Bədəndə, paltarda və namaz qılınacaq yerdə nəcasətin, kirin olmamasıdır. Baş geyimi, başlıq, sarıq, məst və ayaqqabı da paltardan sayılır. Boyuna sarılı şalın sallanan qismi namaz qılan ilə birlikdə hərəkət etdiyi üçün paltardan sayılır və bu hissəsi təmiz olmazsa, namaz qəbul olmaz. Döşəyin, ayaq basdığı və başını qoyduğu yeri təmiz olunca, başqa yerində nəcasət olarsa, namaz qəbul olar. Çünki döşək şal kimi bədənə bitişik deyildir. Lakin qapalı şüşə içində sidik daşıyanın namazı caiz olmaz. Çünki şüşə sidiyin meydana gəldiyi yer deyildir. [Bundan anlaşılır ki, cibində qapalı odekolon, spirt, yod şüşəsi və ya qapalı qutudakı qanlı yaylıq, nəcs parça varsa, namaz qılmaq caiz deyildir.] İki ayağın basdığı və səcdə etdiyi yerin təmiz olması lazımdır. Nəcasət üstünə örtülü parça, şüşə, neylon üstündə namaz qəbul olur. Səcdədə ətəkləri quru nəcasətə dəyərsə, zərəri olmaz.
Dəridə, paltarda, namaz qılınan yerdə, “dirhəm miqdarı” və ya daha çox ağır nəcasət yox isə, namaz qəbul olarsa da, dirhəm miqdarı olarsa, tahrimən məkruh olar və yumaq vacib olar. Dirhəmdən çox isə, yumaq fərz olar. Az isə yumaq sünnətdir. Şərabın damcısını da yumaq fərzdir. İmameynə [İmam Əbu Yusif və İmam Muhammədə] görə və digər üç məzhəbdə ağır nəcasətlərin hamısının zərrəsini belə yumaq fərzdir. Nəcasət miqdarı bulaşdığı zaman deyil, namaza durarkən olan miqdarıdır. Dirhəm miqdarı bərk nəcasətlərdə bir misqal, yəni 4,8 qram ağırlığındadır. Axıcı nəcasətlərdə açıq əlin ovucundakı suyun üzü genişliyi qədər səthidir. Bir misqaldan az olan bərk nəcasət paltarın ovuc içindən daha geniş üzünə yayılınca namaza mane olmur.
Nəcasət iki cürdür: