Hakikat Books
Türkçe

Bölüm 37 / 136

Namazın fərzləri

Bu bölümde cevaplanan sorular (5)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Fərz nə deməkdir və bir ibadətin fərzləri yerinə yetirilməzsə, nə olar? taslak Hata bildir
  2. Namazın xaricindəki fərzləri (şərtləri) hansılardır? taslak Hata bildir
  3. Hədəsdən təharət nədir və nələri əhatə edir? taslak Hata bildir
  4. Namazın daxilindəki fərzləri (rüknləri) hansılardır? taslak Hata bildir
  5. Namazın şərtlərinin bu qədər çox olması nəyi göstərir? taslak Hata bildir

Fərz Allahu təalanın yerinə yetirilməsini istədiyi qəti əmridir. Bir ibadətin fərzləri yerinə yetirilmədikçə, o ibadət səhih, doğru olmaz. Namaz qılarkən 12 şərti yerinə yetirmək fərzdir. Bu fərzlərin yeddisi namazın xaricində, beşi də içindədir. Xaricindəki fərzlərə “Şərtlər” deyilir. İçindəkilərə də “Rüknlər” deyilir. (Bəzi alimlər tahrimə təkbirinin, namazın içində olduğunu söyləmişlər. Bunlara görə namazın şərtləri də rüknləri də altı olmaqdadır.)

A) Namazın Xaricindəki Fərzlər (Şərtləri):

1. Hadəsdən təharət: Dəstəmazsız olanın dəstəmaz alması, cünüb olanın (qüslü olmayanın) da qüsl etməsidir.

2. Nəcasətdən təharət: Namaz qılanın bədənini, paltarını və namaz qılacağı yeri ağır və yüngül nəcasətdən, yəni dinimizdə nəcs (pis) sayılan şeylərdən təmizləməkdir. (Məsələn: qan, sidik, spirt kimi maddələr, dinimizdə pis sayılır).

3. Sətri-övrət: Övrət yerini örtmək deməkdir. Övrət yerini örtmək, Allahu təalanın əmridir. Mükəlləf olan, yəni ağıllı və həddi-büluğa çatan insanın, namaz qılarkən açması və ya hər zaman başqasına göstərməsi və başqasının da baxması haram olan yerlərinə “Övrət yeri” deyilir. Kişinin övrət yeri göbəyindən dizi altına qədərdir. Qadınların isə, üz və əllərindən başqa hər yeri övrətdir.

4. İstiqbali-qiblə: Namaz qılarkən qibləyə dönməkdir. Müsəlmanların qibləsi, Məkkəi mükərrəmə şəhərində olan “Kəbə”nin sahəsidir. Yəni yerdən ərşə qədər o boşluq qiblədir.

5. Vaxt: Namazı vaxtında qılmaqdır. Yəni namazın vaxtının girdiyini bilmək və qıldığı namazın vaxtını qəlbindən keçirməkdir.

6. Niyyət: Namaza durarkən qəlb ilə niyyət etməkdir. Yalnız ağız ilə söyləməyə niyyət deyilməz. Namaza niyyət etmək demək, adını, vaxtını, qibləni, camaat ilə qılınırsa imama uymağı qəlbdən keçirmək deməkdir. Niyyət başlama təkbiri söylənərkən edilir. Təkbirdən sonra edilən niyyət qəbul deyildir və o namaz qəbul olmaz.

7. Tahrimə təkbiri: Namaza durarkən “Allahu əkbər” deməkdir. Bu başlama təkbirinə “İftitah təkbiri” də deyilir. Başqa kəlmə söyləməklə təkbir alınmış sayılmaz.

B) Namazın İçindəki Fərzlər (Rüknləri):

Namaza başlananda yerinə yetiriləcək beş fərz vardır. Bu beş fərzdən hər birinə “Rükn” deyilir. Namazın içindəki fərzlər bunlardır:

1- Qiyam: Namaza başlayarkən və qılarkən ayaq üstə durmaq deməkdir. Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Oturaraq qıla bilməyən uzanaraq ima (baş hərəkətləri ilə) ilə qılar. Stulda oturaraq namaz qılmaq caiz deyildir.

2- Qiraət: Ağızla oxumaq mənasına gəlir. Namazda Qurani-Kərimdən surə və ya ayət oxumaqdır.

3- Rüku: Qiraətdən sonra əlləri dizə qoyub əyilməkdir. Rükuda ən az üç dəfə “Sübhanə rabbiyəl-azım” deyilir. Qalxarkən “SəmiAllahü limən hamidəh” deyilir. Qalxdıqda da “Rabbəna ləkəl-həmd” deyilir.

4- Səcdə: Rükudan sonra yerə qapanmaq deməkdir. Səcdə ard-arda iki dəfə əlləri, alını və burunu yerə qoyub qapanmaqdır. Hər bir səcdədə ən az üç dəfə “Sübhanə rabbiyəl-ala” deyilir.

5- Qadəi axirə: Son rəkətdə “Əttəhıyyatu”’nu oxuyacaq qədər oturmaqdır. Buna “son oturuş” da deyilir. Namazın böyük bir iş və ibadətlərin ən əhəmiyyətlisi olduğu, şərtlərinin bu qədər çox olmasından aydın olur. Ayrıca, vacibləri, sünnətləri, müstəhəbləri, məkruhları, müfsidləri də bunlara əlavə edilərsə, qulun Rəbbinin hüzurunda necə olacağı, necə olması lazım gəldiyi aydın olur. Qullar aciz, gücsüz, yazıq bir məxluqdurlar. Hər nəfəsdə onu yaradan Allahu təalaya möhtacdırlar. Namaz qula acizliyini bildirən bir ibadətdir. Məhz bu kitabımızda həmin məlumatlar ardıcıllıqla izah ediləcəkdir.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta