Hakikat Books
Türkçe

Bölüm 35 / 136

Dördüncü bölmə: Namazın növləri

Bu bölümde cevaplanan sorular (1)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Müsəlmanlara əmr edilən namazlar neçə qismə ayrılır (fərz, vacib, nafilə)? taslak Hata bildir

Müsəlmanlara qılması üçün əmr edilən namazlar fərz, vacib və nafilə olmaqla üç yerə ayrılır. Bunlar aşağıdakılardır:

1- Fərz namazlar: Beş vaxt namazın fərzləri, Cümə namazının iki rəkət fərzi və cənazə namazı fərz namazlarıdır. (cənazə namazı fərzi-kifayədir).

2- Vacib namazlar: Vitr namazı, bayram namazları, nəzir olan namaz və başlanıb yarıda qalan nafilə namazlardır. Qəzaya qalan vitr namazını da qəza etmək vacibdir.

3- Nafilə namazlar: Beş vaxt namazın sünnətləri, təravih namazı və savab qazanmaq niyyəti ilə qılınan təhəccüd, təhiyyətül-məscid, işrak, duha, əvvabin, istixarə, təsbeh namazları kimi namazlar nafilə namazlardır. Yəni qılınması əmr deyildir. Fərz və vacib olan namazlardan borcu olmayan bir kimsənin nafilə ibadətlərinə də savab verilir.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta