Bir kimsə iftitah təkbirini imam ilə bərabər alarsa, payız günlərində ağacların yarpaqları külək əsdikçə nə şəkildə tökülərsə, o adamın günahları da eləcə tökülür. Bir gün Rəsulullah (sallallahu əleyhi və səlləm) namaz qılarkən, bir kimsə sübh namazında iftitah təkbirinə çatmadı. Bir qul azad etdi. Ondan sonra gəlib Rəsulullahdan (sallallahu əleyhi və səlləm) soruşdu: “Ya Rəsulallah! Mən bu gün iftitah təkbirinə çatmadım. Bir qul azad etdim. Görəsən iftitah təkbirinin savabına nail ola bildimmi?” Rəsulullah (sallallahu əleyhi və səlləm), Əbu Bəkri Sıddıqdan (radıyallahu anh), “Sən nə deyərsən, bu iftitah təkbiri haqqında?” deyə soruşdu. Əbu Bəkri Sıddıq (radıyallahu anh) buyurdu ki, “Ya Rəsulallah! Qırx dəvəyə sahib olsam, qırxının da yükü cəvahir olsa, hamısını kasıblara paylasam, yenə imam ilə bərabər alınan iftitah təkbirinin savabına nail ola bilmərəm”. Ondan sonra Rəsulullah (sallallahu əleyhi və səlləm), “Ya Ömər! Sən nə deyərsən, bu iftitah təkbirinin haqqında?” dedikdə, Həzrəti Ömər (radıyallahu anh), “Ya Rəsulallah! Məkkə və Mədinə arası dolu dəvəm olsa və bunların yükləri cəvahir olsa, hamısını kasıblara paylasam, yenə imam ilə bərabər alınan iftitah təkbirinin savabına nail ola bilmərəm” dedi. Ondan sonra Rəsulullah (sallallahu əleyhi və səlləm), “Ya Osman! Sən nə deyərsən, bu iftitah təkbiri haqqında?” dedikdə, Həzrəti Osman zinnureyn (radıyallahu anh) “Ya Rəsulallah! Gecə iki rəkət namaz qılsam, hər birində, Qurani-əzimüşşanı xətm etsəm, yenə imam ilə bərabər alınan iftitah təkbirinin savabına nail ola bilmərəm” dedi. Ondan sonra Rəsulullah (sallallahu əleyhi və səlləm) həzrətləri, “Ya Əli! Sən nə deyərsən, bu iftitah təkbiri haqqında?” dedikdə, Həzrəti Əli (kərrəmallahu vəchəh): “Ya Rəsulallah! Şərq ilə Qərb arası kafirlərlə dolu olsa, Rəbbim mənə qüvvət versə, cümləsi ilə hərb etsəm, yenə imam ilə alınan iftitah təkbirinin savabına nail ola bilmərəm” dedi. Ondan sonra Rəsulullah (sallallahu əleyhi və səlləm) həzrətləri: “Ey mənim ümmət və Əshabım! Yeddi qat yerlər və yeddi qat göylər kağız olsa, dəryalar mürəkkəb olsa, bütün ağaclar qələm olsa, bütün mələklər katib olsalar və qiyamətə qədər yazsalar, yenə imam ilə alınan iftitah təkbirinin savabını yaza bilməzlər” deyə buyurdu.
Bölüm 96 / 136