Hakikat Books
Türkçe

Bölüm 65 / 136

4. İstiqbali-qiblə

Bu bölümde cevaplanan sorular (1)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Namazda qiblə haradır; uzaqda olanlar necə yönəlir? taslak Hata bildir

Namazı Kəbəyə qarşı qılmaqdır. Məkkəi-Mükərrəmə şəhərində olan Kəbə binasının istiqamətinə “Qiblə” deyilir. Qiblə əvvəlcə “Qüds” idi. Hicrətdən 17 ay sonra Şaban ayının ortasında çərşənbə axşamı, Kəbəyə dönülməsi əmr olundu. Qiblə Kəbənin binası deyil, sahəsidir. Yəni yerdən Ərşə qədər, o boşluq qiblədir. Bunun üçün dəniz və quyu diblərində, yüksək dağlarda və təyyarələrdə, bu cəhətə doğru namaz qılınır. Göz sinirlərinin çarpaz istiqaməti arasındakı açıqlıq Kəbəyə tərəf olarsa, namaz səhih olar. Lakin:

1. Xəstəlik səbəbi, 2. Malın oğurlanmaq təhlükəsi, 3. Yırtıcı heyvan təhlükəsi, 4. Düşmən görmə təhlükəsi, 5. Heyvanından enincə, təkrar yardımsız minə bilməyəcəksə, iki namazı [zöhr ilə əsr və şam ilə işanı, maliki və ya şafii məzhəbini təqlid edərək] cəm edərək də qıla bilməzsə, namazını gücü çatdığı tərəfə doğru yönələrək qılar. Gəmidə, qatarda və təyyarələrdə qibləyə dönmək şərtdir.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta