Hakikat Books
English

Chapter 9 / 73

İmanın təfsili haqqında

Questions answered in this chapter (19)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İmanın təfsili on ikidir; birincisi (Rəbbim Allahu təaladır) necə bildirilir? draft Report an error
  2. Etiqadda məzhəbimin Əhli-sünnət olduğunun dəlili nədir? draft Report an error
  3. Nəslimin həzrəti Adəmdən olduğunun dəlili nədir? draft Report an error
  4. Millətimin İslam olduğunun dəlili nədir? draft Report an error
  5. Muhəmməd ümmətindən olduğumun dəlili nədir? draft Report an error
  6. Həqiqətən mömin olduğumun dəlili nədir? draft Report an error
  7. Elm əməldən hansı beş səbəbə görə üstündür? draft Report an error
  8. Elm ağıldan niyə üstündür? draft Report an error
  9. İnsanın zinəti nə iləndir? draft Report an error
  10. Əməl imandan bir hissə (cüz) olsaydı, nə lazım gələrdi? draft Report an error
  11. Ömründə bir dəfə kəlimeyi-şəhadət gətirmək fərzdirmi? draft Report an error
  12. Kəlimeyi-şəhadət gətirməyin dörd şərti hansılardır? draft Report an error
  13. Şəhadət gətirməyin faydasının olmadığı dörd hal nədir? draft Report an error
  14. Şəhadət gətirməyin dünyada və ölərkən olan faydaları hansılardır? draft Report an error
  15. Ölərkən olan beş fayda hansılardır? draft Report an error
  16. Qəbirdə olan beş fayda hansılardır? draft Report an error
  17. Ərəsatda (məhşərdə) olan beş fayda hansılardır? draft Report an error
  18. Cəhənnəmdə olan beş fayda hansılardır? draft Report an error
  19. Cənnətdə olan beş fayda hansılardır? draft Report an error

İmanın təfsili on ikidir: Rəbbim, Allahu təaladır. Dəlilim, Bəqərə surəsinin 163-cü ayəti kəriməsidir. Nəbim, həzrəti Muhamməd əleyhissəlamdır. Dəlilim, Fəth surəsindəki 28 və 29-cu ayəti kərimələrdir. Dinim, dini islamdır. Dəlilim, Allahu əzimüşşanın Ali İmran surəsindəki 19-cu ayəti kəriməsidir. Kitabım, Qurani əzimüşşandır. Dəlilim, Bəqərə surəsinin 2-ci ayəti kəriməsidir. Qibləm, Kəbəi şərifdir. Dəlilim, Bəqərə surəsinin 144-cü ayəti kəriməsidir.

Etiqadda məzhəbim “Əhli sünnət vəl-cəmaətdir”. Dəlilim, Ənam surəsinin 153-cü ayəti kəriməsidir.

Zürriyyətim, həzrəti Adəm zürriyyətindəndir. Dəlilim, Əraf surəsinin 172-ci ayəti kəriməsidir.

Millətim, milləti islamdır. Dəlilim, Allahu əzimüşşanın Həcc surəsinin 78-ci ayəti kəriməsidir.

Ümməti Muhamməddənəm. Dəlilim, Allahu əzimüşşanın Ali İmran surəsinin 110-cu ayəti kəriməsidir.

Haqq möminəm. Dəlilim, Ənfal surəsinin 4-cü ayəti kəriməsidir. Əlhamdülilləhi alət-təvfiqıhi vəstəğfirullahə min külli taqsirin.

Beş səbəb ilə elm əməldən daha üstündür. Belə ki, elm mətbudur, yəni ona tabe olunandır, əməl isə ona tabedir. Elm lazımdır, əməl isə məlzumdur. Elm yalnız olduğu halda fayda verə bilir, əməl isə elmsiz fayda verə bilməz.

Elm ağıldan üstündür. Belə ki, elm qədimdir, ağıl isə hadisdir.

İnsanın zinəti, ixlasladır. İxlasın zinəti, iman ilədir. İmanın zinəti, Cənnət ilədir. Cənnətin zinəti, huri və qılmanlar ilədir. Və cəmalullahı müşahidə ilədir.

Əməl imandan bir hissə olsaydı, adətli (aybaşılı) qadınlara vaxt namazı bağışlanmazdı. Belə ki, iman bağışlanmır.

Ömründə bir kərə şəhadət gətirmək fərzdir. Bunun dəlili, Muhamməd surəsinin 19-cu ayəti kəriməsidir.

Kəlmeyi-şəhadət gətirmənin dörd şərti vardır: Dil ilə söyləyərkən, qəlbin də iştirakı. Mənasını bilmək. Səmimi qəlblə söyləmək. Hörmət ilə söyləmək.

Şəhadət gətirmənin 130-a qədər faydası vardır. Amma dörd şeydən biri olarsa, faydası yoxdur. O dörd şey: şirk, şəkk-şübhə, təşbeh (bənzətmək) və tatil. Şirk, Allahu əzimüşşanın zatında bir şeyi ortaq qoşmağa deyilir. Şəkk-şübhə, dində şübhələnməyə, şəkk gətirməyə deyilir. Təşbeh, Allahı bir məxluqa bənzətməyə deyilir. Tatil, “Allah aləmə qarışmaz, hər şey vaxtı gəldikdə öz-özünə olur”, söyləməyə deyilir.

130 faydanın 30-u bu yerlərdə zikr olunmuşdur: beşi dünyada, beşi ölərkən, beşi qəbirdə, beşi Arasatda, beşi Cəhənnəmdə, beşi Cənnətdə.

Dünyada olan beş fayda:

1. Adı gözəl çağırılır.

2. Əhkami islamiyyə ona fərz olur.

3. Boynu qılıncdan qurtulur.

4. Allahu əzimüşşan ondan razı olur.

5. Bütün möminlər onu sevər.

Ölərkən olan beş fayda:

1.Əzrail (əleyhissəlam) ona gözəl şəkildə gəlir.

2.Yağdan qıl çəkər kimi ruhunu alar.

3.Cənnət ətirləri gələr.

4. İlliyyinə çıxar, müjdəçi mələklər gələr.

5.Mərhaba, ya mömin! Sən Cənnətliksən, deyilər.

Qəbirdə olan beş fayda:

1.Qəbiri geniş olar.

2.Münkər və Nəkir gözəl surətdə gələr.

3.Bir mələk ona bilmədiyini öyrədər.

4.Allahu əzimüşşan bilmədiyini xatırladar.

5.Cənnətdəki yerini görər.

Arasatda olan beş fayda:

1.Sual və hesabı asan olar.

2.Kitabı sağından verilər.

3.Mizanda (tərəzi) savabı ağır gələr.

4.Arşı-rəhman altında kölgələnər.

5.Sıratı ildırım kimi keçər.

Cəhənnəmdə olan beş fayda:

1.Cəhənnəmə girərsə, Cəhənnəm əhli kimi gözləri göy olmaz.

2.Şeytanı ilə toqquşmaz.

3.Əllərinə atəşdən qandal, boğazına zəncir vurulmaz.

4.Hamim suyundan içirilməz.

5.Əbədi Cəhənnəmdə qalmaz.

Cənnətdə olan beş fayda:

1.Bütün mələklər ona salam verər.

2.Siddiqlərlə dost olar.

3.Əbədi Cənnətdə qalar.

4.Allah ondan razı olar.

5. Allahu təalanın didarını görər.

[Qazızadə Əhməd əfəndi, “Fəraid-ül-fəvaid” adlı “Aməntü şərhi” kitabında deyir: Cəhənnəm yeddi təbəqədir. Bir-birinin altındadırlar. Hər təbəqənin atəşi üstündəkilərdən daha şiddətlidir. Günahı əfv edilməmiş olan möminlər birinci təbəqədə, günahları qədər yanıb, sonra Cəhənnəmdən çıxarılaraq Cənnətə aparılacaqlar. Digər altı təbəqədə müxtəlif kafirlər əbədi yanacaqlar. Əzabı ən şiddətli olan yeddinci təbəqəsində münafiqlər yanacaqdır. Bunlar, dilləri ilə islamiyyəti mədh edib, qəlbləri ilə inanmayan ikiüzlü kafirlərdir. Kafirlər yanıb kül olunca, təkrar yaradılaraq, yenidən yanacaqlar, əbədi olaraq, belə yanacaqlar. Cənnət və Cəhənnəm hazırda mövcuddur. Bəzi alimlərə görə, Cəhənnəmin harada olduğu məlum deyildir. Bəzilərinə görə, yeddi qat yerin altındadır. Onların bu sözləri, Yer kürəsinin içində olmadığını göstərir. Yer kürəsi, günəş və bütün ulduzlar, birinci səma (göy) içində olduqlarına görə, yer üzünün harasında olarsaq olaq, yeddi qat yerin altında səma vardır. Cəhənnəmin yeddi qat səmadan birində olduğu başa düşülür.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail