkün olmadı. Latın hərflərinə necə işarə qoyularsa qoyulsun, surələri və duaları doğru oxuya bilmək mümkün olmaz. Bunları Qurani-Kərimdəki hərflər kimi oxuya bilmək üçün bir bilənin oxutması, təkrar-təkrar vərdiş etdirməsi lazımdır. Bu vərdiş mütləq lazım olduğuna görə bilən bir nəfərə birbaşa Qurani-Kərim hərflərini tanıtmaq və öyrətmək imkanını və nemətini qazandırır. Bu nemətin böyüklüyünü, dünyada və axirətdə faydasını hədisi-şəriflər və fiqh kitabları geniş izah edir, savabının çoxluğunu bildirirlər.

O halda hər müsəlman, uşaqlarını məscidlərə, Qurani-Kərim kurslarına göndərməli, Qurani-Kərimin hərflərini və bunların necə oxunacağını yaxşıca öyrətməli və bu böyük savaba qovuşmağa çalışmalıdır.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur ki:

“Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi, siz də evlərinizdə və əmrləriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara müsəlmanlığı öyrətməlisiniz. Öyrətməsəniz məsul olacaqsınız.”

Bir dəfə də buyurdu ki:

“Çox müsəlman övladı ataları üzündən Veyl adındakı Cəhənnəmə gedəcəkdir. Çünki bunların ataları, yalnız pul qazanmaq və kef sürmək həvəsinə düşüb və yalnız dünya işləri ilə məşğul olub, övladlarına müsəlmanlığı və Qurani-Kərimi öyrətmədilər. Mən belə atalardan uzağam. Onlar da məndən uzaqdır. Uşaqlarına dinlərini öyrətməyənlər Cəhənnəmə gedəcəklər.”

Yenə buyurdu ki:

“Uşaqlarına Qurani-Kərim öyrədənlərə və ya Qurani-Kərim müəlliminə göndərənlərə, öyrədilən Quranın hər hərfi üçün on dəfə Kəbeyi-müəzzəmə ziyarət savabı verilir və qiyamət günü başına dövlət tacı qoyulur. Bütün insanlar görüb qibtə edər.”

Yenə buyurdu ki:

“Bir müsəlman övladı ibadət edəndə, qazandığı savab qədər atasına da verilir. Bir adam uşağına fisq, günah öyrədərsə, bu uşaq nə qədər günah işləyərsə, atasına da o qədər günah yazılır.”

Qurani-Kərim oxuyarkən on ədəbə riayət etmək lazımdır:

1. Dəstəmazlı və qibləyə qarşı hörmətlə oxumalı.

2. Ağır-ağır və mənasını düşünərək oxunmalıdır. Mənasını bilməyən də ağır oxumalıdır.

3. Ağlayaraq oxunmalıdır.

4. Hər ayətin haqqını verməli, yəni əzab ayətini oxuyarkən qorxaraq, rəhmət ayətlərini həvəslənərək, tənzih ayətlərini təsbeh edərək oxumalıdır. Qurani-Kərimi oxumağa başlayarkən Əuzü və Bəsmələ çəkməlidir.

5. Özündə riya, yəni göstəriş oyanarsa və ya namaz qılana mane olursa, yavaş səslə oxumalıdır. Hafizlərin kitaba baxaraq oxumaları, əzbərdən oxumaqdan daha çox savabdır. Çünki gözlər də ibadət etmiş olur.

6. Qurani-Kərimi gözəl səslə və təcvidə riayət edərək oxumalıdır. Hərfləri, kəlmələri pozaraq təğənni etmək haramdır. Hərflər pozulmasa, məkruh olar.

7. Qurani-Kərim Allahu təalanın kəlamıdır, sifətidir, qədimdir (Allahu təalanın varlığının əvvəli olmamaqdır). Ağızdan çıxan hərflər atəş deməyə bənzəyir. Atəş demək asandır. Ancaq atəşə heç kim dayana bilməz. Bu hərflərin mənaları da belədir. Bu hərflər başqa hərflərə bənzəmir. Bu hərflərin mənaları meydana çıxsa, yeddi qat yer və yeddi qat göy dayana bilməz. Allahu təala öz sözünün böyüklüyünü, gözəlliyini bu hərflərin içində saxlayaraq insanlara göndərmişdir.

8. Qurani-Kərimi oxumazdan əvvəl bunu söyləyən Allahu təalanın böyüklüyünü düşünməlidir. Qurani-Kərimə toxunmaq üçün təmiz əl lazım olduğu kimi, onu oxumaq üçün də təmiz qəlb lazımdır. Allahu təalanın böyüklüyünü bilməyən Qurani-Kərimin böyüklüyünü başa düşə bilməz. Allahu təalanın böyüklüyünü başa düşmək üçün də, Onun sifətlərini və yaratdıqlarını düşünmək lazımdır. Bütün məxluqatın sahibi, hakimi olan bir Zatın kəlamı olduğunu düşünərək oxumalıdır.

9. Oxuyarkən başqa şeylər düşünməməlidir. Bir adam bir bağı gəzərkən gördüklərini düşünməzsə, o bağı gəzmiş sayılmaz. Qurani-Kərim də möminlərin qəlblərinin gəzəcəyi yerdir. Onu oxuyan ondakı əcaiblikləri və hikmətləri düşünməlidir.

10. Hər kəliməni oxuyarkən mənasını düşünməli və başa düşənə qədər təkrarlamalıdır.

NAMAZ DUALARININ MƏALLARI

SÜBHANƏKƏ

Ey Allahım! Səni nöqsanlıqlardan tənzih edərəm. Bütün kəmal sifətləri ilə tərif edərəm. Sənə həmd edərəm. Sənin adın ucadır. (Və sənin şanın hər şeyin üstündədir)1 Səndən başqa ilah yoxdur.

ƏTTƏHİYYATÜ

Hər cür hörmət, salavat və bütün yaxşılıqlar Allaha məxsusdur. Ey Nəbi! Allahın salam, rəhmət və bərəkəti sənin üzərinə olsun. Salam bizim və Allahın saleh qullarının üzərinə olsun. Şəhadət edirəm ki, Allah birdir və yenə şəhadət edirəm ki, Muhamməd əleyhissəlam Onun qulu və rəsuludur.

ALLAHÜMMƏ SALLİ

Ey Allahım! İbrahimə (əleyhissəlam) və ailəsinə rəhmət etdiyin kimi, “Əfəndimiz” Muhammədə (əleyhissəlam) və ailəsinə də rəhmət et. Şübhəsiz sən hamid və məcidsən.

ALLAHÜMMƏ BARİK

Ey Allahım! İbrahimə (əleyhissəlam) və ailəsinə bərəkətlər ehsan etdiyin kimi, “Əfəndimiz” Muhammədə (əleyhissəlam) və ailəsinə də, bərəkətlər ehsan et. Şübhəsiz sən hamid və məcidsən.

RABBƏNA ATİNA

Ya Rəbb! Dünyada və axirətdə bizə yaxşılıqlar ver və bizi narın (atəşin) əzabından qoru. Ey mərhəmətlilərin ən mərhəmətlisi, sənin rəhmətinlə...

QUNUT DUASI

Ey Allahım! Biz səndən yardım diləyirik. Sənə istiğfar edərik. Səndən hidayət istərik. Sənə iman edərik. Sənə tövbə və sənə təvəkkül edərik. Bütün xeyirlərlə səni tərifləyərik. Sənə (nemətlərinə) şükr edər, nemətinə naşükürlük etmərik. Sənə qarşı fisq və fücur edəni atar və tərk edərik.

Ey Allahım! Ancaq sənə ibadət edər, namaz qılar, səcdə edər, sənə tələsər və sığınarıq. Rəhmətini rəca (ümid) edər və əzabından qorxarıq. Çünki sənin əzabın həqiqəti örtən kafirlərə mütləq çatar.

İSTİĞFAR DUASI

[Bir çox ayəti-kərimədə, “Məni çox zikr edin” və “İza caə” surəsində, “Mənə istiğfar edin. Dualarınızı qəbul edər, günahlarınızı əfv edərəm” buyuruldu. Görünür ki, Allahu təala çox istiğfar edilməsini (bağışlanma istəmək) əmr edir. Bunun üçün Muhamməd Masum həzrətləri ikinci cild, 80-ci məktubunda, “Bu əmrə tabe olaraq hər namazdan sonra üç dəfə istiğfar duası oxuyuram və 67 dəfə “Əstağfirullah” deyirəm. İstiğfar duası, “Əstağfirullahəlazim əlləzi la ilahə illa hüv əl hayyəl qayyumə və ətübü iləyh”dir. Siz də bunu çox oxuyun! Hər birini söyləyərkən mənasını, “Məni əfv et Allahım” kimi düşünməlidir. Oxuyanı və yanındakıları dərdlərdən, çətinliklərdən qurtarar. Çox kimsə oxudu. Faydası həmişə görüldü” buyurdu.] [Yatarkən ya Allah, ya Allah və üç dəfə “Əstağfirullah min külli ma kərihallah” deməli və yatana qədər, təkrar etməlidir.]

Şeyx-ül-islam Əhməd Namiki Cami h.536, m.1142-ci ildə vəfat etdi. “Miftah-ün-nəcat” kitabında buyurur ki, bir kimsə tövbə və istiğfar edər və şərtlərini yerinə gətirərsə, hər keçdiyi küçə və hər oturduğu yer iftixar edər. Ay, günəş, ulduzlar onun üçün dua edər. Qəbri Cənnət bağçası olar. Bu cür tövbə nəsib olmayan adam bu cür tövbə edənlərlə birlikdə olmalıdır. Hədisi-şərifdə “İbadətlərin ən qiymətlisi, övliyanı sevməkdir” buyuruldu və “Tövbə və istiğfar edənin bütün günahları əfv olar” buyuruldu. [Tövbə qəlb ilə olur. İstiğfar söyləməklə olur.]

TÖVHİD DUASI

Ya Allahu, ya Allahu. Lə iləhə illəllahü Muhammədün Rəsulullah. Ya Rahman, ya Rahım, ya afüvvü ya Kərim, fafü anni vərhamni ya ərhamərrahimin! Təvəffənni müslimən və əlhikni bissalehin. Allahümməğfirli və li-abai və ümməhati və li aba-i və ümməhat-i zəvcəti və li-əcdadi və cəddati və li-əbnai və bənati və li-ihvəti və əhavati və li-amami və ammati və li-ahvali və halati və li-üstazi Abdülhakim-i Arvasi və li kaffətil mömininə vəl-möminat. “Rahmətullahi Təala aləyhim əcmain.”

NAMAZ

Müsəlmanın, hər gün beş dəfə namaz qılması fərzdir. Namaz dinin dirəyidir. Bir namazı vaxtında qılmayanın, bunu dərhal qəza etməsi də fərzdir. Bir namazı qılmayıb, qəza da etməyən Cəhənnəmdə minlərcə il yanacaqdır. Namaza əhəmiyyət verməyən, vəzifə olduğuna inanmayan mürtəd olar, imanı gedər, Cəhənnəmdə sonsuz olaraq yanacaqdır. Namaz ayaq üstə qılınır. Ayaq üstə dura bilməyən xəstə, oturaraq qılar. Otura bilməyən xəstə uzanaraq, ima ilə qılacaqdır. Bunu da edə bilməyən, öldükdən sonra isqat edilməsi üçün vəsiyyət edəcəkdir. Zəngin əqrəbası olmayanın, qonşuları isqat edib bunu Cəhənnəmdən qurtarar. Müsəlmanların, müsəlman qonşular arasında ev tutmaları lazım olduğu buradan da anlaşılır. Namazda ayaq üstə durmağa “Qiyam”, əyilməyə “Rüku”, başını yerə qoymağa “Səcdə”, oturmağa “Qədə” deyilir. Bu dördü namazın rüknləridir. Sübh namazı dörd rəkət olub, ikisi sünnət, ikisi fərzdir. Zöhr namazının ilk dörd rəkəti sünnət, dörd rəkəti fərz, iki rəkəti son sünnət, əsrin dörd rəkəti sünnət, dörd rəkəti fərz, şamın üç rəkəti fərz, iki rəkəti sünnət, işanın ilk dörd rəkəti sünnət, dörd rəkəti fərz, iki rəkəti son sünnət, üç rəkət vitr namazı vacibdir.

Dipnotlar

  1. Bu hissə cənazə namazı qılınarkən əlavə edilir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta