Küfr (Allaha düşmən olmaq) üç növdür: küfri inadi, küfri cəhli, küfri hökmi.
Küfri inadi, Əbu Cəhl, Firon, Nəmrud və Şəddad küfrü kimi, dini, imanı bilərək inanmamaqdır. Bunlar Cəhənnəmlikdir, demək caizdir.
Küfri cəhli, kafirlərin avamına deyilir. Bunlar, bu dinin haqq olduğunu bilir və azanı-Muhammədi oxunarkən eşidirlər, lakin gəl müsəlman ol desən, biz ata-anamızdan belə gördük, belə də gedəcəyik, deyərlər.
Küfri hökmi, təzim, yəni hörmət olunacaq yerdə təhqir, təhqir olunacaq yerdə isə hörmət etməkdir.
Allahu əzimüşşanın Övliyasını, Ənbiyasını və Uləmasını (alimlər), onların sözlərini, fiqh kitablarını və fətvalarını təzim etmək yerinə təhqir etmək küfrdür. Kafirlərin dini ayinlərini bəyənmək, zərurət olmadan zünnar taxmaq və keşişlərə məxsus olan başlıq, səlib (bir-birinə dik bitişdirilmiş iki çubuq, xaç) kimi küfr əlamətlərindən istifadə etmək və onları bəyənmək küfrdür.
Küfrün yeddi zərəri vardır: insanın dini və nikahı gedər. Onun kəsdiyi heyvan yeyilməz. Halal yoldaşıyla əlaqəsi zina olar. Onu öldürmək vacib olar. Cənnət ondan uzaqlaşar. Cəhənnəm ona yaxınlaşar. O halda ölərsə, cənazə namazı qılınmaz.
Bir şəxs öz razılığı ilə, “Filan şey filan şəxsdədir və ya onda yoxdur, əks halda kafir olum, yəhudi olum”, deyə and içsə, o şey o şəxsdə olsa da, olmasa da, and içən şəxs öz razılığı ilə küfr etmiş olur. İmanının və nikahının yenilənməsi lazımdır.
Zina, faiz, yalan kimi hər dində haram olan bir şey üçün, “kaş ki, halal olaydı, mən də edərdim”, demək küfrdür.
Peyğəmbərlərə (aleyhimüssaləvatü vəttəslimat) inandım, amma Adəm əleyhissəlamın Peyğəmbər olduğunu bilmirəm, deyən kafir olur. Həzrəti Muhammədin (əleyhissəlam) axır zaman Peyğəmbəri olduğunu bilməyən kafir olur.
Bir şəxs, “Peyğəmbərlərin (aleyhimüssaləvatü vəttəslimat) dediyi doğrudursa, biz qurtulduq”, desə kafir olar. Birgivi mərhum buyurur ki, “Bu söz şübhəylə söylənsə küfrdür. Əgər ilzam yolu ilə söylənsə, küfr deyildir.”
Bir şəxsə, gəl namaz qıl desələr, o da qılmıram desə, kafir olur. Amma məqsədi, sənin sözünlə qılmaram, Allah əmri ilə qılaram deməkdirsə, kafir olmaz.
Bir şəxsə, saqqalını bir tutamdan qısa saxlama və ya bir tutamdan artığını kəs və dırnaqlarını kəs, çünki Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) sünnəsidir desələr, o da kəsmərəm desə, kafir olar. Digər sünnələr də belədir. Xüsusilə də sünnət olduğu məşhur olan və sübutu təvatürlə sabit olan sünnələr. Məsələn, misvak kimi. Mərhum Birgivi buyurur ki, bir şəxs bu sözü, sünnətliyini inkar məqsədiylə desə kafir olar. Məqsədi sənin əmrinlə deyil, Rəsulullahın sünnəti olduğu üçün edərəm, deməkdirsə küfr deyildir.
[[Yusif Kardavi “Əl-halalü vəl-haramü fil-İslam” kitabının dördüncü nəşrinin 81-ci səhifəsində deyir ki, “Buxari”dəki Hədisi-şərifdə: “Müşriklərə müxalifət edin! Saqqalınızı uzadın, bığınızı qısaldın!”, buyruldu. Bu Hədisi-şərif, saqqalı qazımağı və bir tutamdan az etməyi qadağan etməkdədir. Atəşə tapınanlar saqqallarını kəsirdilər. Qırxanlar da olurdu. Hədisi-şərifdə, bunlara müxalifət etməyimiz əmr olundu. Fiqh alimlərinin bəzisinə görə, bu Hədisi-şərif saqqal uzatmağın vacib olduğunu, saqqal qırxmağınsa haram olduğunu göstərir. Onlar arasında İbn Teymiyyə, saqqalı kəsməyə qarşı çox kəskin yazmaqdadır. Bəzi alimlər isə saqqal uzatmağın adət olduğunu, ibadət olmadığını bildirdi. Fəth kitabı, İyazdan alaraq, üzrsüz saqqal qırxmağın məkruh olduğunu yazır. Doğrusu da budur. Bu Hədisi-şərifin saqqal uzatmağın vacib olduğunu göstərdiyini söyləmək düzgün deyil. Çünki “Buxari”də yazılmış Hədisi-şərifdə, “Yəhudilər və xristianlar (saçlarını, saqqallarını) boyamırlar. Siz onlara müxalifət edin!”, yəni siz boyayın, buyruldu. Bu Hədisi-şərif, saç və saqqal boyamağın vacib olduğunu göstərmir. Müstəhəb olduğunu göstərir. Çünki Əshabı-kiramın bəzisi boyadı, çoxu boyamadı. Vacib olsaydı, hamısı boyayardı. Saqqal uzatmağı əmr edən Hədisi-şərif də bu cür olub, saqqal uzatmağın vacib olduğunu deyil, müstəhəb olduğunu bildirməkdədir. İslam alimlərindən heç birinin saqqalını qırxdığı xəbər verilmədi. Çünki onların zamanında saqqal saxlamaq adət idi. Müsəlmanların adətlərinə uymamaq, şöhrət olar, məkruh olar. Fitnəyə səbəb olarsa, haram olar.] Kardavidən tərcümə tamamlandı. Kardavi, kitabının ön sözündə, dörd məzhəbin fiqh bilgilərini bir-birlərinə qarışdırdığını, tək bir məzhəbi təqlid etməyin doğru olmadığını yazır. Beləcə, Əhli sünnət alimlərinin yolundan ayrılır. Əhli sünnət alimləri (rahiməhumullahu təala), hər müsəlmanın dörd məzhəbdən birini təqlid etməsinin lazım olduğunu, məzhəbləri qarışdıranın məzhəbsiz, hətta zındıq olacağını bildirirlər. Bununla belə, Kardavinin saqqal haqqındakı yazısı, hənəfi məzhəbinin rəyini açıqladığı üçün, sənəd olaraq istifadə edilməsi uyğun görüldü. Abdülhəqq Dəhləvi həzrətləri, “Əşiat-ül-ləməat”ın üçüncü cildində deyir ki: “İslam alimləri, saç, saqqal boyamaqda, olduqları yerin adətinə uymuşdurlar. Çünki [caiz olan, mübah olan işlərdə] olduğu yerin adətinə uymamaq şöhrətə səbəb olur. Bu isə məkruhdur”. Muhamməd Hadimi (rahimə-hüllahü təala) “Bəriqa” kitabında deyir ki, “Hədisi-şərifdə: “Bığı qısa, saqqalı uzun saxlayın!”, buyruldu. Bunun üçün saqqalı qırxmaq, kəsmək və sünnət miqdarından qısa saxlamaq qadağan olundu. Saqqalı bir qəbzə, bir tutam uzatmaq sünnətdir, bir tutamdan qısa saxlamaq caiz deyildir. Bir tutamdan artığını kəsmək də sünnətdir”. Bir tutam, dodaq kənarından, dörd barmaq eni qədər uzun olmaq deməkdir. Sünnət olan, hətta mübah olan şeyi sultan əmr edərsə, buna əməl etmək vacib olur. Sultanın və bütün müsəlmanların əməl etməsi, əmr deməkdir. Belə yerlərdə saqqalı bir tutam uzatmaq vacibdir. Bir tutamdan qısa saxlamaq və ya qırxmaq, vacibi tərk etmək olur. Bu isə təhrimən məkruhdur. Belə şəxsin məsciddə imam olması caiz deyildir. Lakin darülhərbdə olan və ya zülm görməmək, yaşama vəsaitlərindən məhrum olmamaq üçün, yaxud əmri maruf edə bilmək, müsəlmanlara və islamiyyətə xidmət edə bilmək, dinini, namusunu qoruya bilmək üçün saqqalını qırxmaq caiz, hətta lazım olur. Üzrsüz olaraq qısaltmaq və qırxmaq məkruhdur. Bir tutamdan qısa saqqal saxlayaraq, bununla da sünnətə əməl etdiyinə inanmaq bidətdir, sünnəti dəyişdirməkdir. Belə bidət etmək, adam öldürməkdən daha böyük günahdır.]
Ağıllı və həddi-buluğa çatmış bir qız və bir oğlanı nikahlasalar və onlardan imanın şərtləri soruşulduqda bilməsələr, onlar müsəlman deyildir. Onlara iman ediləcək şeyləri öyrədib, sonra nikahlarını yenidən bağlasalar, nikahları səhih olar. (Əlli dörd fərz bölməsinə baxın!)
Bir şəxs bığlarını qırxdıqda, yanındakı, bir işə yaramadı desə, deyənin küfründən qorxulur. Belə ki, bığları qısaltmaq sünnətdir. Sünnətə qiymət verməmiş olur.
Bir şəxs, başdan ayağa ipək geyinsə, başqa biri bu halına mübarək olsun, desə, küfründən qorxulur.
Bir şəxs, qibləyə qarşı ayağını uzadıb yatmaq, tüpürmək və ya qibləyə qarşı sidiyə getmək kimi bir məkruh iş görsə, ona, bu etdiklərin məkruhdur, etmə, desələr, o isə, hər günahımız bu qədər olsaydı, desə, məkruhu önəmsiz bir şey saydığı üçün küfründən qorxulur.
Bir şəxsin xidmətçisi qapıdan içəri girərkən əfəndisinə salam versə, başqa biri ona, “sus, ədəbsiz, əfəndiyə salam vermək olarmı?!”, desə, deyən şəxs kafir olur. Amma məqsədi, ədəb qaydalarını öyrətmək və “salamı qəlbən vermək lazımdır”, deməkdirsə, küfr olmadığı aydın görünür.
Bir şəxs digərinin iştirakı olmadan bir söz desə, yanındakı, qeybət etmə desə, həmin şəxs də, bu elə bir şey deyil ki, desə, bu hərəkəti ilə haramı bəyəndiyi, pisləmədiyi üçün kafir olur.
Allah mənə Cənnət verərsə, sənsiz Cənnətə girmərəm; filan şəxslə Cənnətə girməyim əmr olunsa, girmərəm; Allah mənə Cənnət verərsə, istəmərəm, lakin didarını görməyi istəyərəm, kimi sözlər küfrdür. Kimsə iman artar və azalar desə, küfrdür. Birgivi buyurur ki, “Mümənün bih” etibarıyla artar və azalar desə, küfrdür. Amma yəqin və sidqin qüvvəti etibarıyla desə, küfr olmaz. Çünki Müctəhidlərdən bir çoxu imanın ziyadə və nöqsan olmasını söyləmişdirlər.
Qiblə ikidir, biri Kəbə, digəri Qüdsdür, demək küfrdür. Birgivi buyurur ki, Hal-hazırda belə söyləmək küfrdür. Amma əvvəl Beyti müqəddəs qiblə idi, sonra qiblə Kəbə oldu, demək küfr deyil.
Bir şəxs bir alimə kin bəsləsə və ya onu söysə, bu hərəkəti səbəbsizdirsə, onun küfründən qorxulur.
Kafirlərin ibadətlərinə, islamiyyətə uymayan işlərinə gözəl demək, bu cür etiqad etmək küfrdür.
Yemək yeyərkən danışmamaq atəşpərəstlərin gözəl adətlərindəndir, deyən və ya qadının adət və nifas halında onunla yaxınlıq etməmək məcusilərin yaxşı adətidir, deyən kafir olur.
Bir şəxsdən, sən möminsən, deyə soruşulsa, o da, inşaallah desə və məqsədini açıqlaya bilməsə, küfrdür.
Övladı ölən şəxsə, Allahu təalaya sənin oğlun gərək idi, deyən kafir olur.
Qadın belinə qara ip bağlasa, soruşanlara, bu zünnardır desə, kafir olur, ərinə haram olur.
Haram təam yedikdə Bismillah deyən kafir olur. Birgivi həzrətləri buyurur ki, “Haram li-aynihi olarsa [şərab, murdar, ölmüş heyvan əti və ya o heyvanın yağı kimi] kafir olur. Çünki bunların özləri haramdır. İsmullahı, yəni, Allahın adını kiçiltmiş olur. Amma haram li-aynihi olduğunu bilməsi lazımdır. İmamlarımızdan rəvayət olunmuşdur ki, bir şəxs təamı qəsb edib yeyərkən, Bismillah desə, kafir olmaz. Çünki təamın özü haram deyil, qəsb etmək haramdır”.
Bir şəxs digərinə bəddua edərək, Allahu təala sənin canını küfr ilə alsın desə, kafir olmasında alimlər ixtilaf etmişlər. Belə ki, öz küfrünə razı olmaq, söz birliyi ilə küfrdür. Amma başqasının küfrünə razı olmaq bəzilərinə görə küfrdür. Bəzilərinə görə isə kafir olmasını istəyərək söyləmək küfrdür, lakin zülm və günahlarından ötrü, əzabı daimi və şiddətli olsun deyə söyləmək küfr deyil. Birgivi (rahiməhullahu təala) buyurur ki, bu söz daha doğrudur. Belə ki, Qurani azımda Həzrəti Musa əleyhissəlamın hekayəsində buna dəlil vardır.
Bir şəxs, Allah bilir ki, filan işi görmədim, desə, halbuki o işi gördüyünü bilsə, kafir olur. Haqq təala həzrətlərinə cəhli-mürəkkəb (Allaha cahil yerinə qoymaq olur) isnad etmiş olur.
Bir şəxs bir qadını [şahidsiz] nikahlasa, o ər və arvad, Allah və Peyğəmbər şahidimizdir desələr, hər ikisi kafir olur. Belə ki, Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm) diri ikən qeybi bilməzdi. Qeybi bilir demək, küfrdür.
Mən, oğurlananları və qeyb olanları bilirəm, deyən və ona inanan kafir olur. Mənə cin xəbər verir desə, yenə kafir olur. Peyğəmbərlər və cinlər qeybi bilməzlər. Qeybi ancaq Allahu təala və Onun bildirdikləri bilir.
Allaha and içmək istəyən birinə, mən sənin Allaha and içməyini istəmirəm. Talaqa (boşanma), itaqa (kölə azad etməyə), şərəfə, namusa and verməyini istəyirəm deyən, kafir olar.
Bir şəxsə, sənin üzün mənə can alıcı kimidir deyən kafir olur. Belə ki, can alıcı bir ulu mələkdir.
Namaz qılmamaq xoş işdir deyən, kafir olur. Birinə namaz qılmaq təklif olunsa, o da, namaz qılmaq mənə çətindir desə, kafir olur.
Allah göydə mənim şahidimdir deyən, kafir olur. Belə ki, Allahu təalaya məkan isnad etmiş olur. Allahu təala, məkandan münəzzəhdir. Allah baba deyən də kafir olur.
Bir şəxs, Rəsulullah (sallallahu təala əleyhi və səlləm) yemək yedikdən sonra mübarək barmağını yalardı desə, digəri, bu iş tərbiyəsizlikdir desə, kafir olur.
Ruzi Allahdandır, lakin quldan da hərəkət gərəkdir demək, şirkdir. Belə ki, qulun hərəkəti də Allahdandır.
Nəsrani olmaq yəhudi olmaqdan, [Amerika kafiri olmaq kommunist olmaqdan] xeyirlidir desə, kafir olur. Yəhudi nəsranidən, [kommunist xristiandan] şərlidir, daha pisdir deməlidir.
Kafir olmaq, xəyanət etməkdən yaxşıdır, deyən kafir olur.
Bir şəxs haram maldan sədəqə verib, savab umsa, alan kasıb haram olduğunu bilərək, Allah qəbul etsin desə, verən də amin desə, hər ikisi də kafir olur.
“Elm məclisində nə işim var; alimlərin dediyini eləməyə kimin gücü çatar?”, deyən və ya fətvanı yerə atan, din adamlarının sözü nəyə yarar deyən, kafir olur.
Bir şəxs, düşməninə qazıya gedək desə, o isə, polis aparmasa getmərəm və ya mən islamiyyəti nə bilim, desə kafir olur.
Bir şəxs küfr söyləsə, bir başqası da gülsə, gülən də kafir olur. Gülməsi zəruri olarsa, kafir olmaz.
Bir şəxs, Allahdan boş yer yoxdur (yəni hər yer Allahla doludur) və ya Allahu təala göydədir desə, kafir olur.
Şeyxlərin ruhları həmişə hazırdır, bilirlər deyən, kafir olur. Hazır olar desə, küfr olmaz.
İslamiyyəti bilmirəm və ya istəmirəm deyən kafir olur.
Bir şəxs, Adəm əleyhissəlam buğda yeməsəydi, biz Cəhənnəmlik olmazdıq, deyən kafir olur. Amma biz dünyada olmazdıq desə, küfründə ixtilaf edilmişdir.
Adəm əleyhissəlam parça toxuyurdu, deyildikdə, bir şəxs, onda biz culfa oğullarıyıq desə, kafir olur.
Kiçik günah işləyən birinə tövbə et deyilsə, o da nə etdim ki, tövbə edim desə, kafir olur.
Bir şəxsə, gəl islam aliminə gedək, fiqh, elmihal kitabını oxuyub öyrənək desə, o da mən elmi neyləyirəm desə, kafir olur. Belə ki, elmə dəyər vermir. Təfsir və fiqh kitablarına hörmətsizlik edən, bunları bəyənməyən, pisləyən şəxs kafir olur. Dörd məzhəbdən birinin alimlərinin yazmış olduqları bu qiymətli kitabları təhqir edən azğın kafirlərə “fənn fanatiki” və “zındık” deyilir.
Kimin zürriyyətindənsən, kimin millətindənsən, etiqadda məzhəbinin imamı kimdir, əməldə məzhəbinin imamı kimdir, suallarına cavab verə bilməyən kafir olur.
Bir qəti harama – şərab, donuz əti kimi – halaldır deyən və ya qəti halala haramdır deyən kafir olur. [Tütünə haram demək təhlükəlidir.]
Bütün dinlərdə haram olan, halal edilməsi hikmətə zidd olan bir şeyin halal olmasını arzu etmək küfrdür. Məsələn, zina, livata (insanla arxadan əlaqə), qarnı doyduqdan sonra təam yemək, faiz almaq və vermək belə haramlardandır. Şərabın halal olmasını istəmək küfr deyildir. Çünki şərab hər dində haram deyildir. Qurani əzimüşşanı söz və lətifə arası işlətmək küfrdür. Yəhya adlı birinə “Ya Yəhya! Huz-il-kitabə” deyən kafir olur. Qurani-kərimlə lağ etmiş olur. Çalğı, oyun, musiqi arasında Quran oxumaq da belədir.
İndi gəldim, Bismillahi desə, təhlükəlidir. Bir şeyi çox görən “Ma halakallah” desə, mənasını bilməsə kafir olur.
Bir şəxs, indi səni söymərəm, söyməyin adını günah qoyublar desə, təhlükəlidir.
Bir şəxs, Cəbrail buzovu kimi çıl-çılpaq olmusan desə, təhlükəlidir. Mələklə istehza etmiş olar.
Allahu təbarəkə və təaladan başqa bir şeyə and içmək haramdır. Haram işləyən mürtəd və kafir olmaz. Əgər ayətlə təsbit olunmuş harama halal desə kafir olur.
Oğlunun başı üçün, başım üçün sözlərinə vallahi və ya billahi sözünü əlavə etməyin, məsələn vallahi oğlumun başı üçün deməyin, küfr olmasından qorxulur.
Allahu əzimüşşanın adəti belədir ki, hər şeyi səbəblə yaradır. Bir şeyə qovuşmaq üçün onun yaradılmasına səbəb olan şeyi etmək lazımdır. Hər şeyin yaradılmasında müştərək olan mənəvi səbəb, sədəqə vermək, 70 dəfə “Əstəğfirullah min külli mə kərihallah” duasını oxumaqdır. Bu iki mənəvi səbəb maddi səbəbləri tapmağa da yardım edər.