Hakikat Books
Türkçe

Bölüm 23 / 136

Məkruh

Bu bölümde cevaplanan sorular (2)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Məkruh nə deməkdir? taslak Hata bildir
  2. Məkruh neçə növdür (təhrimən və tənzihən)? taslak Hata bildir

7. MƏKRUH: Allahu təalanın və Muhamməd əleyhissəlamın bəyənmədiyi və ibadətlərin savabını götürən şeylərə məkruh deyilir.

Məkruh iki növdür:

Tahrimən məkruh: Vacibin tərkidir. Harama yaxın olan məkruhlardır. Bunları etmək əzaba səbəb olar. Günəş doğarkən, tam təpədə ikən və batarkən namaz qılmaq kimi. Bunları qəsdlə işləyən üsyankar və günahkar olar. Cəhənnəm əzabına layiq olar. Namazda vacibləri tərk edənin, tahrimi məkruhları işləyənin, o namazı yenidən qılması vacibdir. Əgər səhvən, unudaraq işləyərsə, namaz içində səcdəi-səhv edər.

Tənzihən məkruh: Mubah, yəni halal olan işlərinə yaxın olan, yaxud edilməməsi edilməsindən daha yaxşı olan işlərdir. Qeyri-müəkkəd sünnətləri və ya müstəhəbləri tərk etmək kimi.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta