Təyəmmümün fərzi üçdür:
1- Cünüblükdən və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət etmək. Dəstəmazsız bir kimsə tələbəsinə göstərmək üçün təyəmmüm edərsə, bununla namaz qıla bilməz. 2- İki əlin içini təmiz torpağa sürtüb, üzün hər yerini məsh etmək. 3- Əlləri təmiz torpağa vurub, əvvəlcə sağ və sonra sol qolu məsh etmək.
Təyəmmümün fərzi ikidir, deyənlər də vardır. İkinci və üçüncü fərzi bir fərz olaraq söyləyirlər. İki şəkli də doğrudur.
TƏYƏMMÜMÜN SÜNNƏTLƏRİ
1. Bəsmələ ilə başlamaq.
2. Torpağa ovucun içini qoymaq.
3. Ovucları torpaq üzərində irəli və geri çəkmək.
4. Ovucda torpaq varsa, torpaq qalmayana qədər iki əli, baş barmaqları ilə bir-birinə vurmaq.
5. Əlləri torpağa qoyarkən barmaqları açmaq.
6. Əvvəla üzü, sonra sağ qolu, sonra sol qolu məsh etmək.
7. Dəstəmaz alır kimi tez etmək.
8. Qollarda və üzdə məsh edilməyən yer buraxmamaq.
9. Təyəmmümdən əvvəl umduğu yerdə su axtarmaq.
10. Əlləri torpağa vuraraq qüvvətlə qoymaq.
11. Qolları yuxarıda izah edilən şəkildə məsh etmək.
12. Barmaqların arasını məsh etmək və edərkən üzüyünü oynatmaq.
TƏYƏMMÜMDƏ BUNLARA DİQQƏT ETMƏLİDİR
1. Dəstəmazsız bir kimsə tələbəsinə göstərmək üçün təyəmmüm edərsə, bu təyəmmümlə namaz qıla bilməz.
2. Təyəmmüm ilə namaz qıla bilmək üçün yalnız təyəmmümə niyyət etmək kifayət deyil. Namaz üçün də niyyət etmək lazımdır.
3. Bir torpaqdan bir neçə kimsə təyəmmüm edə bilər. Çünki təyəmmüm edilən torpaq və buna bənzəyənlər müstaməl (istifadə edilmiş) olmaz. Təyəmmümdən sonra əldən, üzdən tökülən toz müstaməldir.
4. Şafii və hanbəlidə təyəmmüm yalnız torpaq ilə edilir. Digər məzhəblərdə torpaq cinsindən olan hər təmiz şey ilə üzərində bunların tozu olmasa belə, təyəmmüm edilir. Yanıb kül olan və ya istidə əriyə bilən şeylər torpaq cinsindən deyildir. Ona görə də ağac, ot, taxta, dəmir, latun, yağlı boya ilə boyanmış divar, mis, qızıl, şüşə ilə təyəmmüm edilə bilməz. Qum ilə olar. İnci, mərcan ilə olmaz. Əhəng və gips ilə yuyulmuş mərmər, sement, şirsiz kafel, şirsiz farfor qab-qacaq, palçıq ilə olar. Yalnız palçıq varsa və suyu yarıdan azdırsa, bununla təyəmmüm edilir.
5. Bir təyəmmüm ilə müxtəlif namaz qılmaq caizdir.
6. Səfəri, iki kilometrdən az məsafədə su olacağını əlamətlərlə və ya ağıllı, həddi-büluğa çatmış və adil bir müsəlmanın xəbər verməsi ilə çox zənn etdiyi zaman, hər tərəfə doğru 200 metr gedərək və ya birini göndərərək axtarması fərz olar. Çox zənn etməzsə, suyu axtarması lazım olmaz.
7. Bir kimsə suyu soruşmadan təyəmmüm edib namaza dursa, sonra yanında olan adil bir şəxsdən su olduğunu xəbər alsa, dəstəmaz alıb namazını iadə edər (yenidən qılar).
8. Səfərdə iki kilometrdən uzaqda su varkən, təyəmmüm ilə namaz qılmaq caizdir.
9. Əşyası arasında su olduğunu unudan kimsə şəhərdə, kənddə deyilsə, təyəmmüm ilə namaz qıla bilər.
10. Suyun bitdiyini zənn edən kimsə namazdan sonra suyunu görsə, təyəmmüm ilə qıldığı namazı iadə edər.
11. Səfərinin yanında olanlardan su istəməsi vacibdir. Su verməzlərsə, namazı təyəmmüm ilə qılar. Yoldaşı suyu bazardakı qiymətinə satarsa, artıq pulu olan səfərinin satın alması lazımdır. Sahibi suyunu çox baha qiymətə satarsa təyəmmüm ilə qılması caizdir. Bazar qiymətinə alacaq artıq pulu yoxsa yenə təyəmmüm edər.
12. Çöldə, yollarda içmək üçün qoyulan su varkən, təyəmmüm edilə bilər.
13. Su az isə, cünüb olan kimsənin hayzlı qadından, dəstəmazsızdan və meyiddən əvvəl yuyulması lazımdır. Suyun sahibi başqalarından əvvəl yuyunar. Sahibləri ayrı-ayrı olan sular, bir yerə toplanınca, əvvəlcə meyid yuyulur.
14. Cünüb bir kimsə təyəmmüm etdikdən sonra dəstəmazı pozulsa, cünüb olmaz. Az su varsa, yalnız dəstəmaz alar.
15. Cünüb kimsənin bədəninin yarıdan çoxu yara və ya çiçək, skarlatina kimi isə, təyəmmüm edər. Dərisinin çoxu sağlam isə və yaralı qisimləri islatmadan yuması mümkün isə, qüsl edər. Yaralı qisimləri islatmadan yuyuna bilməzsə, yenə təyəmmüm edər.