Hakikat Books
Türkçe

Bölüm 86 / 136

Namazın sünnətləri

1. Namazda əlləri qulağa qaldırmaq.

2. Əlin ovucunu qibləyə çevirmək.

3. Təkbir aldıqdan sonra əl bağlamaq.

4. Sağ əli sol əlinin üzərinə qoymaq.

5. Kişinin əllərini göbəyindən aşağıya qoyması, qadının sinəsinə qoyması.

6. İftitah təkbirindən sonra “Sübhanəkə” oxumaq.

7. İmamın və tək qılanın “Əuzu” oxuması.

8. Bəsmələ oxumaq.

9. Rükuda üç dəfə “Sübhanə rabbiyəl-azım”, demək.

10. Səcdədə üç dəfə “Sübhanə rabbiyəl-əla”, demək.

11. Son oturuşda “Salavat” dualarını oxumaq.

12. Salam verərkən iki yanına baxmaq.

13. İmamın, cümə və bayram namazlarından başqa, hər namazda birinci rəkətdə ikinci rəkətdə oxuyacağının iki misli uzun oxuması.

14. Rükudan qalxarkən imamın və yalnız qılanın “Səmiallahü limən hamidəh” deməsi.

15. Rükudan qalxınca “Rabbəna ləkəl-həmd” demək.

16. Səcdədə ayaq barmaqlarını bükərək uclarını qibləyə çevirmək.

17. Rüku və səcdələrə enərkən və səcdələrdən qalxarkən “Allahu əkbər” demək.

18. Əlləri və dizləri yerə qoymaq.

19. Topuqları qiyamda bir-birindən dörd barmaq eni qədər uzaq, rükuda, qövmədə və səcdədə bitişik tutmaq.

20. Fatihədan sonra “amin” demək, rükudan əvvəl təkbir almaq, rükuda, əlləri, barmaqları açıq olaraq, diz qapaqları üzərinə bağlamaq, səcdə üçün təkbir almaq, oturarkən sol ayağını yerə yatırıb, sağ ayağını dikib oturmaq, iki səcdə arasında oturmaq.

Şam namazında qısa surələr oxunur. Sübh namazında ilk rəkət, ikincisinə nisbətlə daha uzun edilir. İmama tabe olan, Fatihə və zammı-surə oxumaz. Sübhanəkə oxuyar. Təkbirləri söyləyər. Təhiyyat və salavatı-şərifləri oxuyar.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta