Hakikat Books
Türkçe

Bölüm 17 / 136

Fərz

Bu bölümde cevaplanan sorular (3)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Fərz nə deməkdir? taslak Hata bildir
  2. Fərzi-ayn nədir? taslak Hata bildir
  3. Fərzi-kifayə nədir? taslak Hata bildir

1. FƏRZ: Allahu təalanın yerinə yetirilməsini ayəti-kərimə ilə açıq-aydın və qəti olaraq əmr etdiyi şeylərə fərz deyilir. Fərzləri tərk etmək haramdır. İnanmayan və yerinə yetirilməsinə əhəmiyyət verməyən kafir olar. Fərz iki növdür:

Fərzi-Ayn: Hər mükəlləf olan müsəlmanın birbaşa özünün yerinə yetirməsi lazım olan fərzdir. İman etmək, dəstəmaz almaq, qüsl etmək (boy dəstəmazı almaq), beş vaxt namaz qılmaq, Ramazan ayında oruc tutmaq, zəngin olunca zəkat vermək və həccə getmək fərzi-ayndır. (Otuz iki fərz və əlli dörd fərz məşhurdur).

Fərzi-Kifayə: Müsəlmanlardan bir neçəsinin və ya sadəcə birinin etməsi ilə digərlərinin məsuliyyətdən azad olunduğu fərzlərdir. Verilən salamın cavabını söyləmək, cənazəni qasl etmək (yəni yumaq), cənazə namazı qılmaq, Qurani-Kərimin tamamını əzbərləyib hafiz olmaq, cihad etmək, sənətinə, ticarətinə lazım olandan artıq din və fənn elmlərini öyrənmək kimi fərzlər belədir.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta