Hakikat Books
Türkçe

Bölüm 47 / 136

Dəstəmazı pozan şeylər

Yeddi şey dəstəmazı pozar ki, bunlar aşağıdakılardır:

1. Öndən və arxadan çıxan şeylər:

a) Böyük və kiçik dəstəmaz pozmaq, yel qaçırtmaq.

b) İhtiqan, yəni imalə alətinin ucu və insan barmağı, arxadan soxub çıxarılınca, ətrafı yaş olarsa pozar. Quru isə, yenə dəstəmazı təzələmək yaxşı olar.

c) Kişilərin və qadınların sidik qaçırmamaq üçün önlərinə qoyduqları pambıq fitilin çöldə qalan qismi islanınca pozulur.

2. Ağızdan çıxan nəcs şeylər:

a) Qusmaq ağız dolusu olarsa.

b) Tüpürdüyündə qan tüpürcəkdən çox olarsa.

c) Mədə və ciyərdən gələn maye qan, İmam Əzəma görə az olsa belə, dəstəmazı pozar.

d) Qulağa tökülən yağ ağızdan çıxarsa, dəstəmaz pozulur.

3. Dəridən çıxanlar:

a) Qan, irin və sarı su yalnız olaraq çıxarsa.

b) Çiçək xəstəsindən və hər hansı bir çibandan çıxan qan, sarı su, qüsldə yuyulması lazım olan yerə yayılarsa, məsələn, burundan gələn qan sümükləri keçərsə, qulaqdan gələn qulaq dəliyindən çıxarsa.

c) Çiban və yaradakı qanı, sarı suyu, pambıqla əmərsə.

d) Misvak və dişqurdalayan üzərindəki qan ağıza bulaşıbsa.

e) Qulaq, göbək və döşdən ağrı və ya xəstəlik ilə maye gələrsə.

f) Zəli çox qan əmərsə, dəstəmaz pozulur.

4. Yatmaq:

Böyrü üstə uzanaraq və ya dirsəyinə, yaxud bir şeyə dayanıb yatarsa, dəstəmaz pozulur.

5. Huşunu itirmək, dəli olmaq, sara (epilepsiya) xəstəliyi və ya yeriyərkən yırğalanacaq qədər sərxoş olmaq dəstəmazı pozar.

6. Rüku və səcdələri olan namazda qəhqəhə ilə gülmək, namazı da, dəstəmazı da pozar. Lakin uşağınki pozulmaz. Namazda təbəssüm namazı da, dəstəmazı da pozmaz. Yanındakılar eşidərsə “Qəhqəhə” deyilir. Özü də eşitməzsə, “Təbəssüm” deyilir.

7. Mübaşərəti fahişə, yəni çılpaq olaraq çirkin yerlərini sürtünmək, kişinin də, qadının da dəstəmazını pozar.

Dəstəmaz aldığını bilib, sonra pozulduğunda şübhə edərsə, dəstəmazı var qəbul edilir. Dəstəmazı pozulduğunu bilib, sonra dəstəmaz aldığında şübhə edərsə, dəstəmaz alması lazım olar.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta